Dayaq
Sənədli povest (ardı)
"Xeberinfo.com": Cürətləri ona catdı ki, oğru it kimi Baş idarənin möhürünü oğurrlatdırdılar. Möhür oğurluğunu Abşeron repreduktor quşçuluq sovxozunda da həyata keçirmişdilər. Gözügötürməz, Görədil damazlıq reproduktor quşçuluq təsərrüfatının direktoru kənd təsərrüfatı elmləri namizədi Həsənalı adında elmi titullu şəxsi həbs etdirməyə çalışıb niyyətini həyata keçirə bilməsə də, institutu fərqlənmə diplomu ilə bitirmiş ailəli bir gənci məsuliyyətə cəlb etdirməyə müvəffəq olmuşdu.
İctimai quruluşun çürüdüyünü hamı görsə də məsəbpərəstlər baş verən əsaslı nöqsanları görmək istəmir, cirkin işlərini davam etdirirdilər. Hökumətin Ali səlahiyyətli şəxsləri maraqlanmırdılar ki, möhürlər nə səbəbə görə oğurlanır, qrup halında insanlar niyə həbs olunur, eyni səbəbdən eyni tipli cinayətləri kimlər törədir, kimlər tərəfindən təşkil edilir. Ancaq–ancaq həbs etməklə guya vəzifə borclarını yerinə yetirirlər. Kim həbs olur–olsun, təki vəzifədə qalsınlar, rüşvət bol olsun. Sabir demişkən “Mən salim olum, cümlə cahan batsa da batsın”.
Mən M.M.Məmmədovun əmri ilə 1983-cü ilin iyun ayında Bakı broyler fabrikinə işə gələndə direktor Nüsrətdin adında bir gənc idi. Baş həkim Rusiyanın Kənd Təsərrüfatı İnstitutlarının birində baytarlıq təhsili almış İsmayıl Məmmədhəsənov idi. Hər bir ay ərzində körpə broyler cücələri arasında 80-90 min başa qədər ölüm olurdu. Bu kütləvi ölüm də A.Abbasovun döründə olan “xəstə”liyin eyni idi. Baytar həkimi İsmayıl isə sübuta yetirirdi ki, bu xəstəlik yox, zəhərlənmədir. Ölüm isə mütaəmadi yox, fasilələrlə olurdu. Axı bu xətəlikdirsə bütün fabrikdəki quşlar məhv ola bilər. Quş ölümü bir sexi batırsa da, digərlərində heç bir “xəstəlik” baş vermirdi. Orada işlədiyim iki il ərzində Nüsrəddin, İsmayıl, Mərdan, Xaləddin kimi dörd şəxs direktor təyin olunmuşdu. İşlədiyim müddətdə gah dizel yanacağı, gah satış fakturası, gah gecələr broyler quşlarının oğurluğu baş verir, imkan tapanda oğrular ikinci mərtəbədə yerləşən mühasibatlığın pəncərəsindən girib satış fakturalarını su vedrəsinə basır, kah yem daşıyan maşını ələ keçirir, kimisi mənə kor deyir və öldürəcəkləri ilə hədələyirdilər. Satış obyektlərinə məhsul daşıyan sürücülər satış qaimələrini gizləyir, yaxud bir-birinin qaimələrini mühasibatlıqdan oğurlayıb cırıb atırdılar. Bir qadın başqa quşçuluq fabrikindən gəlib burada işləyib (o, məni əvvəldən tanıyırdı) vəziyyəti görəndən sora mənə dedi ki, sənin fabrikdə düşmənlərin saysızdı, burada necə işləyəcəksən mən bilmirəm. Sora həmin qadın buradan qorxub qaçdı. Mənim də əlimə fürsət düşəndə neqativ halların kim tərəfindən törədildiyini dəqiq biləndə cəzalarını verdirirdim. Oğruları idarə edənlər İki dəfə məni həbs etdirməyə calışsalar da müvəffəq ola bilməmişdilər. Həbsimi bir dəfə Abşeron rayonunun Baş prokurorunun, digəri isə Baş Qiymətlər Komitəsinin vasitəsilə həhəyata kecirməyə çalışmışdılar. Hətta iş bu dərəcəyə catmıdı: “Baş mühasibi oradan rədd etməsən səni ələ verəcək”,- deyə direktor Məmmədhəsənov İsmayıla istiqamət də vermişdilər. Bunu mənə direktor özü demişdi.
Mühasibatlıqda Prokurorla mübahisələrimizi qısaca qeyd edirəm. Səhv etmirəmsə 1984-cü ilin yanvar ayının axırları idi. Öz illik hesabatımı demək olar ki, başa vurub Bakı quşçuluq fabrikinin baş mühasib əvəzi bir rus qadını ilə illik hesabatının tərtibinə kömək edirdim. İş stolumun (pristavnoy) başından aralanıb qabaqdakı yapışdırlmış, yaxud belə desək söykədilmiş uzun stolun yanlarında üzbəüz işləyirdik. Birdən otağa dörd nəfər daxil oldu. Qabaqda gələn ucaboy, həm də iri gövdəli bir şəxs idi. Axırda gələn tanıdığım ucaboy SƏDM-in gənc kapitanı idi. İki nəfərini isə tanımırdım. Tanımadığım ucaboy yekəpər şəxs amiranə səslə- Burada baş mühasib kimdir,- deyə soruşdu.
-Mənəm.
-Bilirsən sən burada neyləmisən?
- Neyləmişəm deyin.
-Buranı yeyib dağıtmısan.
-Kimlə yemişəm gətirin üzümə qoyun.
Sonra əlini qapısı açıq dəmir şkafa uzadıb qəzetə bükülü kərpicə oxşar nəsə tapdı.
Bəs bu nədir,- deyə sevincək soruşdu.
-Açın baxın görün nədir.
Düzünü deyim ki, kimlə danışdığımı, mübahisə etdiyimi bilmirdim. Qəzetə bükülü iki parça kərpic çörəyin hissəsi çıxdı. Başqa bir bkülüdən isə xörəyi yeyib qəzetə bükdüyüm bulaşıqlı kicik banka tapıldı. Axır SƏDM-in kənc kapitanı dilləndi ki, Müzəffər (Səhv etmirəmsə onun adı beləydi) müəllim bu mühasibdə hec bir şey tapa bilməyəcəksiniz.
-Hansı rayondansan-, deyə soruşdu.
-Filan rayondan.
-Ayrımlardansan də.
-Müəllim, MK və BK-da əyləşənlər ayrımlar deyilmi?
-Elə demirəm, yəni ayrılıb gəlmisən.
O, beləcə o, bir az da zarafatlaşıb getdi. Həmin ucaboy kişi gəldiyi dəstə ilə gedəndən sonra direktordan öyrənə bildim ki, bu kişi Abşeron rayonunun Baş Prokurorudur. Bizi dəstəsi ilə birlikdə məsuliyyətə cəlb etməyə gəlbmiş.
Yoxlamaya gələnlərin sayı hesabı yox idi. Demək olar ki, hər ay müxtəlif təşkilatlardan müxtəlif bəhanələrlə mühasibatlığa təftiş aparanlar gəlir, hərəsinin də qoltuğunda bir torba. Yoxlamaya nə üçün gəlib, ət-yumurta aparmağa. Canımı boğazıma yığmışdılar. Bəzən də elə vəziyyət yaranırdı ki, onlara kobud cavab verib otaqdan qovurdum.
Bir müddətdən sonra Rayonun tanış SƏDM-in mayoru fabrikə gəlib bizlə salamlaşıb:” Prokuror dəstəsilə gəlib getdi?”,- deyə bizi sorğu-suala tutdu. Cavab verdik: ”Bəli gəldilər də, getdilər də”. Mayor söhbətə başladı ki, onlar bura gələndə dedim ki, oraya hay-küylə getməyin, mühasibi tuta bilməyəcəksiniz. Ona görə ki, o, mühasib levıy işlə məşğul deyil. İşi bağlamaq üçün indi mən gəlmişəm ki, baş mühasibə töhmət verdirək, direktoru işdən azad edək, yaramaz işlə məşğul olanı da başınızdan rədd olub getsin. Yaramaz işlə məşğul olan (qarışıq yem ambardarı) adam isə həyasızlığına salıb heç yerə getmək istəmirdi. Bunu sonradan bilən mayor mənə dedi ki, onlar təlükəli adamlardır, oğurluq üstündə bu nəsli neçə dəfə tutsam da yuxarıdan onları azad etdriblər, səni məhv edərlər, onu direktorun əli ilə fabrikdən rədd elə. Mən yeməyə çörəyi güclə qazansam da, bu zəli fabrikə cındir “Moskviç”lə işə girib, indi isə “06 Jiquli” markalı təm təzə minik avtomobilində gəzirdi. Öyrənə bildim ki, istər donuzdan quşculuğa gələn heyvərə, istərsə də indi rast gəldiyim bu zəli-hamısı bir bulaqdan su içmişlərdir. Məni təəccübləndirə isə o idi ki, nə iş görürdümsə həmin mayor hamısını bilirdi, bilmirdim ki, bunları ona çatdıran kimdir.
Baş Qiymətlər Komitəsinin yazdığı aktı da Xalq Nəzarəti Komitəsinin səlahiyyətli nümayəndəsi, milliyətcə rus, Rəşidova familyasında olan bir qadın aktı, həmin aktı yazanların sinəsinə vurdu ki, Respublika laboratoriyasının brak quş tükünə yazdığı akta akt yazmazlar. Mənə də dedi ki, brak min rublluq tük ücün qoy səni “tutsunlar”, get işində ol.
Nəhayət Bakı quşculuq fabrikindən 1982-ci ildə direktor vəzifəsindən azad olan, keçmişlərdə quşçuluda şef hesab edilən şəxs, elmi titulu (?) olsa da, başqa istehsal sahələrində işləməyi özü üçün mümkünsüz hesab edərək uzun müddətdən sonra 1985-ci ilin ortalarında Bakı broyler quşçuluq fabrikinə direktor vəzifəsinə təyin edildi. Məni kabinetinə çağırub soruşdu: “Burada oğrular kimdir”. Ona düzgün cavab vedim: “Mən oğrularla işləmirəm və onları da tanımıram. Adamlarınızı lazımlı yerlərə təyin edin, baş verəcək hər bir hadisəni də biləcəksiniz”. Yavaş-yavaş yarınanlar onun ətrafına yığışrdılar. Xalq artisti Səyavuş Aslanın mahnı qoşub, şeir həsr etdiyi “orduna peyin basdığı” gədə də bunların arasında idi. Baş mühasib vəzifəsində İşlədiyi müddətdə Bakı quşçuluq fabrikinin mühasibatlığını cinayət yuvasına cevirən, artıq şlifofkaya belə yaramayan rus kaftarı Lora da fabrikdə görünməyə başladı. Nəhayət direktor əmrlə mənim vəzifəmdən azad olmaığma yox, İstehsalat Birliyinin əmri verilənə kimi vəzifəmdən kənarlaşdırılmağıma əmr verdi. Rəis məzuniyyətdən gələndən sonra məni kabinetinə dəvət edib: “Birlikdə baş mühasib, baş mühasib müavini və bir təftişci yeri boşdur. Hansını istəyirsən gəl”,-dedi. Konkret cavab verdim:
-Baş mühasib müavini vəsifəsinə gələrəm.
-Niyə təftişçi vəzifəsini istəmirsən?
-Mən o vəzifəni xoşlamıram.
Nəhayət, rəis məni Baş İdarədə baş mühasib müavini vəzifəsinə təyin etdi. Mən mühasibatlıqda müavin vəzifəsinə təyin olunan kimi baş mühasib vəzifəsində işləyən Bülbül adında şəxs mühasibatlıqdan qaçıb təftiş şöbəsinə keçdi. Əzab-əziyyətə qatlaşmış mən bülbüllər ola bulməzdim.
Mən burada da xoşlanmırdım. Ancaq sevinirdim ki, hüquq mühafizə orqanlarının dindirmələrinə, təftiş adıyla ət dilənənlərlə, oğurluqla məşğul olanlarla qarşılaşmayacağam. Mühasibatlıqda məndən başqa üç nəfər işçi də varıydı. Məvacibləri təqribən 100-160 rul həcmində idi. Rəis mənim aylıq əmək haqqımı əlavə ilə birlikdə 220 rubl həcmində müəyyən etdirmişdi. Sakit və həvəslə işimlə məşğul idim. Mühasibatlığın içərisində və çölündə mövqe tutan levıy baş mühasiblər peyda olmuşdu. Rayonlardan məni sayıb mütəxəssis bilənlərdən kimisi iki kilo ət, kimisi iki kilo balıq, kimisi bir kasset yumurta göndərirdi... göndərilənlər iki qadın və məndən yan keçirdi. Bunların heç birisində gözüm yox idi, ona görə ki, dinc həyatım varıydı. Ancaq hiss edirdim ki, bu iki qadın elə bil mühasibatlığın kənardan və daxildəki dilənci-bicdən idarə edilməsinə görə məndən inciyirlər. Axır Tamara adında müavin işləyən qadın dilləndi: “Bu boyda Birlikdə baş mühasib sənsən, yoxsa mühasibatlıqdan kənarda fırlalanlar və mühasib işini anlamayanlar?”. Cavab verdim ki, Tamara xanım, səbrin olsun, hər şey qaydaya düşəcək, axı mən yenicə gəlib burada əyləşmişəm, sizlər ki, məni uzun illərdi ki, tanıyırsınız.
Açıq aşkar telefon danışıqlarında pislənməyimi eşidir, daxildəki yaramazdan isə oldürüləcəyimlə hədələnirdim. Nəhayət daxildəki yaramaz tək məni yox, təsərrüfatın direktorlarını da boğaza yığdıqdan sonra zibilinin üstü açıldı və ərizə yazıb vəzifəsindən getdi.
Bu gədə necə eləmişdisə iri bir Birliyə Uçot və Hesabat şöbəsinin rəisi vəzifəsinə təyin olunmuşdu. Qısa müddətdə Jiquli markalı minik avtomobili də almışdı. Bu varlıq illik hesabat vaxtı utanmadan gəlib mənimlə görüşüb mühasibat provodkalarını verə bilmədiyini və illik hesabatın tərtibindən xəbərsiz olduğunu etiraf edib, məndən kömək istədi. Vaxtı ilə mənə qarşı etdiyi yaramazlıqları bir kənara qoyub çətinlik çəkdiyi mühasibat provodkalarının veriməsini, müxabirləşmələri yazıb izah etdim. Sonra bu insan işində rəhbərliyin üzünə dayandığı üçün haqqına çatdırılmışdılar.
Hakimiyyətdə əyləşən mənsəbpərəstlər isə artıq özlərinə isti yuva qurmuşdular. Moskvada hökumət idarə etmədə başını itirmişdi. Sanki Kənd Təsərrüfatı Nazirliyinin adını dəyişib Dövlət Aqrar Sənaye Komitəsi adlandırmaqla yüksək inkişafa nail olacaq. Moskvadan radio “Qosaqroprom postanovlyayet” dedikcə istehsalatda heç nə “postanovit” olmur, əksinə hər şey dolaşır, çıxılmaz vəziyyət alınırdı. Təlimatlar günbəgün artır, istehsal isə azalırdı. İstehsalata məsarifləri əks etdirən sənədlərə-məxaric qaimələrinə əlavə olaraq çek də yazılırdı. Sənədləşmə-kağız, direktor olmaq istəyənlər, tamah çox, idarəetmədə səriştə, məhsuldarlıq artımı yox.
Nəhayət Azərbaycan SSR Nazirlər Kabinetinin 31 say 22 yanvar 1986-cı il tarixli qərarı ilə Baş Quşçuluq Sənayesi İdarəsi 121 say 14 aprel 1986-cı il tarixdən respublikada yaradılmış Azərbaycan SSR Dövlət Aqrar Sənaye Komitəsinin tərkibində olmaqla “AZƏRQUŞSƏNAYE” İstehsalat Birliyi adlandırıldı.
M.M.Məmmədovun vəzifəsindən kənalaşdırılması üçün mənsəbpərəstlər rahat ola bilmirdilər. Axır ki, KOMMUNİST qəzitinin 06 fevral 1988-ci il tarix 31-ci sayında iri hərflərlə yazılmış ACƏRBAYCAN KP MƏRKƏZİ KOMİTƏSİNDƏ yazısı ilə “Azərbaycan KP MK Azərbaycan SSR Dövlət Aqrosənaye Komitəsi Azərquşsənaye Respublika Birliyinin fəaliyyətində ciddi nöqsanlar haqqında qərar qəbul etmişdir” yaımbaşlığıında M.M.Məmmədovun kollektivlə birlikdə 7 il 7 ayda çəkdikləri zəhməti unudaraq, cümləpərzadlıqla məşğul olub sayaqlamalar düzmüşdülər. Bu qərarı yazdıran və yazanlar ittifaqın dağıldığını görməyib vəzifə üstündə didişirdilər. Yalquzaq dəstəsi belə güman edirdi ki, yaxın müddətdə biri HK sədri, digəri Milli Məclisin sədri, bir başqası “AZƏRQUŞSƏNEYE” İB-nin rəisi, özündən razının bir başqası isə MK-nın birinci katibi olacaqlar. Zaman göstərdi ki, onların arzuları boş sabun köpüyü imiş. Sonra bunlardan kimisi respublikadan qaçdı, kimisi həbsxanaya istirahətə göndərildi, xırda-para vəzifə tutanlar da vəzifələrindən bayıra atıldılar...
Mehdi Məməmmədov mənim üçün DAYAQ idi. Nəinki mənim, on min nəfərlik kollektivin də dayağı idi. Yuxarıdakı yalquzaqlar elə bilirdilər ki, M.Məmmədovun yeddi il yeddi aya qurub yaratdığı - icərisi milyon rublllarla material ehtiyatları və 12 milyon baş quşla dolu olan quşçuluq fabrikləri və məhsulları göydən yağış kimi tökülüb. Calışırdılar ki, onun sahibi olsunlar. Aqrar yox Ağlar Səneye Komitəsinin Sədri, araq çaxır istehsalcısı Müzamil Abdullayev 06 say 05.01.1989-cu il tarixli əmri ilə M.M.Məmmədovu təqaüdə göndərmə adıyla vəzifəsindən azad etdikdən bir neçə aydan sonra məhsulun yoxa çıxdığını görüb təəccüblə belə dedi: “M.Məmmədov yoxdu məhsul da yoxdu ki...”
Ata-Ana qayğısından məhrum oldu körpəğlikdən,
Dünyasının bəlasından zülmü gördü gəncliyindən,
Şöhrətləndi öz fəhmindən, diqqət çəkdi zəhmətindən,
Cəngə çıxdı on beş yaşdan, zədə aldı döyüşlərdən,
Fateh kimi ad qazandı, dərrakəli Mehdi kişi.
oktyabr 2014-cü il.
1964-cü ildə həyata qədəm basıb M.Məmmədovun səmərəli fəaliyyəti ilə ən yüksək inkişafa nail olan “AZƏRQUŞSƏNAYE” ali dairələrin patentli mütəxəssislərinnin tətbiq etdikləri “İqtisadi islahatlar”ın qurbanı olub, 1989-cu ildən başlayaraq ucuruma doğru böyük sürət götürmüşdü. Həmin patentli mütəxəssislərin biri o, şəxs idi ki, 1969-1970-ci illərdə MK-da çirkin işlərlə məşğul olduğundan vəsifəsindən qovularaq Məmmədli südçülük sovxozuna direktor təyin edildikdən və məhsuldar heyvanlar qara yara xəstəliyinə yoluxandan sonra vəzifədən biabırçı bir formada azad edilən M.Məmmədovdan sonra birliyə rəis təyin edilmişdi. Bu şəxs fabrikin direktoruna sual verir: “ Bazarda toyuğun bir başı neçəyədir?”. Direktor cavab verir: “ Yoldaş rəis mən bazarkom yox, quşçuluq fabrikinin direktoruyam və diri quşun bir başı yox, bir kiloqramı kateqoriyasından asılı olaraq 2.20 və ya 1.40 rublu təşkil edir”.
Bu şəxs məni zorakı yolla vəzifəmdən azad edib iqtisadi şöbəyə köçürdü. Sonra həmin şəxsi kollektiv vəzifəsindən qovdursa da yuxarı dairə bu mənsəbpərəsti Toxumçuluq birliyinə rəis təyin etdi.
M.M.Məmmədovdan sonra quşçuluqda istehsalı idarə edə bilən təcrübəli kadr birinci müavin Tofiq Əziz oğlu Tağıyev idi ki, onu da saymadılar. 89-90-cı illərdə vəzifəsində bezdirildiyindən onu 05 sentyabr 1990-il tarixli ərizəsinə əsasən Aqrar Sənaye Komitəsinin 14.09.1990-cı il 672 saylı əmri ilə vəzifəsindən azad etdilər. (“AZƏRQUŞSƏNAYE” İ.B.-nin Əmri 59-k say 14.09. 1990-cı il ).Ona görə azad etmişdilər ki, onlara işi bacaran mütəxəssis lazım deyildi.
M.M.Məmmədov dünyasını dəyişəndən sonra mənim kitablarımın bəzəyi oldu. Onun haqqında publisistik məqalələr, şeirlər yazır, mətbuatda onu yaşadır, tanıyanlara xatırladırdım. “Azərbacandan müasir dünyaya baxış” kitabımda dərc olunmuş şeirdən bir dördlük:
Hamıya arxaydı özü arxasız,
Gəncləri öyrədib yol göstərərdi.
Yorulmaq bilməzdi, işi qorxusuz,
Zəhmətə qatlaşıb düz yol seçərdi.
oktyabr 2011-ci il.
O, mənim haqqımda bir dəfə elə bir cümlə işlətdi ki, onun və özümün kim olduğumu onda tanıya bildim, cümləsinin dərinliyini isə çox sonralar anlaya bildim. İxtisasca mühasib olub, fəaliyyətiylə ABŞ-da ümumimilli şöhrətə sahib olan prezident Harri Trumen ilə müqayisə edib ona “Müdrik kişi” adında 55 misralıq müxəmməs də yazdım. Həmin müxəmməsdən iki beşlik:
Milyadr dollar vəsaiti qoyub getdi vəzifədən,
Dada çatdı itməz irsi, faktlar çıxdı mühasibdən,
Etalondu təcrübəsi, hesabatda rəqəmlərdən,
Tər-təzədi irsi-dərsi, silinməzdi diqqətlərdən,
Səviyyədə Harri idi, uzaq görən müdrik kişi.
Azadlığın dəstəsindən, nümayişdən qalmazıydı,
Ağ ayının gülləsindən, təhdidindən qorxmazıydı,
Bir kimsəyə əyilmədən, həqiqəti danmazıydı,
Güclü idi xainlərdən, zərbələrdən sınmazıydı,
Orta boylu bir şəxsiydi, uzaq görən Mehdi kişi.
iyul 2011-ci il.
M.Məmmədovdan sonra Birlikdə hər il yeni rəis təyin edilirdi. Zakir adında ikinci rəis idi ki, vəzifəyə təyin edilmişdi. Hər rəis dəyişldikcə milyon ədədlərlə yumurta, min tonlarla quş əti “buxarlanır”dı. Sən demə mənim İstehsalat Birliyinin fəaliyyətinə yazdığım arayışlar isə rəis gədəni qorxuya salıbmış. Dolanmaq cəhəttdən vəziyyətim ağır olduğundan kooperativ evimin kreditini ödəməkdə çətinlik çəkirdim. Quşçuluqda uzun müddət fəaliyyətimi və mənə maliyyə yardımına imkan verən dövlət qanununu ərizənin arxasına tikib, 23.04. 1991-ci il tarixli məktubumla rəisdən kömək istədim. Maliyyə yardımına – yox - cavabını Zakir yox, Salayev adında müavin vermişdi. Bu cavab mənə güllə kimi dəydi. Yenidən rəisin ünvanına məhsuldarlığın azalması hesabına 1988-ci ilə nisbətən 1989-cu ildə (1988 min baş x 14.5 ədəd) = 28.8 milyon ədəd yumrtanın və 1989-cu ilin 9 aylığına nisbətən 1989-cu ilin son üç ayı ərzində (6250 min baş x 312.16 qram)= 1951 ton ətin “buxarlanma”sını onların nəzərinə çatdırası oldum. Yəni 1988-ci ilə nisbətən 1989-cu ildə hər baş toyuqdan yumurta istehsalı 188.3-173.8= 14.5 ədəd, kəsimə gedən hər baş broylerin çəkisi 1.084.13-0.771.97 = 312.16 qram azalmışdı. Bu rəqəmlər isə İstehsalat Birliyində məhsulun “ buxarlanma”sını sübuta yetirirdi. Əlbətdə bu faktiki rəqəmlər heç də xoşa gələn deyildi. Bununla da hökumət Zakirlə yanaşı Zakirdən əvvəlki rəisin və müavinlərinin də məsuliyyətini tələb edə bilərdi.Bundan sonra 123 say 26 iyun 1991- ci il tarixli ödəniş tapşırığı ilə müəyyəm məbləğdə pul vəsaiti Bakı şəhər İcraiyyə Komitəsi 132 saylı Mənzil Tikinti Kooperativi İdarə Heyətinin hesabına köçürüldü. Necə deyərlər ”ilan ulduz görməsə ölməz” demişlər. Rəislə bu konkret yazışmadan sonra təhlükəli şəxs kimi nəzarətə götürülüb onun işə qəbul etdiyi əshabəsinin vasitəsilə “Zakirə heç kim hec nə edə bilməz” “xox”nu eşidib küçədə hədələnərək təhdid olunmağımı gördüm.
Mən isə öz işmdə idim. Həmin vaxtlar məni istəyənlərdən biri gəlib şöbədə xəbər verdi ki, “qardaş”in istehsalat şöbəsində səni gözləyir. Fikirləşdim ki, görəsən bu hansı“qardaş”ımdır. İstehsalat şöbəsinə daxil olanda gördüm ki, kecmiş direktorlardan biri Sərdardır. O, olduqca qocalmış və üzüntülü vəziyyətdə idi. Xəstəliyi ona güc gəlmişdi. Dedi: “Buraya gəlməkdə bir məqsədim də səninlə görüşüb həqiqəti deməkdir. Səninlə işlədiyim müddətdə elə bilirdim mənədən sağa və sola, aşağıya və yuxarıya xabər daşıyan sənsən. Sən demə satqın elə inandığım və yaxınım filankəs imiş. Təsərrüfatda hansı işi görurdümsə həmin gün o, yuxarı dairələrə, məni izləyənlərə catdırırmış”. Sərdarla bir qədər söhbət edib, sağollaşıb ayrıldıq. Sonra öyrəndim ki, o, dünyasını dəyişib. Özüm haqqında həqiqi etiraflar mən vəzifəmdən azad olunandan sonra çox olurdu. Bu kimi etiraf olunan həqiqətlərin ancaq bircəciyini qeyd edirəm. Bunlar məni həm sevindirir, həm də qəlbən çox ağrıdırdı... Sevinirdim ona görə ki, həqiqət üzə cıxır, kimin kim olduğu insanlara bəlli olurdu. Ağrıyırdım ona görə ki, haqq da olsam haqsız olaraq bir parça çörəkdən olmam, ailəli olduğumu düşünmədən vəzifəmdən məcburi qaydada azad olunmağım məni hədsiz dərəcədə incidirdi. Düzgün fəaliyyətimin üzə çıxması, mənim haqda olunan etiraflar ölən insanın mərmərdən hazırlanan baş daşına, məzarının başına örtülüb göz qamaşdıran gümüşü rəngli metal tentə bənzəyirdi.
Birliyin son günlərini yaşadığını görüb 1993-cü ilin aprel ayında quşçuluğa əlvida deyib kommersiya müəssisələrində işləməyə üz tutdum. Yenicə həyata qədəm qoyan kommersiya müəssisələrində nə iş varıydı ki, mən də bir işlə məşğul olaydım.
Bir kommersiya bankında işləyən vaxtda əslən gürcüstanlı bir vətəndaşın vasitəsilə İtisadiyyat Nazirliyində baş mühasibə ehtiyac olduğunu öyrənib oranın müavinin köməkliyi ilə işə qəbul olmağım reallaşası oldu. Baş mühasib vəzifəsində işləyən rus qadınını vəzifəsindən azad edib yerinə azərbaycanlı təyin etmək istəyirdilər. Şübhə etmirdim ki, Nazir keçmiş iş yerimlə maraqlanacaqdi. Mən onu qabaqlayıb Zakirdən telefon vasitəsilə kömək istədim. O, isə telefonda məni məsxərəyə qoyaraq belə cavab verdi: “Ha-ha-ha sənin haqqında nə bilirəm hamısını demişəm”. Nazirin familiyası səhv etmirəmsə Sadıqov, yaxud Səmədzadə idi və o ağ saçlı bir insan idi. Nazir məni qəbul edib mehribanlıqla söhbət etsə də işlə təmin etmədi. Zakirlə işləyən dönəmdə maliyyə arayışlarımla onu təhlükələrdən qorumağa, ayıq saxlamağa çalışdığım halda o, məni düşmən kimi görürmüş.
Tərtib etdiyim maliyyə arayışları ilə onu məlumatlandırır, bəlalardan xilas etməyə çalışırdım. Görəsən Zakir nə üçün nahaqdan mənim haqqımda nazirdə pis fikir oyatmışdı? Bir də vəzifəmdən azad olmuşdum. Axı insan həyatında ona edilən yaxşılıqla yanaşı yamanlığı da unutmur. Mən heç vaxt Zakirin əksinə getməmişdim. “Xain xoflu, oğru şübhəli olar” Atalar sözünü bu gün zakirlərə xatırlatmaq istəyirəm. Mən o vaxt xoşa gələn işçi olardım ki, toyuqçuluğu qara günə qoyub israillilərin təkidi və hərəkətində asta tərpənən maliyyəçisii kimi İstesalat Birliyinin hesabında olan bütün pul vəsaitini qaz yumurtasının alınmasına köçürəydim. Bundan sonra onun mənə göstərdiyi “qayğının” əvəzini aldı. Mən heç vaxt işlədiyim rəisin, direktorun əksinə getməmiş, rəisi, direktoru tutduğu cinayət əməlindən çəkindirmək mümkün olmayanda üzə dirəşib orada qalmamış, ərizəmi yazıb vəzifəmdən özüm və yaxud məşburiyyət qarşısında azad olmuşdum.
Yaxşılığa yaxşılıq da hər bir kəsin borc işidi,
Yamanlığa yaxşılıq da ər kişinin zor işidi,
Tofiq kimi tanınmaq da ürəklinin mərd işidi,
Mehdi kimi anılmaq da tək comərdin haqq işidi,
Yaddaşlarda yaşayırlar kəramətdə tək kişilər.
Hər gədədən kişi çıxmaz, kölgə salmaz ətrafına,
Çuğulbazdan xeyir gəlməz imkan verməz sərrafına,
Həmzə kəsdən mürvət görməz, insan dözməz cəfasına,
Anlamazdan insan olmaz, getməz onun səfasına,
Zalımlıqda fərqlənirlər kəmfürsətdə cox kişilər.
Noyabr 2014-cü il
Boş vaxtlarımda quşçuluğun (vəzifəmdən azad olanda gələcəkdə mənə lazım olacaq iqtisadi məlumatları cəmləyib özümlə aparmışdım) yenidən inkişafı və M.M.Məmmədovun vəzifəsinə qaytarılması üçün ali dairəyə məktublar yazırdım. Məktublar isə hüquq mühafizə orqanlarının əlinə keçir və onlar da keçmiş qaydada təsərrüfatlara hərbə-zorba gəlirdilər... Həmin hərbə-zorbaların nəylə nəticələndiyini mənə quşçuluqda işləyən bir baş mühasib tərəfindən çatdırılmışdı. Bundan istifadə edənlər mənim adımdan hərbi prokurorluğa məlumat da yazmışdılar. Məni dindirməyə dəvət etsələr də bir nəticə hasil olmurdu. Belə məktublardan isə mənim xəbərim yox idi.
Ən nəhayət quşçuluğa vaxtı ilə quşçuluqda direktor vəzifəsində işləmiş bir nəfəri rəis təyin etdilər. M.Məmmədovdan sonra bu şəxs 4-cü nəfər idi ki, rəis təyin edilirdi. Həmin şəxs 27 yanvar 1996-cı il tarixli “Azərbaycan” qəzetinin müxbiri Rəşid Bağırpurun vasitəsilə təşkil etdiyi suallara “cavab” verirdi. Həmin cavablarda M.M.Məmmədov tam unudularaq ancaq ali dairəyə yarınmaqdan başqa bir yazı gözə dəymir, boş xülyalarla quşçuluğun inkişafıdan dəm vurulur, rəis özünün əvəz edilməzliyini sübuta yetirməyə çalışırdı. Onun iki çümləsini sitat gətiritəm: “...H.Əliyev yoldaş 1980-ci ildə Siyəzən quşçuluq fabrikinin tikintisinə baş çəkəndə direktorluğa mənim namizədliyimi irəli sürmüşdü...Bu gün quşçuluq sənayemiz də tam reysdənçıxmayıb”. Gərək düşüncədən tam kasıb olub məsuliyyət hissini itirəsən ki, bu formada da ağzından söz buraxasan. Rəis kürsüsü rəsi havalandırdığından, müxbir R.Bağırpurun isə rəisdən və redaksiyadan alacağı qonorar gözlərini elə örtmüşdü ki, alilər alisi Heydər kişinin səviyyəsini görə bilməmişdilər. Bax bunda deyiblər: “Hər oxuyandan Molla Pənah ola bilməz”. Rəis müsahibə verəndə və R.Bağırpur quşçuluqdan yazmaq təşəbbüsündə olanda gərək əvvəlcə müxbir F.Abbasovun KOMMUNİST mətbu orqanının 1987-ci ilin iyun ayındakı üç silsilə yazılarına diqqət yetirəydilər.
1970-ci ildən başlayaraq 1993-cü ilin sonuna kimi ət və yumurta istehsalı üzrə dioqram tərtib etmişdim. Həmin dioqramda ət istesalı 36 min tondan azalıb 1980-il səviyyəsinə - 5 min tona, yumurta istehsalı 361 milyon ədəddən azalıb 1975-ci səviyyəsinə -90 milyon ədədə qədər aşağı düşmüşdü. Yəni quşçuluq uçurumun dibində idi. Onun cəhdi-verdiyi müsahibə ölünü qəbristanlıqdan diri çıxarmağa bənzəyirdi. Rəis isə elə başa düşürdü ki, ondan yazan mənəm. İstehsalın gedişatından baş açmayan başı boş elçisini isə mənimlə heç bir marağa, əndazəyə sığmayan yersiz danışığa çağırmışdı (Nizami metrosu qabağında)...Mən indiki rəislə vaxtı ilə direktor vəzifəsində işləyən dönəmdə çörək kəsdiyimdən onun əksinə heç bir mənfi material yaza bilməzdim. Onun bu yersiz, düşük, ucuz, ag yalan, gələcəkdə baş tutması mümkün olmayan, məntiqsiz msahibəsinə və uzun müddət M.M.Məmmədovun tabeliyində işləyib bu gün onu unutmasına tənqidi fikrimi bildirmişdim. Uçurumun başında da yox, dibində əyləşib dövlətin mərkəzi mətbuatının müxbiri Rəşid Bağırpurla birlikdə sayaqlamalarını mətbuata düzən, özünün səviyyəsizliyini bəyan edən rəis haqqında mən nə yaza bilərdim? Verilən suallar və verdiyi cavablarla özü-özünü biabır edirdi.
Unutqanlıq, bacarıqsızlıq bu gün də quşçuluqda çalışan keçmiş rəisləri və direktorları hələ də xaricdən damazlıq material daşımağa məcbur edir.
M.M.Məmmədov özünə tərif axtarmayıb tənqidə daha çox üstünlük verirdi. İndi quşçuluqda işləyənlər KOMMUNİST mətbu orqanının 9,10,11 iyun 1987- cil tarixli saylarında dərc olunan “Bünövrə zəifdirsə... ”,”İtki nədən yaranır?” və “Normativ təkcə iqtisadi göstərici deyi” kimi müxbir Fazil Abbasov tərəfindən silsilə formada yazılmış iri həcmli tənqidi-elmi yazılarına bu gün diqqət yetirib nəticə çıxara bilsələr M.M.Məmmədov kimi şəxsiyyətin keçmiş fəaliyyətindən faydalana bilərlər. Axı keçmişdə olduğu kimi indi yuxarıdan işləməyə təzyiq yoxdur, fəaliyyət göstərməyə imkan verilir...
Ali dairəyə məlumatlar yazmaqda məqsədim o idi ki, “AZƏRQUŞSƏYE” İstehsalat Birliyi dağıdılmasın. Birlik başqa bir formada fəaliyyət göstərsin. Rəis əyləşənlərlə heç bir düşmənçiliyim, nə də qohumluq əlaqələrim yox idi. İstəyim bu idi ki, rəis vəzifəsində əyləşən işlək insanları arxasınca aparsın, ümumi marağı şəxsi marağından üstün tutsun, dilli-dişli olsun, xariclə əlaqələr qurmağı, yaratmağı bacarsın. Axı işlək insanlar uzun müddət bir istehsal sahəsində fəaliyyət göstərəndə daha çox məhsuldar olurlar. Bütünlüklə həmin keyfiyyətlərdə M.M.Məmmədovdan yaxşısını görə bilmirdim. Şəxsi maraqlarını güdən rəislər isə faktları yazdıqlarıma görə mənə düşmən kimi baxırdılar.
Kommersiya müəssisələrində bir inkişaf görməyib iş axtarmağa məcbur oldum. Bir nəfər tanış mühasibin vasitəsilə işsiz qaldığım bir vaxtda uğuruma çıxan əslən Yardımlı bölgəsindən olan fizika-riyazyyat elmləri doktoru, professor Bəhmən Yunus oğlu Sultanlı kimi xeyirhaqq, insanpərvər, dərki dərin bir şəxs oldu. (Bu insanla bu gün də əlaqələrim davam edir).
Bəhmən Sultanlı mənm haqqımda əvvəlcə dostu Akademiklə söhbətindən sonra birinci olaraq texnika elmləri namizədi Telman Nizamovla görüşməyimi məsləhət görmüşdü. T. Nizamov özüm yaşda buğdayı rəngli, sakit təbiətli insan idi.
Ardı var...