Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Türkiyə parlamentində dava

 

Türkiyə Böyük Millət Məclisinin iclasında deputatlar arasında dava düşüb.

"Xeberinfo.com":  Məlumata görə, TBMM-nin komitə iclasında Prezident sarayının tikildiyi Atatürk Orman Çiftliyi adlanan ərazi ilə bağlı müzakirələr zamanı Ədalət və İnkişaf Partiyası (AKP) və Cümhuriyyət Xalq Partiyasından (CHP) olan millət vəkilləri arasında fikir ayrılığı yaranıb. Müxalifət nümayəndələri Prezident iqamətgahı olan Ak Sarayın adı çəkilən ərazidə inşa edilməsini sərt tənqid ediblər. CHP-li millət vəkili Levent Gök Atatürk Orman Çiftliyi ərazisinin yağmalandığını eyib: “Bu, Atatürkün mirasına xəyanətdir”.

Onun sözünü kəsən AKP-li millət vəkili Osman Ören isə əslində CHP-nin xəyanətkar olduğunu deyib: “30 ildir ölkənin cənub-şərqində ağaclar kəsilir, ona səsinizi çıxarmırsız. İndi burada 3-5 ağac kəsilib, onu xəyanət kimi qələmə verirsiz”.

Bundan sonra millət vəkilləri arasında dava başlayıb. Millət vəkilləri bir-birilərinə ağır təhqirlər səsləndiriblər.

Onu da qeyd edək ki, Türkiyə parlamentində bu cür davalar tez-tez olur.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın hələ baş nazir olduğu dövrdə tikdirməyə başladığı, təxminən 1000-dən çox otağı olan Ak Saray ölkə ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb. Prezidentin bu addımı bir çox adamın və ana müxalifətin tənqidinə səbəb olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam