Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

Bəhri-təvil

Yenixeber.org: 
Düzdə qalan düz siz olun, itən astar, üz siz olun, iki əllə barmaq sayın, yüz bitirin yüz siz olun. Yol görünər, yolun əyri, əlin əyri, qolun əyri, baş vurduğun kolun əyri.  Süfrə salıb  ad almısan, hər ağıza dad olmusan, işdə budur, amma yenə düz siz olun!!!... Mən demərəm sökük çuxa, gözlərə ox sıxa-sıxa  üzsüz olun... Hər dilin bir əyməsi var, yay kamanın gərilməsi, hər oxun da hədəf tapıb dəyməsi var. İşə düşüb əl bulasam, lal deyiləm, dilim yenə  söz tutacaq, yanmaz ürək köz tutacaq, bulaşma ki, palçığa sən, külək vursa toz tutacaq. Güvənmə ki, sən divara, atdığın o “qoz” tutacaq. Dilin uzun, gəl həddini aşma belə, dil-dil ötüb çaşma hələ, zaman qovub tələssə də,  qaçaq düşüb qaçma belə. Dilindəki sözün yanar, görməz olan gözün yanar, gəl düz vuraq  haqq-hesabı, görən bizi bir az dəli, anmaz sanar, qanmaz sanar, suda batmaz yanmaz sanar. Boğaz tutub dik baxaram gözlərinə, beton töküb daş vuraram sözlərinə. Mən də, mənəm, dəyişmərəm mən həmənəm, lalə düzlü bir çəmənəm, dönsə üzüm dolaşmağa bir kəmənəm, bax budur ha...tutduğum yol,-dəyişməyən, mənə məxsus ənənəm, sizdə bilin, budur mənim söz deyəcək, özəl olan, son olmayan “Təntənəm!”

Təranə Şəms.18.05.2018
   

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam