Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

"Yaxşı ki, siz varsınız" - Təranə Şəms

 

Yaxşı ki, siz varsınız

 

Zaman-zaman,

Axtarmışam uşaqlığımı.

Ay insanlar nəhayət,

Tapmışam dəcəlliyimi, şıltaqlığımı,

Mənəm deyən qoçaqlığımı.

Ay mənim kövrək illərim,

Geridə, çox geridə qalan,

Gəncliyim, uşaqlıq illərim.

Bu illərin yaddaşında,

 Sən vardın Sədaqət,

Sən vardın Günəş!...

Bizlər, bir yaşda bir biçimdə idik

Aşardıq, daşardıq,

Çox qayğısız dolaşardıq.

Hətta bəzən,

Külək kimi əsərdik,

Zamana qarşı axardıq.

Heç bilməzdik,

Nəyə, hara tələsərdik.

Başqaydı dolu-dolu dünyamız,

Günəş, bax deyirəm

Sən çox küsəyən idin,

Həm də, dərsini əla biləyən idin.

Sədaqət sən, dinməz, susqun,

Çox sakit idin.

Mən isə dəlibaş,

Hər şeyə kənardan baxan,

Gözlərdə, sözlərdə

Nəsə məna axtaran,

Dodaqaltı qımışan,

İnsanı sözlə vuran,

Güya ki, güləyən idim.

Eh...

Ay mənim məktəb illərim,

Mənim, qocaman müəllimlərim,

Biz nələri öyrəndik sizdən.

Böyük nədir, kiçik nədir,

Ata-ana, bacı, qardaş dost nədir.

Bu gün həyatımıza bir nümunədir.

Bax...

Bəlkə yarım əsr keçib,

Tapmışam uşaqlıq dostlarımı,

Sədaqət, Günəş sizinlə danışdıqca,

Xatırlayıram sizli illərimi,

O qayğısız, gözəl günlərimi.

Sizinlə həmsöhbət olanda,

Dərdlərim çıxır yadımdan,

Yenə uşaq oluram,

Özümü unudub,

Qaçıram bu həyatdan,

Qaçaq oluram.

Yaxşı ki, siz varsınız,

Vəfalı dost, həmdə,

Xəzan vuran ömrümün,

 Baharısınız!!!...

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam