Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

QALMIŞAM

 

Birinci hissə

Həqiqət hardadır bilmək də olmur,

Müxalif bardadır demək də olmur,

Cəliklər şikəstdir gəzmək də olmur,

Abrıma bükülüb dilsiz qalmışam.

 

Ədalət tordadır çıxardan yoxdur,

Sədarət taxtdadır axtaran yoxdur,

Kəramət acizdir dindirən yoxdur,

Həyamı gözləyib səssiz qalmışam.

 

Bir daha interə girmə dedilər,

Tənqidlə hədəfi vurma dedilər,

Gizlində qalanı yazma dedilər,

Minuslar önündə aciz qalmışam.

 

Düşünmək bəs etmir yazmaq gərəkdir,

Məqsədə catmağa sübut gərəkdir,

Qanunsuz qaydaya əncam gərəkdir,

Söyləyib yazmşam, işsiz qalmışam.

İkinci hissə

Yeni iş yerimə gəldim sevincək,

Sandım ki, müdir bəy haqqı sevəcək,

Çəkdiyim əməyə qiymət verəcək

Zəhmətim naminə tərif deyəcək,

Sənəti sevsəm də düzdə qalmışam.

 

İşini buraxıb istintaq qurdu:

-Oğrular kimlərdir söyləyin bilək.

Mühasib müdirin üzünə durdu:

-Oğrular müdirə bağlıdır deyək.

Həqiqət naminə darda qalmışam.

 

Üçüncü hissə

 

Müdir bəy hirslənib soruşdu məndən:

-Nədəndir yuxarı razıdır səndən?

Düzgün cavab verdim əl çəksin məndən:

-Mən məhrum etmişəm Sizi faizdən.

Düzgünlük uğrunda kasıb qalmışam.

Cəsarət hayqırır- səsi böyüyür,

 

Həqiqət arxivdə qalıb çürüyür,

Varidat talanır bir kimsə görmür,

Ehtiyat azalır tədbir görülmür,

Dillilər yanında kirmiş qalmışam.

 

Quliyev Elxan Sarı o. 1Q.10.2019-cu il.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam