Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

Hələ "mən" yox idim....

Hələ "mən" yox idim....

 

Xeberinfo.com:  

Hələ mən yox idim bu günəş altda
Hələ şəfəqindən asılmamışdım...
Hələ "mən" yox idi "Əbülfət" adda
Bu ad ünvanıma yazılmamışdı...

Ağaclar bitirdi üzü sabaha
Gövdəsi kökündən yuxarı idi.
Bir vaxt düzülmüşdü ümidi sapa
Sobada qıvrılır buxarı indi...

Mənim yoxluğuma "salam" verən yox
Mənim yoxluğumu duyan yox idi.
Hələ mən yox idim..-uzaq görən çox,
Gözü seçməyənin könlü tox idi...

Hələ mən yox idim yollar,cığırlar
Silmişdi gözündən ləpirləri də.
Hələ mən yox idim,vardı oğullar
Vardı dağ əridən təpərləri də.

Kimsəsiz divarlar uçmağa həsrət
Qəlb vardı,daşlaşıb bülövlənirdi.
Əllərim torpağı quçmağa həsrət
Torpağın döşünə vəd ələnirdi...

Gəldim,yoxluğumu dandı gözlərim
Həsrətlər təzədən ütüləndilər.
Gəldim,yoxluğumdan yandı gözlərim
Elə ki,baxışlar ütüləndilər..

Bəhrəsi yox ikən alağı dizdən
Təriflər dolaşdı baxışlarıma.
Keçdi sevinclərim enişdən,düzdən
Qaldı həsrətlərim yoxuşlarıma...

Yenə üzü günə ağaclar bitir,
Yenə üzü yola adamlar durur...
Əvvəlki yoxluğum gözümdən itib
Sonrakı günümdə toy-bayram qurur...

Əbülfət Novruz


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam