Redaktor seçimi
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
Günün xəbəri

Dönməz Azərbaycan sevdalısı – Rəsulzadə

 

"Xeberinfo.com":  M.Ə.Rəsulzadənin Azərbaycan sevgisi düşüncələrindəki Azərbaycan amalından gəlirdi. Ona görə də Azərbaycan üçün rahatlığından keçdi, canını bu yolda fəda etdi, zamanın mükafatına, şöhrətinə uymadı, aldanmadı.

O, ulusal sevgisində insaniliyini yaşadırdı. Onun onillər boyunca haysız-küysüz, nümayişsiz, ardıcıl fəaliyyəti fədakarlığa, umacaqsızlığa əsaslanırdı. Ona görə də Azərbaycanın azadlığına inamında heç sarsılmadı.


***
<!--[if !supportLineBreakNewLine]-->
<!--[endif]-->

Onun ömrünün hər anı mübarizəydi: yazarlığıyla, təşkilatçılığıyla. O, Azərbaycan-Türk dövlətçiliyinin sarsıdıldığı bir çağda özündə tarixin verdiyi şansı gerçəkləşdirmək gücü tapdı, bu işin ideyavericisi, qurucusu oldu. Azərbaycan Xalq Cümhuriyyəti M.Ə.Rəsulzadənin ölməz əsəridir. Bunu tarixdən üstün hadisə saymaq olar. O, çağının ictimai-siyasi gedişatını hər yöndən təhlil edə, dəyərləndirə bilirdi.


***
Azərbaycan Xalq Cümhuriyyəti misilsiz əzab, canından keçən insanların fədakarlığı bahasına quruldu. Bölgədə üstünlük uğrunda Qərblə Rusiya arasında hər mənada savaş gedirdi. Cümhuriyyət qurucuları Qərblə münasibətlər qurmağa üstünlük verdilər, ancaq Rusiya təhlükəsini tam anlaya, onu mümkün qədər önləyə bilmədilər…


***
Rəsulzadənin Cümhuriyyətin çöküşündən sonrakı onillərdə dönməz Azərbaycan sevdalısı olması onun ərdəmliyi idi. Stalinlə ilıq münasibətlərinə baxmayaraq zamanın şirnisinə aldanmadı, ləyaqətini qorudu, sona kimi Azərbaycanı əsarətə salan sovetizmlə, rusçuluqla döyüşdü.


***
İnam Ata (Asif Ata) Türkçülüyün Ruhani, Tarixi, İdeoloji kimi üç əsas yönünü göstərir. Ataya görə, ideoloji türkçülüyün Ziya Göyalp, Əlibəy Hüseynzadə, Məhəmməd Əmin Rəsulzadə kimi təmsilçiləri var.
Ata yazır: “İdeoloji türkçülük türkün xilasını Türk Dünyasının bərqərar olmasında görürdü, türkləri bu birliyə çağırırdı. İdeoloji Türkçülüyün fəlakəti pantürkizmin dinçilik və Qərbçiliklə birləşməsi idi. Qərbin tanrısı varidat və siyasətdir: bunların hər ikisi türk mahiyyətinə qarşıdır. Möhtəşəm əraziyə, güclü ruhaniyyata, hərbi gücə malik olan Türk Dünyası Birliyini yarada bilmədi. Əksinə, dünyadan asılı vəziyyətə düşdü, türklük kimi əzəli mahiyyətindən uzaqlaşdı”.


***
Bu gün də yüz il öncə bizi təhdid edən təhlükələr yenə qalır. Tariximiz boyunca hansı səhvləri buraxdıq, niyə bir-birimizi sevmədik, niyə zəngin ulusal ruhumuza, mənəviyyatımıza bərabər zəngin dövlətçilik ənənəmizi yaşada bilmədik?
Əsas səbəb – Türk xalqının ruhundan doğan, varlığını təsdiq edən İnamının olmamasındandır. 
Mütləqə İnam bizi ulusun, dövlətçiliyin varlığı yolunda canından keçən fədakar, təmənnasız, vicdançı insanlar olaraq yaradır.
Hər kəs öz əməli boydadır.
Söz-əməl birliyinə yetməliyik. O zaman ulusumuzun yolunda canından keçənlərin də gözəl əməllərinə yiyə durmuş olacağıq.

 

İşıqlı ATALI

Mütləqə İnam Ocağının Yükümlüsü

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam