Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Ölkəyə gələnlərlə bağlı yeni qayda-Hava limanında immun testləri necə aparılacaq?

Azərbaycanda karantin qaydaları sərtləşdirilib, ölkəyə gəlmək və getməklə bağlı da yeni qaydalar müəyyən edilib. Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərara etdiyi dəyişikliyə əsasən toyların COVİD pasportu olmadan 50 nəfər iştirakçı ilə keçirilməsi də qadağan olunub.

Yenixeber.org: Qərara əsasən 150 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində iştirak edən yaşı 18-dən yuxarı bütün qonaqların COVID-19-a qarşı tam peyvənd olmaları və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi olmalıdır. Xatırladaq ki, indiyədək COVİD pasportu olmadan 50 nəfərin iştirakı ilə toyların keçirilməsinə icazə verilirdi.

Bundan başqa, “Azərbaycan Hava Yolları” QSC-dən bildirilib ki, cari ilin sentyabrın 1-dən Azərbaycandan Rusiyaya yerinə yetirilən bütün reyslərdə yeni giriş qaydaları qüvvəyə minir. Belə ki, həmin reyslərlə səyahət edən bütün sərnişinlər smartfonlarına “Путешествую без COVID-19” mobil tətbiqini yükləməlidirlər. Tətbiqə pasportun skan olunmuş surətini, habelə COVID-19 üçün PCR testinin nəticəsini yükləmək lazımdır.

Ölkəyə gələnlərlə bağlı tətbiq ediləcək yeni qaydalar isə təəccüb doğurur. AZAL-ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Paşa Kəsəmənski yerli mətbuata bildirib ki, COVID-19 pasportunun xaricdən Azərbaycana qayıdan vətəndaşlarımızın ölkəyə daxil olması üçün yetərli olmadığı məlum olub. Onun sözlərinə görə, pasportla yanaşı, koronavirus testinin neqativ nəticələri ilə bağlı sənəd də ölkəmizə səfər üçün əsas vermir. “Hava limanında bu iki sənəddən əlavə, immun testindən keçmək də tələb olunur”, – deyə o, Nazirlər Kabinetinin qərarına istinadən deyib.

Amma bu qərarın necə tətbiq olunacağı xeyli suallar doğurur. Məlumdur ki, ölkəyə gələnlər COVİD-19 pasportu ilə yanaşı, PCR testindən keçməlidirlər. Amma P.Kəsəmənski qeyd edib ki, xarici ölkələrdən əldə olunan bu sənədlərin etibarlılığı bir çox hallarda şübhə doğurur. Tətbiq olunacaq yeni qayda isə saxta COVİD-19 pasportu, PCR tetslərini müəyyənləşdirməyə imkan verəcək. Bunun üçün ölkəyə ayaq basanların immun testindən keçməsi tələb olunur. Amma sərnişinlər ancaq laboratoriya şəraitində mümkün olan immun testini hava limanında necə verəcəklər? Bu, praktik olaraq mümkün deyil. Məsələn, bir təyyarədə ölkəyə gələn 200 nəfəri immun testindən keçirmək üçün aeroportda səyyar labaratoriyalar qurulmalı, böyük tibb personalı bu işə cəlb edilməldir. Bu işin həyata keçirilməsi fiziki baxımdan çox çətindir.

Əgər Paşa Kəsəmənski ölkəyə gələnlərdən immun sənədinin də tələb olunacağını nəzərdə tutursa, bu da ciddi suallar yaradan məsələdir. Əvvəla, bu sənədin də COVİD-19 pasportu, PCR testi kimi saxta olub-olmadığına təminat haradandır? İkincisi, təcrübə göstərir ki, insanda koronavirus infeksiyasına qarşı immunitetin yaranması ancaq orqanizmin fərdi xüsusiyyətlərinə bağlıdır. İmmuniteti yüksək olmayan, amma müxtəlif səbəblərdən virusa yoluxmamış insanların sayı kifayət qədərdir. Dünya Səhiyyə Təşkilatının məlumatına görə, dünya üzrə koronavirusa yoluxmuş insanların ümumi sayı 260 milyon nəfərdən bir qədər çoxdur. Bu da ümumi insan kütləsinin 3.1 faizidir. Əlbəttə, bu, o demək deyil ki, dünya əhalisinin 97 fazinin immuniteti güclü olduğuna görə onlar virusa yoluxmayıb. Elə ölkələr var ki, orada bu infeksiya barədə ümumiyyətlə, informasiya yoxdur.

Bəs, indi Bakı hava limanında necə olacaq, immuniteti aşağı olan, amma virusa yoluxmayan adamlar ölkəyə buraxılmayacaq? 

Başqa tərəfdən, koronavirusa qarşı peyvəndlərin insanda immunitet yaratmaq imkanları 100 faiz deyil. Təsdiqlənmiş məlumatlara görə, “Pfizer” peyvəndi 97%, “Sinovac” 50-55% immunitet yaradır. Maraqlıdır, peyvənd olunub, amma immunieti yaranmayan turistlər hava limanından geri qaytarılacaq?

Daha bir paradoks ondan ibarətdir ki, peyvəndlər ikinci doza vurulduqdan bir neçə həftə sonra bədəndə immunitet formalaşdırmağa başlayır. Belə çıxır ki, vaksin olunmaq, xəstə olmamaq hələ Azərbaycana gəlmək üçün əsas deyil, oturub, bir neçə həftə gözləmək lazımdır ki, immunitet yaransın, sonra Bakıya üz tutmaq olar.

Bu cür absurd məhdiyyətlər fikirləşib tapmaqdansa, virusa qarşı mübarizədə uğur qazanmış ölkələrin təcrübəsini tətbiq etmək lazımdır. Əhalinin kütləvi testdən keçirilməsi, dərman preparatlarına, səhiyyə xidmətlərinə əlçatanlığın təmin edilməsi, maarfilərndirmə işinin və vaksinasiyanın kütləviləşdirilməsi cəmiyyətdə koronavirusa qarşı kollektiv immunitetin formalaşdırılması üçün yetərlidir.(pressklub) 

Turqut     


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam