Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Qartal dağlarda yaşar

 

   "Xeberinfo.com": Yer  üzərində  dağlar  milyon  illər  bundan  qabaq  meydana   gəlmişdir. İnsan  yaranandan   dağları  ucalıq  kimi   görüb. Daima  da  dağlara -ucalığa, zirvəyə  can  atıb.Yüksəkliyi, ucalığı  fəth  etmək  üçün  insan  həmişə   özündə  fiziki  qüvvə  və iradə  tapıb.

   Xalqın, millətin  yüz  illərlə  məskunlaşdığı  yerin  relyefi  onun  xarakterində  görünən   cizgilər  qoyur. Bu  cizgilər  lazım  gələn  anda  özünü  göstərir.

    Dağlar  Azərbaycanın  qeyrət, ucalıq  mənbəyidir. Xalq  gücü, qüvvəti, saflığı,mərdliyi, igidliyi, dözümlülüyü, vüqarlılığı  bu  mənbədən  alır.

    Tarixən  yağı  düşmənlərin  hücumlarının  qarşısını  almaq  üçün  Oğuz  elləri düzənlərdən  dağlara  üz  tutar, dağlara  sığınar, kürək- kürəyə  söykənər, orada düşməni  məhv  edərdi.

     Zaman- zaman  üstümüzə  gələn  fatehlərin  niyyətləri  dağlarda  gözlərində  qalmışdır.Vaxtiylə  Çar  Rusiyasına, sonralar  isə  Sovet  hökumətinə, onun  yeritdiyi  siyasətə  baş  əyməyən  qaçaqlar  dağları  arxaları,sığınacaqları  bilib  onlara  sığınmışlar.

     İki  yüz  ilə  yaxın  bir  müddət  ərzində  Zəngəzur, Göyçə, Qarabağ, Kəlbəcər,Laçın  dağlarında  itib- batan, sözün  əsil  mənasında  görünməmiş  "əziyyət" çəkən  rus  imperiyası  nəhayət, öz  murdar, işğalçı  məqsədinə  çatdı. O yerlərin  əbədi  və  əzəli  sakinlərini   dağlardan  çıxartdı. Ən  strateji  yüksəkliklər  ələ  keçirildi. Bu  gün  indiki  Ermənistan  adlanan  ərazidəki  dağlardan  əlavə  ancaq  Şuşa,Laçın, Kəlbəcər  bölgələrində  dəniz  səviyyəsindən  2500  metr  artıq  olan  20-dən  çox  dağ  zirvəsi  erməni  faşistlərinin  əlindədir. Bizim  yüksək  zirvələrimizdə  oturub  bizdən  "yüksək  status" tələb  edən, illərdir  aparılmış  danışıqları  minbir  bəhanələrlə  heçə  endirən, beynəlxalq  təşkilatların   kəsərsiz  qərarlarını  saya  salmayan , heç  vaxt  Qarabağın Azərbaycanın  tərkibində   olmayacağını  bildirən  erməni  faşistləri  bilməmiş  deyillər  ki, Qartal  heç  vaxt düzəngahda  yaşamayıb. Onların  yeri- yurdu  ucalıqdır, zirvədir.Heç  vaxt  qarğa,quzğun  Qartal  ucalığında  duruş  gətirə  bilməz.

  Bu  gün Kəlbəcərin, Laçının, Şuşanın, Ağdamın, Zəngilanın, Cəbrayılın, Qubatlının  və  başqa  işğal  altında  olan  torpaqlarımızın  işğal  gününü  ürək  ağrısı  ilə  qeyd  etdikcə,sabah  qələbə, zəfər  gününü  qey  edəcəyik. O  günə  az qalıb.

                     

 

      Məhərrəm  Şəmkirli

 

      


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam