Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Ermənistan üçün taleyüklü seçki-20 iyun seçkilərinin Ermənistanda siyasi böhrana son qoyacağına ciddi şübhələr var  

 

 

Sabah – iyunun 20-də Ermənistanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Seçkilərdə rekord sayda – 21 siyasi partiya və 4 seçki bloku, eləcə də ölkə müstəqillik əldə edəndən bəri onun rəhbəri olmuş hər kəs iştirak edir. 

Yenixeber.org: Rəy sorğularına görə, əsas rəqabət Nikol Paşinyanın liderlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyası ilə eks-prezident Robert Köçəryanın başçılıq etdiyi “Hayastan” (Ermənistan) bloku arasında gedir. Bundan başqa, keçmiş prezident Serj Sarkisyan və Paşinyan kökumətinin eks naziri Artur Vanetsyanın yaratdığı seçki bloku, ötən parlamentdə iqtidar partiyasından sonra parlamentdə daha çox mandat qazanmış milyarder Qagik Sarukyanın “Çiçəklənən Ermənistan” Partiyası və ölkənin ilk prezidenti Levon Ter-Petrosyanın liderlik etdiyi Erməni Milli Konqresi də fəallığı ilə seçilir.

Seçki kampaniyası hədsiz gərin və qalmaqallı keçib. Seçiçilər qarşısında çıxış edən liderlər bir-birini təhqir edib və hədələyiblər. Kampaniya demək olar ki, bütün Ermənistanı əhatə edib, müxalifətin inzibati qurumların hansısa müdaxiləsi ilə üzləşməsi barədə informasiyalar yayılmayıb. Əksinə, Rusiyanın Ermənistandakı şirkətlərində çalışan ermənilərin təhdid və zorla Köçəryanın mitinqlərinə aparıldığı barədə xəbərlər üstünlük təşkil edib. 

Ənənəvi mediada qurulan təbliğat-təşviqatda Köçəryan daha çox reklam olunub. Xüsusən Rusiya dövlət mediası – “Sputnik-Armenia” agentliyi Paşinyana qarşı açıq-aşkar təbliğat, hətta qarayaxma kampaniyası ilə fərqlənib. Ermənistanda populyar olan Rusiya telekanalları mütəmadi olaraq Paşinyanın mövqelərini “vurub”, Köçəryanı qabardıb. Küçə və meydanlarda, sosial şəbəklərdə isə Paşinyanın üstünlüyü qeydə alınıb. Hakim partiyanın iyun 17-də paytaxtda keçirdiyi mitinqə 35-40 min nəfərə yaxın adam qatılıb. Baş nazir əvəzi bütün görüşlərini “Facebook”, “Twitter” və digər sosial platformalar üzərindən yayıb. Paşinyanın “Facebook” səhifəsinin izləyiciləri 800 min nəfərə yaxınlaşıb, onun təbliğat görüşlərinin izlənməsi də Ermənistan çapında rekord qırıb. Belə ki, onun çıxışları izləyicilər tərəfindən 6-40 min arası bəyənmə toplayıb. Köçəryan isə dünən İrəvanın mərkəzində keçirilən yekun mitinq istisna olmaqla, əsas görüşlərini qapalı məkanlarda, azsaylı iştirakçı ilə keçirib. O, sosial şəbəkələrdə də əsas rəqibindən təxminən 10 dəfə geri qalır. Məsələn, Köçəryanı “Facebook”da cəmi 70 min nəfər izləyir. Onun İrəvandakı mitinqini bəyənənlərin sayı isə 5 mini keçməyib. Bu rəqəm Paşinyanın son mitinqində 40 min nəfərə yaxın olub. 

Əlbəttə, siyasi qüvvələrin reytinqini müəyyənləşdirmək üçün sosial şəbəkələr əsas indikator deyil. Xarici şirkətlərin keçirdiyi sorğularda da “Vətəndaş Müqaviləsi” üstünlüyə malikdir. “Gallup“ın təqdim etdiyi son rəqəmlərə görə, Paşinyanın partiyası 28-29%, Köçəryanın bloku isə 19-20% aralığında səs qazana bilər. Təbii ki, yekun tablonun necə formalaşacağı 20 iyun axşamı məlum olacaq. 

Əsas suallar ondan ibarətdir ki, nəticələri iqtidar və ya müxalifət qəbul edəcəkmi? Qəbul etməsələr, nələr baş verəcək? Qarşı-qarşıya duran qüvvələrin heç biri hökumət formalaşdırmaq üçün yetərli səs almasalar, hansı vəziyyət yaranacaq? 

Məlumdur ki, Ermənistan hökuməti 44 günlük müharibədən sonra ölkədə yaranmış siyasi böhrana görə erkən seçkilərə getməyə vadar olub. Amma təxminən 2 ay davam edən kampaniya cəmiyyətdə parçalanmanın və qütbləşmənin nə qədər dərin olduğunu göstərdi. Qarşılıqlı, kin, nifrət, qisasçılıq hissləri əsas siyasi qüvvələrin şüuruna hakim kəsilib. Ona görə də bu seçkinin Ermənistanda vəziyyəti normal məcraya qaytaracağına ciddi şübhələr var. 

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan xalqa “bu dəfə səhv etməyə ixtiyarınız yoxdur” deyə xitab edib. Keçmiş prezident deyib ki, hazırda ölkə həlledici dilemma qarşısındadır. Onun fikrincə, ölkə sabitliyin bərpası ilə böhranın daha da dərinləşməsi arasında seçim etməlidir. Ter-Petrosyan əlavə edib ki, seçkiqabağı kampaniya qarşıduran radikal tərəflərin hələ ki ikinci variantı – böhranın dərinləşməsi variantını seçdiyini göstərir: “Bu qüvvələrin gələcək barədə danışmağa sözləri yoxdur. Onların nikbin vədləri və gözəl proqramları əsl niyyətlərini gizlətmək və adamları aldatmaq üçün yalnız bir pərdədir. Onların əsl məqsədi hakimiyyəti nəyin bahasına olursa olsun, ələ keçirib, inzibati, maliyyə, media və kriminal resurslardan istifadə etməklə opponentlərindən qisas almaqdır. Onlar hətta toqquşmalardan və vətəndaş müharibəsi başladacaqlarına dair hədələrdən də çəkinmirlər”.

Regional Araşdırmalar Mərkəzinin rəhbəri Riçard Kirakosyan sosial şəbəkədə Köçəryanın son aylar nüfuzunun artmasından bəhs edib: “Köçəryanın nüfuzu sürpriz şəkildə iki səbəbdən artdı. Birincisi, Ermənistan-Azərbaycan sərhədindəki qarşıdurma, ikincisi, Paşinyan hakimiyyətinin zəifliyi. Bu iki amil Koçəryanı populyarlaşdırdı. Amma məncə, seçkidə irəli çıxmaq üçün bu, yetərli olmayacaq. Köçəryan üçün çox gecdir”.

Ermənistanda ictimai fəal İşxan Verdyan isə deyib ki, son mitinq Paşiyanın nüfuzlu olduğunu göstərdi:

“Köçəryanın şansı yoxdur. Əgər Paşinyanın mitinq videolarına baxsanız, görərsiniz ki, ora inqilab dövründən daha çox adam gəlmişdi. Bu, o deməkdir ki, Paşinyanın onu hakimiyyətə gətirənlərdən daha çox tərəfdarı var. Əgər hansısa fors-major olmasa, Nikol Paşinyan əminliklə qələbə qazanacaq”.

Amma erməni xalqı Nikol Paşinyanı iqtidarda saxlamaq üçün yetərli qədər mütəşəkkil olacaqmı? Siyasi qüvvələr ölkəni sonu görünməyən qarşıdurmaya sürükləməmək üçün iradə göstərəcəklərmi? Bu barədə qəti fikir söyləmək çətindir, amma hələlik əminliklə demək olar ki, düşmənçilik, nifrət şəraitində keçən bu seçki Ermənistanı böhrandan xilas etməyəcək.(pressklub)

Turqut


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam