Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Yazıçılar Birliyi SOCAR-ın şair Qabilə münasibətindən NARAZI QALIB

  

Dövlət Neft Şirkətinin (SOCAR) Xalq şairi Qabilin adını daşıyan "Poet Qabil" neft tankerinin adını dəyişib – “Göy Göl Ulduzu” – "Blue Lake Star" qoyması ictimaiyyətdə birmənalı qarşılanmayıb. (“Palmali” Şirkətlər Qrupu tərəfindən 2015-ci ildə suya buraxılan "Poet Qabil" gəmisi 2017-ci ildə SOCAR-ın sərəncamına keçib).


Yenixeber.org: Şairin varisi, yazıçı-publisist Mahir Qabiloğlu saytımıza açıqlamasında deyib ki, bu məsələyə Azərbaycan Yazıçılar Birliyi (AYB) də münasibət bildirməlidir.

“Çünki Qabil ilk növbədə Azərbaycan xalqının şairidir. Qabilin dostları - Anar, Fikrət Qoca, Nəriman Həsənzadə, Çingiz Abdullayev, Rəşad Məcid, buyurun, söz sizindir. Bir də... Qabil 12 ildir rəhmətə gedib. AYB rəhbərliyindən xahiş edirəm ki, Xalq şairi Qabilin xatirəsinin əbədiləşdirilməsiylə bağlı nəhayət ki, Prezidentimiz İlham Əliyevə rəsmi məktubla müraciət etsin. Bu, tam şəkildə onların səlahiyyətinə daxildir. Vəzifə borcları bir yana, həm də dostlarının və qələm dostlarının ruhu qarşısında mənəvi borclarıdır".

 Mahir Qabiloğlunun dediklərinə Azərbaycan Yazıçılar Birliyindən münasibət öyrənməyə çalışdıq. 

Birliyin mətbuat katibi Xəyal Rza olayla bağlı bunları deyib:

“Təbii ki, gəminin Azərbaycanın Xalq şairi Qabilin adına olması çox düşünülmüş təşəbbüs idi. Şair Qabilin adını daşıyan gəminin adının dəyişdirilməsi Azərbaycan Yazıçılar Birliyinin də təəccübünə səbəb olub. Yaxşı olardı ki, ad dəyişdirilsə də, mahiyyət qorunub saxlanılardı”.(modern.az) 


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam