Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

"Deməsinlər məcnuna bax"

 

 

(Nakam sevənlərə nəsihətim)

Bir aşiq tanıdım,

Unudub həyatı, qapanıb özünə.

Özünü göm edib,

Ağrılı-acılı dözümə.

Unutmaq istəmir əğyar olanı

Ey aşiq!...

Dinlə, eşit məni.

Özünü mübtəla etmə,

Dərdə qəmə əsarətə.

Son qoy!

Canından can çıxsa da,

Vüsalı olmayan həsrətə.

Gəl sevmə, səni sevməyəni,

Uzaq olub səndən

Səni görməyəni.

Leyli tək

Eşqini bölməyəni.

Onu unut sən,

Çətində olsa, qəlbində yansa,

Unut onu,

Etmə ahu, nalə,

Gətirmə həyatını dözülməz halə.

Pıçılda qəlbinə,

Səsini könlün duysun.

De ki, səni,

Sənə buraxıb səndən gedirəm,

Səni qəlbimdən,

Çox uzaqlara sürgün edirəm,

Yaşa,yarat,yaz

Sənin şair adın var,

Deməsinlər Məcnuna bax,

Aç gözünü, aç gözünü,

Səni sevməyənləri,

Özün yandır, yax....

Budur sənə,

Dost sözü, ana nəsihəti,

Dİnləyib sən,

Qarşına qoy bəsirəti!!!

Təranə Şəms

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam