Redaktor seçimi
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
QARALOV VƏ USUBOVUN “YARIGİZLİ” HƏYATI... -
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Günün xəbəri

Yeni lüğətdə maraqlı yeniliklər

Yeni lüğətdə maraqlı yeniliklər

 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda “Azərbaycan dili orfoqrafiya qaydalarının təlim və tərtib prinsipləri” mövzusunda Elmi Şuranın növbəti iclası keçirilib

 

Yenixeber.org: İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, iclasda 2018-ci ildə çap olunacaq yeni Orfoqrafiya lüğətinin qaydaları müzakirə olunub.

İclasda çıxış edən Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu bildirib ki, orfoqrafiya lüğətinin akademik nəşrini Dilçilik İnstitutu hazırlamalıdır.

Professor İsmayıl Məmmədli yeni orfoqrafiya qaydaları haqqında məlumat verib.

İrəli sürülən təkliflər içərisində sözün sonunda işlənən qoşa ss samitlərindən yalnız birinin yazılması (boss-bos, stress-stres, ekspress- ekspres), -“iyyət” şəkilçisinin yazıda “-iyət” kimi (ədəbiyat, cəmiyət, fəaliyət) təsbit olunması müzakirəyə çıxarılıb. Tərkibində “ilə” qoşması olan sözlərin (etibarilə, münasibətilə, tamamilə) bitişik yazılması da diqqətə çatdırılıb.

Qeyd edilən təkliflər ilkin müzakirədə irəli sürülüb. Orfoqrafiya qaydaları haqqında müzakirələr davam etdiriləcək.

Qeyd edək ki, 1 noyabr 2017-ci ildə AMEA Rəyasət Heyəti “Yeni Orfoqrafiya lüğətinin nəşrinin hazırlanması barədə” qərar qəbul edib. Bununla bağlı olaraq Orfoqrafiya komissiyası yaradılıb. Komissiyanın sədri AMEA-nın prezidenti, akademik Akif Əlizadə, sədr müavini AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, məsul katibi Nəsimi adına Dilçilik İnstitutunun direktoru  akademik M. Nağısoyludur. Orfoqrafiya Komissiyasının tərkibinə müxtəlif qurumlardan 20 nəfərə qədər ziyalı, dilçi alim daxildir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam