Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

TALESİZLƏR

 

Xeberinfo.com:  

Ölən bir yol ölür...Deyən yox,
bədbəxt
dərdiylə baş-başa tənha qalandı.
Bir eşqin alovu söndü ömürlük,
yerində bir nisgil ocağı yandı.

Ərli qadın idi..
Adı üstündə...
Gözəl yığnağında yeri olardı.
Ağızda çeynənməz,
dişə yem olmaz,
nazını-tozunu çəkəni vardı.

Səhər bir ovqatda...
Gecə bir halda...
(Hələ qopmamışdı öz budağından.)
Yalandan küssə də,
dodaq büzsə də
yaman xoşlanardı ər danlağından.

İndi qayğılardan açılmır başı,
Anlamır yaşayır, yoxsa sürünür?!
Xınaya həsrətdir
şümşad əlləri,
üzüksüz barmağı yalxı görünür.

Ürəksiz yeriyir dərdin üstünə,
Neyləsin?
Dayaq yox, əli yalındır.
Vaxt vardı bir evin şahzadəsiydi,
Taxtından salındı, 
tacı alındı.

Yatır...
Sinəsinə sıxır yastığı,
Kişi nəfəsini duyur yanında.
Qorxudan güzgüyə baxmır ki, 
birdən
öpüşdən iz qalar yanaqlarında.

Hələ göz çıxarır şux gözəlliyi,
Ürkür yad baxışdan sahibsiz mələk.
Çatan selbə atır,
yetən daş atır,
sanki yel əsəcək--qoz töküləcək.

Bəxtsiz taleyini qarğıyır hərdən,
gah da asi olur Yaradanına.
İçində qovrulur,
qısır səsini,
qorxur ləkə düşər təmiz adına.

Bəxtdən yarıyanlar
hardan biləcək,
tənhalıq dərdini daşımaq nədir?
Dilini dinc qoysun diliyanmışlar:
bir gəlin şam kimi əriyib gedir?!

 

Etibar Etibarlı
"BƏXT" kitabından.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam