Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Mərhum xeyriyyəçinin qızı Mehriban Əliyevaya müraciət etdi -Video

 

Mingəçevir sakini Mehriban Əliyevaya müraciət etdi

Mingəçevir sakini İsrafilova Gülnar Əvəz qızı birinci Vitse-Prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevaya müraciət ünvanlayıb. 

Yenixeber.org: Redaksiyamıza daxil olan müraciətdə G.İsrafilova anası dünyasını dəyişdikdən sonra çox çətin vəziyyətdə yaşadığını qeyd edib: “Anam Əliyeva Zemfira Müzəffər qızı xeriyəçi olub.O, müharibə zamanı cəbhəyə pul yardımı edib, Qarabağın azadlığı uğurunda gedən döyüşlərdə iştirak edən əsgərlərə sovqatlar aparıb, kasıb ailələrə daima yardımlar edib. Çoxlusayda şəhid ailələrini, yoxsul ailələri himayəsinə götürüb. Anam xeriyyəçi 1994-cü il tarixdə banka küllü miqdarda pul qoyub ki, buna dair əmanət kitabları var. Anam 17 avqust 2019-cu il tarixdə xəstəlikdən dünyasını dəyişdi”. 

Gənc qız hazırda heç kimi olmadığını bildirərək Mehriban Əliyadan kömək istəyib: “İndi xeyriyçi Zemfira Əliyevanın qızı yoxsulluq içində evsiz imkansız vəziyyətdə yaşayır. Anamın xəstəliyinə görə müalicəsi üçün borc götürmüşəm. İndi ortalıqda qalmışam, heç kəsim yoxdur. Yeganə doğmam anam idi, o, da vəfat etdi. Subay qızam, evim yoxdur. Kirayələrdə qalmışam. Mən mətbuat vasitəsi ilə Mehriban Əliyevaya müraciət edib xahiş edirəm mənə köməklik edin”.

Əlaqə telefonu; (055) 676-27-13


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam