Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“MƏN BU İŞƏ MAT QALMIŞAM”

 

 

Xeberinfo.com:   (Xalq rəvayəti)

Bu mövzunu işləməyimə səbəb“ikiüzlü” olmayan Nehrəmli İbrahim İbrahimovun “Xeberinfo.com” (25.10.2016-cı il)  saytında verilən “Bizim uşaqlar...” adı altında  çıxışı olub. Şəxsən mənim həmin şəxslə heç bir əlaqələrim, ona qarşı mənfi-müsbət fikrim yoxdur. Hərşeydən əvvəl sual meydana çıxır ki, Hacı kimi şərəfli ad Məkkə ziyarətində olmuş insanlara verildiyindən həmin adı özünə calaşdıran  İbrahim Nehrəmli ömür sürdüyü və fəaliyyət göstərdiyi dönəmdə doğruldubmu?

Əvvəlcəxalq rəvayəti olan həmin başlığa qayıdaq. Bir gün zəhmətkeş əkinçi (cütçü) olan birisi qalın bir meşənin ortasındakı məhsuldar talada əkinçilik etmək fikrinə düşür. Xışı, boyunduruğu və olan qalan bir cüt öküzünü də götürüb sahəni əkməyə başlayır. Bu vaxt oğrular öküzləri oğurlamaq məqsədini həyata keçirmək haqqında düşünməli olurlar. Birisi talanın sağ tərəfindəki qalınlığa-kolluğa, o birisi isə  talanın sol tərəfindəki kolluğa girir. Sağ tərəfdəki kolluqdan oğrunun birisi durmadan qışqırır: ”Mən bu işə mat qalmışam”.Əkinci beyindən olandan sonra işini dayandırıb sağ tərəfə yönəlir ki, görsün bu qışqıran nəyə mat qalıb.Kolluqda didilə-didilə axır gəlib bir kötüyün üstündə əyləşib qışqıranı tapır və soruşur: “Sən nəyə mat qalmısan?” Qışqıran oğru cavab verir: “ Mən ona mat qalmışam ki, sən tək öküzlə torpagı necə əkirsən”.Əkinçi qayıdıb əkdiyi sahəyə gələndə görür ki, öküzlərin bir tayı yoxdur. Əlacsız qalan əkinçi özü boyunduruğa qoşulub əkinini davam etdirir.

Bir azdan sonra sol tərəf kolluqdan yenə qışqırtı gəlir: “Mən bu işə mat qalmışam”. Əkinçi hirslənir və indi də sol tərəfdəki kolluğa yüyürür ki, bu qışqıran kimdir, nəyə mat qalıb. Axtarıb tapır ki,əvvəlki qışqırana oxşar ləvəndin birisi bir kötüyün üstündə əyləşib həmin cümləni təkrarlayır. Əkinçi ona “qulağına iynə batırılmış keçi balası kimi nə bəyirirsən, ay ləvənd?”,- deyir.Qışqıran cavab verir: “Mən bu işə ona görə mat qalmışam ki, sən cütçü  öküzsüz xış və boyunduruqla necə əkinçilik edirsən”. Əkinçi tez qayıdıb əkdiyi sahəyə gələndə görür ki, öküzün qalan tayı da yoxdur.

“Xeberinfo.com” saytı (“Oliqarxların 6 milyardlıq xəyanəti”,19.05.2015-ci il)doqquz nəfərin adlarını qeyd etmişdir ki, bunların içərisində Dünyamin Xəlilov,İbrahim Nehrəmli, Nizami Piriyev xüsusi çəkiyə malikdirlər. Sonradan bu kimi şəxslərin kredit mənimsəmələribirinci şəxs üzrə 2 milyard, ikinci şəxs üzrə 850 milyon və üçüncü şəxs üzrə 650 milyon dollar olduğuhaqda məlumat verilmişdir.

Araşdırmalar onu göstərir ki, nəinki sahibkarlar, hətta sambalı vəsayılıb seçilən dövlət müəssisə və nazirlikləri belə küllü məbləğdə mənimsəmə ilə məşğul olmaqdan çəkinmirlər.

Xeberinfo.com ( 26.10.2016-cı il)  məlumat verir ki, Respublikada ən iri Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin səlahiyyətli 11 nəfər əməkdaları ən azı 204 min manatdan 10 milyon manatadək, ümumulikdə isə 40 milyon manat həcmində pul vəsaitini mənimsəmədə ittiham olunurlar.

“MƏN BU İŞƏ MAT QALMIŞAM”

Respublikada ən iri bank olan Azərbaycan Beynəlxalaq Bankının vəsaiti  buxarlanmış və bank tam müflisləşmişdir.Bankın müflisləşdirilməsinə şərait yaradanlar, krediti verdirənlər, verənlər və alanlar bir-biriləri ilə əlaqəli olduqlarından və həmin kretidi tam almayaıb üzə duranların da var olması səbəblərindən həmin səlahiyyətli şəxslər “mat” və “pat” vəziyyətindədirlər. Bəli, beləbir vəziyyətdə kim kimi məsuliyyətə cəlb edə və etdirə bilər? Heç şübhə yeri qalmır ki, bu kimiləri özləri özlərini məsuliyyətə cəlb etməyəck və etdirməyəcəklər.

Səlahiyyətli idarə edici dövlət aparatı haqqında.”MTN işi” Abutalıbova çatdı: 4 milyon rüşvət meri bitirir.”MTN işi” üzrə proses axır ki, Bakı meri Hacıbala Abutalıbova çatdı.

“MƏN BU İŞƏ MAT QALMIŞAM”

“Xeberinfo.com” saytı (24.10.2016-cı il) qeyd edir: “Politika Az-ın xəbərinə görə yağış fəlakətində görünməyən şəhər meri solaxay zərbə aldı...BŞİH-yə milyonlarla rüşvət verilməsi ittihamı İbrahim Qasımovun bacısı oğlu Sahib Cahangirlinin istintaqındakı ifadəsində yer alıb. S.Cahangirli “REAL” MTK-nın direktoru olub. Məlum olub ki,o puldan 4 milyona yaxını BŞİH-ə verilib. Məlumata görə, Abutalıbova 4 milyonluq rüşvət ittihamı onun sonunu gətirə bilər. BŞİH rəhbərinin işdən azad edilcəyi istisna edilmir... Merin oğlu İsrafil Abutalıbovun vəhahibələri himayə etməsi haqda iddialar səslənir. Merin oğluna ölkəni tərg etməyə imkan yaradılıb. O, Türkiyəyə üz tutub, bu gün də İstambulda  yaşamaqda və zaman-zaman Bakıya gələrək bizneslərinə və həmtəriqətçilərinə baş cəkir”.

 General-vəkil Vidadi Mirkamalov korrupsionerlərin mərhəmət biabırçılığından belə danışıb (“Xeberinfo.com”21.06.2016-cı il):“Deyerlər Orq-la fikirlərini bölüşən qeyd edib ki, Azərbaycanda korrupsiya çox yüksək səviyyədə müdafiə olunur... Ölkədə normal məntiq və qanun işləməz hala gəlir. Hər hansı bir şəxsin banka 3-5 min borcu varsa onu tutub həbsxanaya atırlar. Amma o şəxslər ki, milyonlarla manat həcmində korrupsiyaya uğrayıb qısa zamanda işdən azad edilirlər. Hər bir halda bu insanlar üçün çox pis örnəkdir və cəmiyyəti cinayətə təhrikləndirir. Güman edirəm ki, bu qaydada Azərbaycanda qanuni hüquqi dövlət qurmaq mümkün deyil”.

Yüz milyon dollarla bankdan kredit götürüb onu da xüsusi məqsədləri üçün havaya sovuran- mifik Xəzər adalarının müəllifi İbrahim Nehrəmli aldığı krediti geri qaytara bilmədiyindən qəribə bir vasitə “kəşf” edibdir ki, bu daAli Hakimiyyətin keçmişinə, bu gününə vəgələcəyinə ucuz-ucuz yarınmaq və onuborcluçıxarmaqdır.Bu ucuz yarınmalar “Xeberinfo.com” saytında 25oktyabr 2016-cı il tarixdə olduğu kimi dərc olunub. Nehrəmli İ.İbrahimov hələ də anlamaq istəmir ki, Ali Hakimiyyət qanunla işləyir.Onu üzünə şirma tutanlara, şəxsiyyətə pərəstiş edənlərə inanmır.

Bəs dövlətin milyard dollarla kreditinin havaya sovrulmasında günahkar olanlar kimlərdir? Bunlar bankları, maliyyəni idarə edənlər və orada təftiş aparanlar-başlıcası Dövlət Hesablama Palatasıdır ki, (keçmiş MK-nın kəsərli qılıncı olan Xalq Nəzarəti Komitəsinin əvəzləyicisi) bax bu kimilərin də məsuliyyətləri tələb edilməlidir.

Nəhayət bütün elmlərin şahı olub konkret elmlər üçün dünyagörüşü rolunu oynayan ictimai şüur formalarından biri fəlsəfə elmini dərk etməyənlər, maliyyəni və idarə etməni bilməyənlər iri vəzifəyə sahib olanda dövlətin maliyyəsi yuxarıda qeyd edildiyi kimi  havaya sovrulur.

Faktlardan göründüyü kimi dövlətin maliyyəsinin və əmlakının küllü məbləğlərdə mənimsənilməsinin qarşısını almaq mümkünsüzləşibdir. Bəs neyləmək lazımdır? Avropa Birliyinə daxil olduğumuzdan ölüm cəsası ( ölüm cəzasını heç kimə şamil edilməsini lazım bilmirəm) ləğv edilmiş, saysız miqdarda cinayətkarları həbs etmə üsulu da bir effekt  vermir. Bir yol qalır ki,qohumlardan təşkil olunmuş dövlət hakimiyyəti tam dağıdılıb gənc kadrlar hesabına yenidən qurulmalıdır.Əks təqdirdə qanımız bahasına qazandığımız müstəqil dövlətimiz çökə bilər.

 

Quliyev Elxan Sarı o.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam