Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Rəsulzadənin bitməyən Azərbaycan sevgisi

 

Ucalıq yaradan şəhidlərimiz

 

Xeberinfo.com:  M.Ə.Rəsulzadənin Azərbaycan sevgisi düşüncələrindəki Azərbaycan amalından gəlirdi. Ona görə də Azərbaycan üçün rahatlığından keçdi, canını bu yolda fəda etdi, zamanın mükafatına, şöhrətinə uymadı, aldanmadı.

O, ulusal (xəlqi) sevgisində insaniliyi yaşadırdı. Onun onillər boyunca haysız-küysüz, nümayişsiz, ardıcıl fəaliyəti fədakarlığa-özündənkeçməyə, umacaqsızlığa əsaslanırdı. 

Azərbaycanın azadlığına inamında sarsılmadı. 

***

Ömrünün hər anı mübarizəydi: yazarlığıyla, təşkilatçılığıyla. O, Azərbaycan-Türk dövlətçiliyinin sarsıdıldığı bir çağda özündə tarixin verdiyi şansı gerçəkləşdirmək gücü tapdı, bu işin ideyavericisi, qurucusu oldu. 

Azərbaycan Xalq Cümhuriyyəti M.Ə.Rəsulzadənin ölməz əsəridir. Bunu tarixdən üstün hadisə saymaq olar. O, çağının ictimai-siyasi gedişatını hər yöndən təhlil edə, dəyərləndirə bilirdi. 

Ancaq Cümhuriyyhət quruculuğunda müəyyən yanlışlar da oldu. 

Azərbaycan Xalq Cümhuriyyəti misilsiz əzab, canından keçən insanlar bahasına quruldu. Bölgədə üstünlük uğrunda Qərblə Rusiya arasında hər mənada savaş gedirdi. Cümhuriyyət qurucuları Qərblə münasibətlər qurmağa üstünlük verdilər, Rusiya təhlükəsini tam anlaya, onu mümkün qədər önləyə bilmədilər… 

 

***

Cümhuriyyətin çöküşündən sonrakı onillərdə Rəsulzadənin dönməz Azərbaycan sevdalısı olması onun ərdəmliyi idi. Stalinlə ilıq münasibətlərinə baxmayaraq zamanın şirnisinə aldanmadı, ləyaqətini qorudu, sona kimi Azərbaycanı əsarətə salan sovetizmlə, rusçuluqla döyüşdü. 

 

***

İnam Ata (Asif Ata) Türkçülüyün Ruhani, Tarixi, İdeoloji kimi üç əsas yönünü göstərir. Ataya görə, ideoloji türkçülüyün Ziya Göyalp, Əlibəy Hüseynzadə, Məhəmməd Əmin Rəsulzadə kimi təmsilçiləri vazır: "İdeoloji türkçülük türkün xilasını Türk Dünyasının bərqərar olmasında görürdü, türkləri bu birliyə çağırırdı. İdeoloji Türkçülüyün fəlakəti pantürkizmin dinçilik və Qərbçiliklə birləşməsi idi. Qərbin tanrısı varidat və siyasətdir: bunların hər ikisi türk mahiyyətinə qarşıdır. Möhtəşəm əraziyə, güclü ruhaniyyata, hərbi gücə malik olan Türk Dünyası Birliyini yarada bilmədi. Əksinə, dünyadan asılı vəziyyətə düşdü, türklük kimi əzəli mahiyyətindən uzaqlaşdı".

 

***

Bu gün də yüz il öncə bizi təhdid edən təhlükələr yenə qalır. Tariximiz boyunca hansı səhvləri buraxdıq, niyə bir-birimizi sevmədik, niyə zəngin ulusal ruhumuza, mənəviyyatımıza bərabər zəngin dövlətçilik ənənəmizi yaşada bilmədik? 

Əsas səbəb – Türk xalqının ruhundan doğan, varlığını təsdiq edən İnamının olmamasındandır. 

Söz-əməl birliyinə yetməliyik. O zaman ulusumuzun yolunda canından keçənlərin də gözəl əməllərinə yiyə durmuş olacağıq. 

Ulusallıq (xəlqilik) – aqibət, özümlük, bənzərsizlik təsdiqidir. Bəşərilik elə budur. 

Hər kəs öz əməli boydadır. 

 

İşıqlı Atalı

Mütləqə İnam Ocağının Yükümlüsü

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam