Redaktor seçimi
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Günün xəbəri

"DAŞ ÜRƏK"

GÜLNARƏ ACALOVA
Şairə-esseist Gülnarə Acalova 1967-ci ildə Gürcüstan Respublikasının Borçalı mahalında doğulub. Bolnisi rayon mərkəzində orta məktəbi, Tiflisdə isə A.S.Puşkin adına Dövlət Pedaqoji İnstitutun filologia fakültəsini bitirəndən sonra ailə vəziyyəti ilə bağlı Rusiya Federativ Respublikasının Belqorod şəhərində yaşayır.

Gülnarə xanımın "Nar Çiçəyi” imzasıyla həm Azərbaycan, həm də rus dillərində yazdığı şeir və esseləri müxtəlif ölkələrdə, o cümlədən respublikamızda vaxtaşırı işıq üzü görməkdədir. O, yaşadığı şəhərdə Azərbaycan icmasının ən fəal üzvlərindən biridir.  İki övlad anası olan Gülnarə xanımın böyük oğlu Rauf  proqrqmçı və iqtisadçı ixtisasları ilə  iki ali məktəb bitirib. Hal-hazırda Belqorod şəhərindəki banklardan birində məsul vəzifədə işləyir. Xanım yazar  ana Vətənimizlə də qırılmaz tellərlə bağlıdır. Ali tibb təhsilli kiçik oğlu Rəşad Bakıda yaşayır və  ixtisası üzrə nüfuzlu tibb müəssisələrindən birində çalışır. Gülnarə xanım AYB Mingəçevir bölməsində təmsil olunan yazarlarımızla da  əməkdaşlıq.

Uzaq bir qürbət eldə yaşayıb-yaradan  vətənpərvər soydaşımızın qələmə aldığı 3 esselərini çoxsaylı oxucularımıza təqdim edirik!

                                         

 DAŞ ÜRƏK

 

    Aydın bir yay gecəsi idi. Gülnar həyətdəki günlüyün altında oturub saçlarına tumar çəkən sərin mehdən xoşallanırdı. Dincələnlərin bir qismi çay içə-içə br-biri ilə söhbətləşir, digərləri televizorda xəbərlərə baxırdılar. Qaranlıq qatılaşdıqca yorğunluq duyanlar yavaş-yavaş öz otaqlarına çəkilirdilər. Gülnar  tək qalmışdı. O, tənhalığı sevməsə də, hərdən tək qalıb düşüncələrə dalmağı sevirdi. Belə anlarda öz aləminə qapılıb şirin xəyallar səltənətini qonağı olurdu. Ətrafdakı sakitliyi cırcıramalar öz şən nəğmələri ilə pozurdular. Elə bil Yaradan onları gecənin özünəməxsus qaranlıq, lal aləminin cansıxıcı olmaması üçün yaratmışdı. Gülnar cırcıramaların xoruna qulaq asır, təbiətin bu gözəl mənzərəsindən zövq alırdı.
Üzüm talvarının tən ortasında böyük bir çıraq asılmışdı. Asta-asta əsən külək onu hərəkətə gətirir, işığa uçub gəlmiş pərvanələr isə çıragın başına fırlanırdılar, sanki cırcıramaların çalıb-oxumağı gözəl rəqs havasına rəqqaslar çırağın ətrafında süzürdülər. Gecə bir xeyirxah sehirbaz kimi Gülnarın tənhal qalmasını istəmədiyi üçün ona öz möcüzələrini göstərib qüssələnməyə, qəmlənməyə imkan vermək istəmirdi və tilsimli, valehedici aləminə qonaq eliyirdi. Həmişə pərvanələrin özlərini işığa qurban verdiyini görəndə ürəyinə qüssə qırovu çökən Gülnarın içində bir çavabsız sual doğurdu: “Niyə?..

    Dünyanın açılmamış sirrlərinin qabağında acizliyini hiss elədiyi üçün sualına cavab istəyirdi. Ona elə gəlirdi ki, bu gün ona möcüzələr göstərən Gecə, sirrini verəcək. Amma…

   Küçədə qəh-qəhə çəkib gülən cavanların səsi Gülnarı xəyallardan ayıltdı. Onlar yəqin kluba, əylənməyə gedirdilər. Qalxıb darvaza qapısından çölə çıxdı. Bir az aralıda dəniz görünürdü. Ürəyindən sahildə oturub qürub edən Günəşə baxmaq keçdi. Ətrafa göz gəzdirdi, gec idi, amma elə bil onu hansısa bir ilahi qüvvə var gücü ilə çəkib dənizə sarı apardı. Daxildən gələn hisslərinin əsiri olmuş kimi asta-asta dənizə tərəf yönəldi. O, günortadan isinmiş qumun üstüylə asta addımlarla gedir, sanki onun nəhayət gəlib çıxmasına sevinən ləpələr yalın ayaqlarını öpür, arxasınca qumun üstünədə saldığı izləri yuyurdular. Günəş artıq tam qürub eləmişdi. Bu mənzərə gözəl də olsa, nədəsə Gülnarın aləmində həyatın sonu kimi qəlbinə kədər kölgəsi salırdı. Üfüqün görünməz davamı isə yeni bir həyat idi...
     O, isti qumun üstündə dizlərini qucaqlayıb oturmuşdu. Həmişə qəribsəyib qəlbində tənhalıq hissi duyanda beləcə oturub başını dizlərinə qoyardı. İndisə onun baxışları dənizin ümmansızlığına dikilmişdi. Dəniz sakit idi, hərdən-birdən sahilə gələn balaca bir dalğa Gülnarın ayağına qum atır, sonra da yuyub aparırıdı, elə bil körpə uşaq kimi onunla oynamaq istəyirdi. Yenə Aslan gəlib durmuşdu gözlərinin önündə. Neçə illərdən bəri itirdiyi yeganə məhəbbəti, yeganə istəyi...

       Onu yadından çıxarmaq istəsə də yaddaşı məhəbbətinə vəfalı yar olub unuda bilmirdi. “Görəsən hardadı? Necədi? Yadına düşürəmmi barı?..” Sual- sualın dalıca gedirdi. O, dalğalara baxır, sanki dalğalardan bir cavab gözləyirdi.          

     Gözlərindən axan yaş damcıları dənizin suyuna qovuşdu. Bir dərin ah qopdu sinəsindən. Pıçıltı ilə sanki dalğalarla danışırmış kimi sakitcə:

   – Hardasan? – dedi.

  Bu an bayaqdan onun ayaqlarını yuyan ləpələrin içində parıtı gördü. Gözünün yaşını əlinin arxası ilə silib baxanda bağ fındığı boyda bir "Ürək" gördü. Yam-yaşıl, içərisində sanki qırovun almaza bənzər parlaq izi düşmüş daş ürək. Bu Dənizinmi payı idi, yöxsa Göylərinmi hədiyyəsi? Bəlkə möcüzəsi, sirri ilə Gülnarla düşüncülərini bölüşən Gecənin onun sualına cavabı idi?..
                                                                                                                  

GÖRÜŞ...

    Göyün üzünə yavaş-yavaş şərin qara toru cəkilirdi .Günəş bu dəfə də sevgilsinin yolunu gözləməkdən yorulmuş kimi sanki hamıdan və  ilk növbədə özündən küsüb dənizdə gizlənməyə calışırdı.Həmişə dənizin sahilində oturub Günəşin qürub etməsinə böyük məftunluqla baxmışam . Bü mənzərənin gözəlliyi məni həm heyran edib, həmi də dərin bir kədər hissi yaşadıb.
    Bu gün də uzun zamandan sonra dənizlə görüşə gəlmişdim. Amma nədənsə sahilin mənə bağışladığı rahatlıq qarışıq sevinc hissini həyacan və narahatçılıq əvəz etmişdi .
   Gözlərimi Günəşin dəniz dalğalarında rəqs edən əksinə zilləyib durmuşdum. Xəzri küləyi gah saclarıma sığal cəkir, gah da etinasız dayandığımı görüb onları qaqışdırırdı. İçimdəki təlatüm məni sıxır, elə bil ki, hansısa bir xəbəri eşitmək də istəyirdim, eşitməmək də. Bu qarışıq fikirlərdən məni bayaqdan gözlərini üzümdən cəkməyən Pərvizin birdən-birə qabağıma kecib ələrimdən tutması ayıltdı. O sanki baxışlarımı baxışlarına bənd elemək istəyirmiş kimi düz gözlərimin icinə baxaraq: "Mən səni cox istəyırəm "-dedi. Pərvizin titrək səsində bir qətilik, ümid dolu nida var idi. Bu baxişlarin zəhmi məni tutduğundan gözlənini yerə dikdim.
   -Ayağınız islanacaq-deyərək araya düşən ağır bir sükutu pozmaq istədim.
Pərviz: "Olsun" - deyib gülümsədi.
Sahil boyu xeyli gəzişdik, ancaq nədən danışdığımızı hec yadıma sala bilmirəm. Təkcə xeyli aralıda hərəkətsiz durub qarmağı izləyən balıqcılardan və bir gənc cütlükdən savayı sahildə hec kəsin olmadığı yadımdadı.
     Pərviz bayaqdan ovcunun içində kilidlədiyi əlimi dodaqlarına yaxnlaşdırıb pıcıldayrmış kimi: "Mən səni coxdan gözləyirdim, axır ki, gəldin!"-dedi.
Astaca əlimə toxnan dodaqarın hərarətindən bütün varlığımda qəribə bir istlk duydum. Həm həyacan, həm rahatlıq verən bir istilik. O məndən cavab gözləyirdi. Əlimi ehtiyata əllərindən çəkib dənizə sarı getdim. Mənə elə gəlirdi ki, ürəyimdə elə bu an dəniz boyda ocaq qalanıb. Cöməlib əllərimi sahildəki qumlarla gizlənpaç oynayan dalğalara uzatdım. Dənizin sərin suyu ələrimə toxunub geri cəkildi. Pərvizin əllərinin, dodaqlarının təmasından sonra dalğaların təması cox soyuq, biganə və duyğusuz gəldi mənə. Pərviz mənim nə etdiyimi anlamaq istəyirmş kimi heyrətlə üzümə baxırdı.
    -Mən səni sevirəm, dənizim, amma sən məni qucsan, sularında boğulub məhv olaram. Mən isə ... mən isə səni qucmaq istəsəm də bu mümkünsüzdü!-dedim.
Özüm öz səsimi tanıya bilmirdim, səsimdə kovrəklik, ümidsizlik və acizlik var idi. Sanki səsim də bayaqdan küsgün -küsgün boylanan Günəsin əksi kimi dalğalarda qırılıb itirdi...

   Bu sözlər kimin ünvanına idi, hec özüm də bilmirdim. Həmin anlarda sevinc və kədər çələnginin seçimi qarşısında qalan ürəyimdən gələn ancaq bu sözlər oldu: “Gecikmisən!”...

              

  ANALI ÖMRÜMÜN SON GÜNÜNÜN XATİRƏSİ ...

  

    ...Evdə təkcə özümüzünkülər qalmışdılar,- bacılarım, atam, bibim və kürəkənlər. Kənardan baxan olsa elə düşünərdi ki, bu iki otaqlı mənzildə hərlənən insanlar yaddılar, bir -birini elə indicə görüblər. Heç kəş dinmirdi. Sanki araya düşən ağır süktu pozmağa çəkinirdilər. Bu gərginlik məni sıxır, elə bil divarlar üstümə gəlirdi. Nəfəsim təngidiyindən otaqda dayana bilməyib,  eyvana çıxdım. Hava soyuq olsa da, xoş idi. Göydə ulduz-ulduzu çağırırdı. ( Həmişə sayrışan ulduzlara baxmaq mənim ruhuma rahatlıq gətirib!) Ürəyim çox narahat idi, döyüntüsü, hətta bir -birini qova-qova ötüşən maşınların səsinı belə batırırdı, elə bil vücudum ona darlıq edirdi, elə bil indicə yerindən qopacaqdı ...
     Həmişə narahat anlarımda üzümü göylərə tutub Yaradanla içimdəki acıları bölüşər, ondan məsləhət istərdim və eşidildiyimi duyacaq bir işarə görərdim. İndi isə nə Onunla danışa , nə də ağlayıb ürəyimi boşalda bilirdim. Yalnız nə isə arayırmış kimi gözlərimi qaranlıq gecənin vahiməsini əridən parlaq ulduzlara zilləyib yerimdə donmuşdum. Birdən ulduzlardan biri böyük surətlə aşağıya doğru uçmağa başladı və elə həmin anda sanki öz içmdən anamın səsini eşitdim.
    -Ay bala, elə rahatam, elə yaxşıyam ki, heç yerim ağramır, nə gözəlmiş rahatlıq... .
Bu həlim şəş anamın səsi idi, mən bu səsi milyonların səsindən seçə bilərdim. Anam idi, indi artıq göylərdən məni görən və halıma acıyan anam ...
Bilmirəm səsini eşitdiyim üçünmü, ya ağrı-acılardan qurtarıb, dincliyini, rahatlığını oz varlığımda duyduğum üçünmü, bayaqdan daş asılmış ürəyim yüngülləşmişdi, qəribə bir sevinc hissi yaşayırdım.
     -Soyuqdu, ay maman ölsün, gəl içəri! (mama bizdə atanın bacısına deyirlər) -Bibimin səsi məni bu sehirli aləmdən ayırdı...
    Artıq gecədən kecmişdi. Hamı yatmağa hazırlaşırdı. Bacılarım öz yanlarında mənə də yer salmışdılar. Tekcə anamın çarpayısının örpəyi açılmamışdı. "Mən burada yatacam"- deyıb anamın yerinə uzandım. Hələ də onun saçlarının ətri gələn balışı bağrıma basıb qoxuyurdum. Bayaqdan qurumuş göz yaşlarım indi leysana dönmüşdü. Eyvanda yasadığım möcüzəli anı bir də yasamaq istədim, aınmadı. Təkcə anamın hələ də içimdə səslənib əks səda verərək məndən uzaqlaşan səsini eşidirdim:  "Heç yerim ağramır,  rahatam!"
   Neçə vaxtdan bəri yuxusuz qaldığım gecələrin yorğunluğu məni özünə tabe edir, gözlərim qapanırdı, ancaq yata bilmirdim. Ürəyimdə qorxu qarışıq bir həyacan vardı. Səhərin açılmasını istəmidim. Çünki... yeni səhər anasız dünyamın ilk səhəri olacaqdı, çünki hələ də ozümü (iki övlad anası olsam da) uşaq bilib, bu xoşbəxtliyin son gecəsini yaşayırdım, çünki  "anasızlıq-yetimlik" biçimində dar köynəyın sahibi olacaqdım, çünki...

Artıq doqquz ildi ki, sən yoxsan ana! Amma ən çətin anlarımda da, ən sevincli günlərimdə də səninlə danışıram, qəlbimdən keçənləri səninə bölüşürəm. Ən böyk ziyarətgahım  Qəbrindir, Ana ...


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam