Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Bakıya dönən Musa Yaqub: “Məni onların sevgisi həyata qaytardı”

Xalqın sevimli şairi Musa Yaqub bu günlərdə Bakıya geri dönüb. Bu barədə şairin özü  bildirib. Musa Yaqub vəziyyətinin getdikcə yaxşılaşdığını deyib:

 

Yenixeber.org: “Getdikcə yaxşılaşıram. Şükürlər olsun ki, babatam. Bu günlərdə Bakıya gəldim. Müalicəmi bundan sonra Bakıda davam edəcəm. Dostlarım hər zaman yanımda oldu. Bakıya döndükdən sonra bəzilərini hələ ki görməmişəm”.

Şair yazdığı son şeirlərindən də söz açıb: “Şeir yazıram, amma çox yavaş sürətlə. Hər kəsə çox sağ ol deyirəm ki, mənim üçün narahat oldular. Mənə elə gəlir ki, mənə xalq, el sevgisi kömək etdi, Pərvərdigar razılıq verdi ki, yenidən həyata qayıtdım”.

Xatırladaq ki, şair Musa Yaqub uzun müddətdir ki, Parkinson xəstəliyindən əziyyət çəkir. Bir müddət bundan əvvəl xəstəlik şiddətləndiyi üçün onun səhhətində ciddi problemlər yaranmış, vəziyyəti ağırlaşmış və müalicəsi üçün doğulduğu İsmayıllının Buynuzlu kəndinə köçmüşdü.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam