Redaktor seçimi
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Günün xəbəri

LAQEYİDLİK SİNDİROMU

 Yenixeber.org: Hər dəfə doğulub boya- başa çatdığım doğma kəndimə gedip qayıtdıqdan sonra mütləq bir neçə tənqidi yazı yazmalıyam. Sanki bu mənim bir vəzifəmdir. Axı niyə də olmasın? Çünki nöqsanları, çatışmamazlıqları başqalarından mən daha tez və yaxşı görürəm. Bir də nöqsanlardan, çatışmamazlıqlardan əziyyət çəkən, mənim doğmalarım, qohum- əqrabalarımdır, elimin-obamın camaatıdır. "Yeni xəbər"saytının rəhbəri dəyərli dostum İlqar Salmanlı deyəndə ki, kəndinizdən az tənqidi yazı yaz. Səni kəndə buraxmayacaqlar. Onda mən deyirəm: Qardaş, təki mən yazmaqla onların əyər-əksiyi düzəlsin, məni kəndə buraxmasalar da olar. Təbii ki, İlqar müəllim bunu zarafatla deyir. Hər bir jurnalistin vəzifəsi həqiqəti görüb, onu doğru- düzgün işıqlandırmaqdır. Yalan, böhtan yazan jurnalistin nə ailədə, nədə cəmiyyətdə bir qara qəpiklik hörməti olmaz, gözdən düşər.

Həyatımın kredosu haqq, həqiqət və ədalətdir. Haqqı, həqiqəti, ədaləti görməyəndə elə bilirəm ki, həyat bitib və mən də yoxam. Məhz bu xasiyyətimə görə də, heç vaxt haqsızlığı və ədalətsizliyi qəbul edə bilməmişəm. Doğulduğum Şəmkir rayonunun Zəyəm- Cırdaxan kəndində o qədər haqsızlıq, ədalətsizlik var ki, sadalamaqla bitən deyil.

Bu yaxınlarda kəndimizə getmişdim. Əsasən kəndə gedəndə hərkəs sevinir, onun bağına- baxcasına, yoluna- izinə, insanlarının firəvan yaşayışına baxanda ondan zövq alır, qürurlanır, fərəhlənir. Amma çox təəssüf ki, bu hissləri mən yaşaya bilmədim. Soruşa bilərsiniz, niyə? Niyəsini deyim, bilin. Ona görə ki, kəndimizdə öyünüləsi, qürurlanası bir şey yoxdur. Bir halda ki, on mindən çox əhalisi olan bir kənddə yol, məktəb, işıq, qaz, əkin suyu və s. problemləri var, orda hansı qürurlanmaqdan, fərəhlənməkdən söhbət gedə bilər?

Kəndimizə elektrik işığı keçən əsrin 60- cı illərində çəkilib. Onda mən orta məktəbin aşaöı sifidə oxuyurdum. Bir gün məktəbdən gəldim gördüm ki, işığımız yanmır. İşığın olub, olmadığını yoxlamaq üçün eləməyib tənbəllik ayağımın altına kətil qoyub, lampanı patrondan burub çıxardım və barmağımı patronun içinə saldım. Bu anda cərəyan məni necə vurdusa, ayağımın altındakı kətil aşdı və mən tirtap gəldim yerə. Qorxudan uzun müddət özümə gələ bilmədim. Yaxşı ki, evdə kimsə yox idi. Yoxsa məni ya möhkəm danlayar, ya da kötəkləyərdilər. O gündən, bu günə elektrikdən möhkəm qorxuram. Hətta elektrik naqilini yerdə görəndə belə, onun yanından ehtiyatla, qorxa- qorxa keçirəm. Bir sözlə ilan vuran ala çatıdan qorxan kimi qorxuram, elektrikdən. Mənim qorxduğum elektrikdən kənd camaatı çox əziyyət çəkir. Və gecə- gündüz əllərini göyə açıb Allaha yalvarırlar ki, külək əsməsin, ağaclarda yarpaq tərpənməsin. Şayət, bədbəxtlıq baş verib bir yarpaq tərpəndimi, o an işıqları tez söndürürlər. Niyə? Ona görə ki, məsuliyyətdən qurtarırlar, cəzadan qurtarırlar. Əslidə işığı söndürənlər məsuliyyətsiz, laqeyid, düşüncəsi dar, gerizəkalı, vicdansız, işini bacarmayan adamlardılar.

Yuxarıda qey etdim ki, kəndimizə elektrik işığı keçən əsrin 60- cı illərində çəkilib. Aradan düz 58 il keçib. Bu,əlli səkkiz ildə fərdlərin öz qapılarının ağzındakı dirəkləri nəzərə almasaq, nə bir işıq dirəyi, nə də bir metir naqil dəyişib. Dirəklər çürük, naqillər calaq- calaq. İndi bildinizmi Zəyəm- Cırdaxanlılar ağacda yarpaq tərpənməyini niyə istəmirlər? Yarpaq tərpəndi dirək yıxılacaq, naqil qopub hansısa ot tayasının, mal tövləsinin üstünə düşəcək və yanğın baş verəcək. Çox bilmiş işıqçılar da, bunun fəsadlarını nəzərə alıb, yarpaq tərpənən kimi işıqları söndürürlər. Məsuliyyətdən,cəzadan qurtulmanın ən sərfəli və rahat yolu. Bax, budur kənd sakinlərinin günü- güzaranı. Dəfələrlə işıq dirəklərinin, naqillərin dəyişdirilməsi haqqında aidiyatı orqanlar qarşısında məsələ qaldırılıb, amma kimsə laqeyidlik sindiromundan "şəfa"tapa bilməyib.

Tarixən xalqın mədəniyyəti onun yolundan bilinib. Mənim başı, ayağı 7 kilometir olan kəndimin yolu yoxdur. Buna görə deyə bilmərəm ki, kəndim mədəniyyətsizdir. Dilim quruyar. Mədəniyyətsiz bu işə

gözyumanlardı, camaatın abad yol istəyini reallaşdırmayanlardı. Kəndimin savadlı müəllim ordusu, yüksək çinli dövlət məmuru, jurnalisti, şairi, xanəndəsi, müğənnisi, alimi və sairələri var. Bu yerdə ataların dediyi: "Yol mədəniyyətdir" deyimi özünü başqa mənada ifadə edir. Kənddə camaatın yaxşı tanıdığı bir yer var. "İdarənin"yanı. Bax, qonşu Düyərli kəndindən ora kimi yol asfaltdır. Elə bilmən ki, onu hökumət çəkib. Yox, o yolu kəndin rusiyaya bir tikə çörək dalınca gedən qeyrətli oğulları bir araya gəlib (sağ olsunlar, qazancları çox olsun) çəkdiriblər. Aradan illər keçib, indi artıq o asfalt da ömrünü başa vurub, sökülüb, dağılıb. Ta Rurusiyadakı uşaqların da qazancı qabaqkı kimi yaxşı deyil. Yaxşı olsaydı inandırıram sizi, bəlkədə indi kənd arası yolları da asfaltlaşdırmışdılar. Nə isə.

Yayda yol qırağındakı evlərə, hasarlara, ağaca, daşa o qədər toz qonur ki, evin ev olduğunu, ağacın ağac olduğunu ayrıd etmək mümkün olmur. Camaatın qulağı səsdədir, cənab prezidentin Zəyəm- Cırdaxan kəndinin yolunun da abadlaşdırılmasına pul ayrmasını eşitmək istəyir. Təbii ki, hörmətli prezidentin Zəyəm- Cırdaxan kəndindəki yolun nə vəziyyətdə olduğundan xəbəri yoxdur. Bunu mərkəzə rayonda bu işə məhsul olanlar məlumat verməlidir. Lakin onların canından laqeyidlik sindiromu çıxmır ki, çıxmır.

Dəfələrlə yazmışam və yenədə yazmasam rahat ola bilməyəcəm. Ümidim var ki, kiminsə yatmış vicdanı oyanacaq və mənim bu saytda yayımlanan "Daşa deyilsəydi..." yazımı oxuyub, tənqiddən nəticə çıxaracaq, Zəyəm- Cırdaxandakı yararsız məktəbin yenisiylə əvəzlənməsi məsələsini gündəmə gətirəcək.

"Mən Yer üzündə müəllimdən yüksək ad tanımıram". Hər kəsin bildiyi kimi bu müdirik kəlam böyük Heydər Əliyeva məxsusdur. Amma bu böyük kəlamı unudan, yaddan çıxaran cılız, yerində olmayan, üzdəniraq məmurcuqlar da var. Əyər bu belə olmasaydı, illərlə gəlib məktəbi görüb, yalandan "növbəti ildə sizn də məktəbin tikintisi plana salınacaq"- deyib gedən məmurların vicdanı oyanardı.

Bu gün Azərbaycan qazının Avropaya verilməsini, ölkə ərazisinin 99 % -nın qazlaşdırılmasını hər gün gözümüzə soxan, bundan qürur duyan, danışanda ağzına çullu dovşan sığmayan boşboğazların, məddahların, həqiqəti görməyən korların niyə rayonlardakı vəziyyətdən xəbərləri yoxdur?! Niyə xalqın şikayətlərinə baxmırlar? Axı işığı söndürülən, normal qazı verilməyən, hər addımda haqqı tapdalanan, həqiqətini sizin kabinetlərinizdə axtaran, tapmayıb göyüm- göyüm göynəyən, ahı göylərə yüksələn insanlar sizin soydaşınızdır, bəlkə də doğmanızdır, yaxınınızdır. Soydaşınıza, doğmanıza, yaxınınıza bu qədər laqeyid olman. Bu ölkə, bu Vətən, bu torpaq onlarının çiyinlərindədir. Onların yaşamaq, sevmək hissini öz laqeyidliyinizlə öldürmən. Allahın qəzəbinə gələrsiniz.

Kənddə kimin evinə (yayın cırha -cırında) getdim qazın təziqinin aşağı olmasından kileyləndi. Heç kim dörd gözlü qazdan istifadə edə bilmir. Hamı "farsunka" deyilən əldə qayırma cihazdan istifadə edir. Bilənlər bilir, bilməyənlərə də, deyim ki, "farsunka" qaz xəttində olan qazı sorub gətirir. "Farsunka" olmasa, ev yiyəsi qonağın yeməyini vaxtında verə bilməz, onun yanında xəcalətli qalar. Bu üzdən də camaatın çoxu yeməyini odun peçində bişirməyə üstünlük verir. Deyirəm, belə məsuliyyətsiz işçilərin bu hərəkətini görəndən sonra adam az qalır ölkənin hamının olan təbii sərvətlərindən imtina edə, komunal ehtiyacını ödəmək üçün başqa arternativ yollar tapa. Hökumətdən asılılıqdan azad ola.

Qarşıdan qarlı, şaxtalı qış gəlir. Özü də deyirlər ki, bu il yer üzünün ən soyuq qışı olacaq. Bax, onda Kərəmi ağlamaq tutacaq. Yayda camaata normal qaz verə ( bilərəkdən) bilməyən Şəmkir Qaz idarəsi qışda neyləyəcək?

Kənddə qulağıma bir xəbər də çatdı ki, qaz idarəsi normal qazı ancaq istixanalara verir. İstixanalar da ki, Şəmkirdə saya gəlməzdir. Birdə əhaliyə satılan qazın qiyməti istixanalara satılan qazdan qat- qat aşağıdır. Təbii ki, heç kim yüksək qiyməti aşağı qiymətə dəyişməz.

Bir sözlə Şəmkir rayonunun Zəyəm- Cırdaxan kəndinin on min əhalisi qalıb bir qrup laqeyidlik sindiromuna yoluxmuş "məmurcuk"ların əlində. Nə vaxt xilas olacaqları yolun sonunda isə işıq deyilən şey görünmür.

Məhərrəm Şəmkirli

AJB- nin üzvü.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam