Redaktor seçimi
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Günün xəbəri

AKP –ÇİLƏRLƏ “QANDİ KAMAL”IN LƏPİRİ

 

VƏ MƏCMƏYİDƏ GƏLƏN “SOVQAT”A  GÖRƏ HƏMRƏYLİK DUALARI  

 

Xeberinfo.com:  Bakıya məcməyi üstündə  Avropasayağı sovqat göndərildi.  Düzü düz, əyrini əyri desək, bu “sovqat”ın  ərsəyə gəlməsində qardaş Türkiyə parlamentarilərinin də  “əməyi” var. Üzü ağ olsun AKP iqtidarıyla nə zamansa mətbuatın “Qandi Kamal” adlandırdığı Kılıcdaroğlunun CHP-sinin. Siyasətçidənsə daha çox hesab mütəxəssisi kimi ad çıxaran Kılıcdaroğlu indi deyəsən “Yaxın Şərq proyesinin müəlliflərindən biri olan”ın ətəyində namaz qılmaq istəyir. Ya da ki, nəcabətinin köçüb gəldiyi  indi İran adlanan ərazidəki farslar kimi namazdan əvvəl boğazından keçənə diqqət daha çox diqqət yetirir. AKP-çilər, Cümhuriyyətçilər və bir də MHP-çilər, “qəzanız mübarək olsun” desək, nə anlarsız?...

Heç də o fikirdə deyiləm ki, Türkiyəni AŞ PA-da təmsil edənlər sırasında olan AKP və CHP-li millət vəkilləri dünyanın dilini anlamırlar. Əsla. Bu kontekstdə  AŞ PA-nın iclasında “Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılıq hallarının artması” adlı sənədin qəbulu zamanı səslərin sayılmasında qardaş Türkiyədən olan nümayəndələrin iştirak etməmələri heç başadüşülən deyil. Nəzərə alsaq ki, həmin sənədin qəbulu üçün cəmi-cümlətani 4 səs çatmayıb və səsvermədə iştirak etməyən 24 deputatdan 4-ü Türkiyədən (2-si AKP-dən, 2-si də CHP-dən) olanlar olub, onda düşünməyinə dəyər. 

Di gəl ki. həmin deputatların atdıqları addım kontekstində ərsəyə gələn düşüncələr belə qəbul edilmir. Nədən? 

Türk Dünyasının Fikir Adamlarından olan xalq şairimiz, keçmiş millət vəkilimiz, Dünya Azərbaycanlıları Konqresinin həmsədri, Vətəndaş Həmrəyliyi Partiyasının sədri SABİR RÜSTƏMXANLInın qənaəti ortaya bəzi tərəddüdləri qoyur. O tərəddüd barədə bir az sonra. VHP sədrinin qənaətinə görə bu məsələdə “Türkiyəyə xəyanətkar demək həm də türk düşmənlərinə fürsət verməkdir”. Mahiyyət etibarilə Sabir bəyin dedikləri tam bir həqiqətdir və burada söz konusu Türkiyə Cümhuriyyəti yox, Cümhuriyyətin adam bilib adam arasına çıxardığı kəslərdir.  Ancaq məsələ burasındadır ki, ortalıqda başqa bir həqiqət də var. Və bu həqiqət  Türk Dünyası problemlərinə münasibətdə AKP iqtidarının, əgər belə demək mümkünsə, görüntülərə əsasən soyuq münasibət bəsləməsindən ibarətdir. Soyuq münasibətlərsə Bizi Bizə unutdurur, həlli geçikən məsələlər də qaysaqlanıb qalır. Belə olan halda yanlışlıqların öz formatındaca dilə gətirilməməsi nə dərəcədə düzgündür və Sabir bəyin dediyi “fürsət”in ortaya çıxmasında AKP iqtidarının özünün katalizator rolu oynaması fakt  deyilmi?... 

Ruhunda müsəlmançılığı yaşadan  tək AKP hökuməti deyil, biz də müsəlmanıq. Ölkəiçi yaradılan tolerant  mühitə görə Azərbaycan nəinki türk və islam ölkələrinə, bütövlükdə dünyaya bir örnəkdir. Azərbaycan bu gün dinlərarası, sivilizasiyalararası münasibətlərin tam şəkildə ortaq bir məxrəcə gəldikləri mərkəzə çevrilib. Bütün deyilənlər başqaları tərəfindən deklorativ səciyyə kimi qiymətləndirilsə belə, faktiki olaraq  paralellər aparıla biləcək başqa bir mühit də yoxdur. Bu baxımdan ərəb, yaxud da türk olmasından asılı olmayaraq insanlığa qarşı harada şiddət varsa, itkilərilə belə vəhşiliklərin cəngindən  sıyrılıb çıxan Azərbaycan da hər zaman ona qarşı çıxıb. 

Ancaq Türkiyədəki  AKP iqtidarının sərgilədiyi müsəlman əbasının altında fərqli yanaşmalar mövcuddur. Bu gün AKP iqtidarı Yaxın Şərqdəki ərəblərlə müqayisədə türk millətinin Çində, İranda, Rusiyada  tapdalanan haqlarına daha az diqqət yönəldir. Türk Dünyası gözünü Türkiyəyə dikdiyi bir məqamda AKP iqtidarısa üzünü Yaxın Şərqə çevirir, bu tərəflərdə baş verənləri görməzliyə vurur... 

DOĞRUDANMI  AKP iqtidarı Gürcüstan ərazisinə girib, oradan da Ermənistana daxil olan “tırlar”dan xəbərsizdir!? 

DOĞRUDANMI  AKP iqtidarı erməni və rus birləşmələri tərəfindən gerçəkləşdirilən Xocalı soyqırımına aid Türkiyənin Uşak vilayətində qoyulan abidənin üzərindən “soyqırım” sözünün silinməsindən və onun yerinə “katliam”  kəlməsinin yazılmasından bixəbərdir!?

DOĞRUDANMI  AKP iqtidarı dünyanın “soyqırım” və “katliam” sözlərinə tam fərqli mövqedən yanaşmasının şahidi olmayıb!? 

DOĞRUDANMI  AKP iqtidarı 1915-ci il olaylarına erməni lobbisinin istəyinin tam əksinə olaraq ABŞ prezidentinin “katliam, faciə” kimi yanaşmasından onların necə də məyus olduqları günü unudub!?

DOĞRUDANMI  AKP iqtidarı fərqində deyil ki, Uşak vilayətində düzənlənən elə həmin “katliam” sözündən  ermənilər  yetərincə kam alacaq və o sözü  əldə dəstəvuz  edəcəklər!?

DOĞRUDANMI  AKP iqtidarı yuxarıda da vurğulandığı kimi Çində, İranda, Rusiyada genosid siyasətilə çarpışan türk millətinin halından xəbərsizdir!?

DOĞRUDANMI  AKP iqtidarı türkə qarşı nifrətin, düşmənçiliyin ermənilərdə uşaqlıqdan formalaşdırılmasından bixəbərdir!?

DOĞRUDANMI  AKP iqtidarı  bunu bilə-bilə qos-qoca Türkiyədə “həpimiz erməniyiz!” deyənlərə meydanların təslim edilməsindən bixəbərdir!?

DOĞRUDANMI  AŞ PA-da “türk məsuliyyətsizliyi”nə rəvac verən deputatların atdığı addımların Türkiyəyə olan inamın sarsıdılması səciyyəsində olması  bu qardaş ölkənin ictimai-siyasi  sferasında təmsil olunanların heç  marağında  da deyil!? 

DOĞRUDANMI  məhz AKP iqtidarının sayəsində türkün YALQIZ   ACLIQ  və YALQUZAQLIQ dönəmi baçlayıb!? 

DOĞRUDANMI  AKP iqtidarı Avropa Şurası  Parlament  Assambleyasına göndərdiyi deputatlardan ibarət nümayəndə heyətində təmsil olunanlardan kimlərinsə geosiyasi məkandakı real vəziyyətdən məlumatsız olmalarından xəbərsizdir!?....

Bax elə burada “stop”. Yenə də qayıdaq AŞPA-dakı uğursuzluğa, AŞ PA-dakı “türk məsuliyyətsizliyi”nə. 

Və,.. və yenə də qayıdaq VHP sədri Sabir Rüstəmxanlının mövqeyinə. Sabir bəy məlum məsələyə münasibət bildirərkən belə bir iddiada da bulunur ki, “o məsələni indi müzakirəyə çıxarmaq düzgün deyil. Bəyan edilməlidir ki, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı bir faktdır”.  Gözəl, ancaq maraq doğuran cəhət  burasındadır ki, Sabir bəyin vurğuladığı ”bəyan edilmə” formatı hansı səpkidədir? Digər bir tərəfdən,  ortalıqda hansısa sənəd yoxdursa, onsuz da Azərbaycana ikili münasibət  bəsləyən Qərb dünyasını necə və nəyə inandırmaq olar?  Elə buna görədir ki, AŞ PA sədri, onunla him-cimləşən Minsk Qrupu həmsədrləri də elə türkiyəli parlamentarilər vasitəsilə  Bakıya  qış sovqatlarını yolladılar.  Türk gələnəyinə görə sovqat  göndərənin qabını boş qaytarmazlar və qaytarılmadı da. Bir yanda bununla bağlı təbii haqq olaraq cəmiyyətimizdə yaşanan ayiotay vardırsa, başqa bir yandasa tarix elmləri doktoru, professor, millət vəkili MUSA QASIMLInın  “Ədalətli Rusiya” Partiyasının sədri, Rusiya Federasiya Şurasının keçmiş sədri  Sergey Mironovun əxlaqsızcasına “müəyyənləşdirdiyi genosid tarixi”nə tutarlı cavab, həmçinin elə Sabir Rüstəmxanlının öz etirazları da ortalıqdadır. Ermənistanın  işğalçı dövlət kimi tanınması da elə həmin 1915 –ci il olayları kimi türkün ortaq problemidir – sadalanan faktlar timsalında problemə yanaşmalar da ortalıqdadır!!!!!   

Azərbaycanın  bəyanatlarına  qalsa, bir milyon qaçqın, Xocalı soyqırımı da fakt olaraq ortalıqdadır. Və elə burada Sabir Rüstəmxanlının məntiqindən qidalanan daha bir sual. 

ƏCƏBA, necə olur ki, bizə qardaş deyən AKP-çi və CHP-çi millət vəkilləri bunca apaydın görünən “real vəziyyətdən məlumatsız”dırlar, ancaq onlarla bir zalda əyləşən britaniyalı, danimarkalı deputatlar “xəbər alsan bu vilanın əhvalın” –deyə yaşantılarımızı gerçək bir şəkildə ortaya qoyurlar!? Qardaşlıq beləmi olur!?. İndiki halda Sabir Rüstəmxanlının türk həmrəyliyisə azan sədaları altında namaza çağırışdır – onu müşriklər də eşidir, iman əhli də.....  

Bu gün faktiki olaraq dünyada elan olunmamış dinlərarası müharibə və türk qövmünə qarşı total bir hücum təsdiqini tapmaqdadır. Bütün hallarda Türk Dünyasının zəiflədilməsi gizli məqsəd olaraq ortalığa qoyulub. Və yenə də heç kimə sirr deyil ki, bu gün türk və islam dünyasına qarşı yönəli hücumları əngəlləyən ilk növbədə Türkiyə Cümhuriyyəti faktorudur.  Əgər qulaqlara qurğuşun, günü bu gün  Türkiyənin imkanları heçə endirilərsə, sabah bütün türk və islam dünyası  ruslar və farslar , həmçinin onların qərbli həmcinsləri tərəfindən “şahənşahın mal-qarasının otlaq yeri”nə çevrilər. Məhz həmin faktoru əsas tutaraq Türkiyənin ayaqda durması üçün Azərbaycanın güclü dövlətə çevrilməsi lkin şərtdir. Bu yolda məmləkətimizə dayaq duracaq ölkələr işərisində Türkiyənin yeri  əvəzsizdir. Ancaq nə yazıq ki, zaman-zaman ortaya çıxan belə anlaşılmazlıqlar türk birliyinə sarsıdıcı olmasa da, ancaq gücünü, qüvvəsini zəiflədəcək qədərində təsir edir. Zamanında tutulan iradlarsa heç şübhəsiz ki. qardaşlığımızın daha möhkəm təməllər üzərində qurulmasına xidmət edən amillərdəndir. Biz bir millət olaraq zəif yerlərimizi bilməli və onun möhkəmləndirilməsilə məşğul olmalıyıq....

Qardaş Türkiyənin MHP-lisinə də, CHP-lisinə də, AKP-lisinə də qardaşyana bir məsləhət:  dildə. əməldə və qəlbdə olan ibadətlə kamilliyə can ataq. Və bir də, çalışın namazınızı qəzaya saxlamayın. Çünki, ən yaxşı ibadət vaxtında qılınan namazdır. Və gerçəkdən namaza meyli olanın qulağı azanda olduğu kimi gözü də qazanda olmaz. AKP-çilər əbaya bürünənlər, “Qandi Kamal” da  hesab mütəxəssisidir, bunu ki, bilməlidirlər

 

P.S. Gəzdiyiniz qar üstündəki ləpirinizə baxın, bəylər və xanımlar

 

İGİD TEYMURLU 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam