Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

İnam Atanın (Asif Atanın) anadan olmasının 79-cu ili

 

Türk ulusu kəşf və təsdiq olunmağa layiq mahiyyətə malikdir

 

"Xeberinfo.com": 25 sentyabr İnam Atanın (Asif Atanın) anadan olmasının 79-cu ilidir. Ata bunun 62 ilini yaşadı, yaratdı. Mütləqə İnam adında bir dünyabaxış ortaya qoydu. Çoxlu ruhani-fəlsəfi əsərlər yazdı. Ağlagəlməz zənginlikdə milli-bəşəri dəyərlər qoyub getdi. Ata haqqında «getdi» demək elə də doğru deyil. Onun adı, nəfəsi, Ocağı, əsərləri, sistemi işləyir, yaşayır, insanları çağırır, cəlb eləyir və öyrədir.

Mütləq nədir – başa salır, İnsan kimdir – anladır. Ata insanları bu iki sifətə – Mütləqliyə və İnsaniliyə səsləyir. Bütün bəşər tarixinin və idrakının ülvi, hünərli istəkləri əsasında yaratdığı dəyərlərə yönəldir. 

*** 

İnam Ata kimi şəxsiyyəti hər yüz il, hər min il, hər ulus yetirmir. Türk ulusu 20-ci yüzildə belə bir böyük şəxsiyyət verdi. Həmin şəxsiyyət öz türk soyuna dirilik suyu kimi gəldi. İndi onun Ocağı vasitəsilə türk xalqı İnam Atanın ruhuna yiyələnməkdədir.

Bu ruh bəşəriyyəti Türkün ilk Ruhaniyyat Ocağı vasitəsilə ruhani insanlığa çağırır. Dostluqda, məhəbbətdə, sevgidə, ailəçilikdə, yurdçuluqda, mütləqliyə çağırır, çatdırır, öyrədir. Bunun yolunu göstərir. Türk ulusu, insanı İnam Ata dühasıyla bəşərin önünə çıxacaq. Ulusun mənsubları, özəllikcə aydınları bu həqiqəti dərk eləməli, ona inanmalı və xalqı inandırmalıdırlar.

Bu dünyabaxışla xalqın ayrı-ayrı fərdləri özlərini daha yaxından tanıyacaq, kəşf və təsdiq edəcəklər. Başqa ulusların, uzaq-uzaq bölgələrin böyüklərini yamsılamaq heç kəsi təsdiq eləməyib, eləməyəcək. 

*** 

Türk ulusu kəşf və təsdiq olunmağa layiq mahiyyətə malikdir. Atanın varlığı, təlimi, Ocağı bu təsdiq üçün hərtərəfli başlanğıc verir. Bunun üçün gənc, idraklı, təhsilli gənclərimizin damarında yetərli hünər imkanı var. Hünərli olmağa çağırışdır İnam Ata!

Bu dünya bir yaradıcılıq meydanıdır. 20-ci yüzilin sonları, 21-ci yüzilin üfüqündə dünyanın, bəşərin ən möhtəşəm yaradıcısı da bizim İnam Atamızdır. Türkü bu adla öyünməyə yetirməliyik. Bunun üçün Ata irsinin hər cür imkanı, potensialı var. Son nəfəsimizə qədər ona yiyə olacağıq. 

*** 

Bu ayın 25-i Ocağımızda “Ata Günü” mərasimidir. Bu, Evladların Ata haqqında söz dediyi mərasimdir. Ata haqqında söz söyləmək nə deməkdir? İnsanın, Allahın kimliyi, bəşər idrakının səviyyəsi, əyrisi, doğrusu, türk xalqının hünəri, keçmişi, indisi, gələcəyi, uğuru, uğursuzluğu haqqında söz deməkdir. Biz  Ocaq toplantılarında nitq hesabatı yox, canlı yaşam, təlimin ruhuna uyğunluq, onun gerçəkləşdirilməsi hesabatını veririk. “Ata Günü” mərasiminin motivləri bu sayaq qayğılardır. 

 SAFRUH

Mütləqə İnam Ocağının Ruhsal Başçısı


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam