Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Dilçilik İnstitutu tənqidlərə münasibət bildirdi

Dilçilik İnstitutu tənqidlərə münasibət bildirdi

 

 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutu “Azərbaycan dilinin yeni orfoqrafiya qaydaları”nın layihəsi ilə bağlı tənqidi fikirlərə münasibət bildirib

 

Yenixeber.org: İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, yeni orfoqrafiya qaydalarının layihəsinin mübahisəyə səbəb olması gözləniləndir:

“Yeni orfoqrafiya qaydalarının layihəsi mütəxəssislər tərəfindən qəbul edilib. 

Mətbuatda gedən müzakirələr Dilçilik İnstitutunun diqqətindədir. Komissiya bu təklifləri, tənqidi mülahizələrin hamısını təhlil edib ortaq qərar qəbul edəndən sonra hazırkı orfoqrafiya qaydaları təkmilləşəcək. Yeni orfoqrafiya qaydalarında çox söz dəyişməyəcək. Mətbuatda gedən məlumatlarda qeyri-dəqiqlik, qeyri-elmilik var. Qaydalarda yalnız söz əvvəlində və söz sonunda  qoşa “ss” və -iyyat, -iyyət, -iyyə şəkilçilərnin tərkibindəki “yy” samitlərindən birinin düşməsi təklif olunub”.

Qeyd olunub ki, Azərbaycan dilinin orfoqrafiya lüğətinin 2013-cü il nəşrində qondarma sözlər var:

“Yeni lüğət daha təkmil formada çap olunacaq. Azərbaycan dilinin yeni orfoqrafiya qaydaları hələ təsdiq olunmayıb, layihə şəklində müzakirə edilir. Qaydalar Nazirlər Kabineti tərəfindən təsdiq olunduqdan sonra orfoqrafiya lüğətinin VII nəşri işıq üzü görəcək”.

Qeyd edək ki, AMEA Orfoqrafiya Komissiyası və Dilçilik İnstitutu tərəfindən “Azərbaycan dilinin orfoqrafiya qaydaları”nın layihəsi hazırlanıb. Layihə akademiyanın Rəyasət Heyətinin 28 dekabr 2017-ci il tarixində keçirilən iclasında müzakirə olunub və ictimaiyyətə təqdim edilib.

Qaydaların layihəsi təsdiq üçün Nazirlər Kabinetinə göndəriləcək.

Qaydalar 69 maddədən ibarətdir və gələcəkdə yaranacaq orfoqrafiya lüğətinin əsasını təşkil edəcək.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam