Redaktor seçimi
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Günün xəbəri

YER KÜRƏSİNİN HARAYI...

 

 

Nə zamansa təbiətin canlı olduğunu, öz  içinizdə yaşadığını hiss etdinizmi? Hiss etdinizmi təbiətin özünəməxsus tarazlığa malik bir sistem olduğunu? Bəlkə bir az düşünək: Təbiət Anadır deyirik, bəs biz bu Ananı qoruya bilirikmi?

               

     Hələ dahi Nizami doqquz əsr öncə yazırdı:”Bir inci saflığı varsa da suda, artıq içiləndə dərd verir o da.” Görəsən, nədən belə yazırdı dahi söz xiridarı? O dövrdə hidrogenin nə özü, nə də izotopları kəşf edilməmişdi ki...?!Bəs Nizami hardan bilirdi ki, 7000 su molekulunun birində ağır su zəhərinin-su olduğunu? Zaman-zaman bizləri  yaradan Tanrı öz yaratdıqlarını ayıltmaq üçün  yer planetinə müəyyən əlamətlər göndərir. Bəlkə bu səbəbdən Şeyx Nizami o misraları yazmaqla bu olanlara işarə edirdi. Əsrlər keçib elm, texnika inkişaf etdikcə, çox içiləndə mərəzə çevrilən  həmin ağır su kəşf olunduqdan sonra yer kürəsinin faciələri başladı və bu günə kimi də davam etməkdədir. Bir-birinin ardınca nüvə reaktorları yaradıldı. Nüvə bombaları, atom sınaqları Xorasima, Naqasaki kimi şəhərlərin üzərində sınaqdan keçirildi. Bəs bu faciələri duyar-duymaz təbiətin canlı olduğunu və onun da sənin bir parçan olduğunu, yer kürəsinin fəryadını, bizləri öz harayı ilə ayıltmaq istədiyini duydunuzmu ey ALLAHIN sevə-sevə yaratdığı insan deyilən məxluqlar...?!                 

                Ey insanlar bizlər yer üzünün sakinləriyik və İNSAN adı daşıyırıq. Tanrı bizləri və bütöv bir kainatı yaradıb, yer üzünün ən dəyərlisi hesab edərək, insan adı ilə  yer üzünə əta elədi. Yaradan təşəkkül tapmağımız üçün bizə, yaratdığına nələr vermədi?! Bir qul olararaq yaradanın “Şah əsəri” deyilikmi, bunu unutmaq olarmı? Bəs bizlər Tanrının bəxş etdiklərini dəyərləndirə bilirikmi, heç düşünürükmü yaratdıqlarının qarşılığında bizlərə əmr edilənlərə əməl edirikmi?! Tanrı sevgisinə layiqikmi görən biz? Mən isə özümü də günahkar bilərək, tərəddüd etmədən deyərdim ki, əsla yox...! Bir az düşünək, axı biz  yer üzünün sakinləriyik, ayaq qoyduğumuz, gəzdiyimiz, bizim üçün hər bir neməti təmənnasız yetirən, Allahın bizə bəxş etdiyi torpağın dəyərini bilirikmi? Gəlin, insan oğlunun torpaq üçün etdiyi qəddarlıqlara nəzər yetirib, bir az fikirləşək, görəsən yaradanın bizlərə verdiyi təcəlliyə layiqikmi?! Yer – göy, kainat dil açsaydı, bilirsiniz, necə fəryad edib ağı deyərdi və bizlərdə onu dinləmək qabiliyyəti varmı, onunla ağlaya bilək..?! Tapdağımız altında inildəyən, naləsi Tanrıya yetən torpaq bilirsiniz nələr deyir?

 

            Könlümü –köksümü dəlirsiz ey insanlar,

            Ey ürəksiz yaranan, köksümdü dağılan,məlhəmsiz sağalan...

            Ey amansız xaliq,  ey acımasız insan...!

            Köksümə saplanan baltalar,sağalmaz yaralar!

            Fikriniz dağıtmaq,yıxmaq,müharibə,ölüm,

            Yer kürəsini məhvərindən çıxaran texnikalar,

             İnkişaf,  tərəqqi daha nə bilim nələr,nələr...

             Amansız,acımasız ey qəddar insan!

             Dəldiyiniz köksüm, qəlbim, od püskürür,

             Çırağam evlərinizdə, neftəm, qazam,

             Pul- parayam ciblərinizdə...

             Qızılam,gümüşəm biləyinizdə...

 

Dəlirsiz qəlbimi ey qəddar insan, kəhkəşana göydələnlər qaldırmaq üçün torpaq alırsınız kosmosda, goylərin ənginliyində, nədir, nədir sizin bu keyfiniz, bitməyəcək nəfsiniz ? Ey zalım, ey qəddar insan! Nədir axı mənim günahım? Sizə Tanrı rizası ilə ruzi verirəm! Sizləri  sivilizasiya deyib,mənə etdiklərinizin xəta olmasından  xəbərdar edirəm ki, bəlkə bir az ayılasınız. Zira etdiklərinizə səbrlə dözüb, dolaşmış kələfin darağı kimi yol göstərməyə çalışıram. Sizlərə hərdən öz titrəyişimlə bizi yaradanın qəzəbini çatdırıram, amma nə fayda, duya bilmirsiniz! Yox,yox, ey zalım insan, çünki gözləriniz qapanıb, görməz olmusunuz düşdüyünüz bu halı...Bilirsiniz, Tanrının qəzəbi tarıma çəkiləndə titrədir, qorxunu sizlərə çatdırmağa çalışsa da ayılmırsınız ki, ayılmırsınız! Nədən yuxunuz bu qədər ağırdır, ey yer üzünün əşrəfi insan? Törətdiyiniz günahlara görə mən də əzab çəkirəm, içim qaynayır, titrəyir, aşıram, daşıram, alt-üst qarışıram. Ölürsünüz, Tanrı mənə göndərdiyi əziz qonaq kimi yenə də sonunda qoynuma alıram sizi! 

 

Dağılır kainat, nələr istəyirsiniz özünüzə qənimət...

Düşünürsünüz, nə var bu dünyadadı,

atdığınız addımlar boş xəyaldı, xülyadı...

Heç bilmirsiz bu dünya hardan başlayıb, sonu harda qutarmaqdadı...

Hayqırıram, coşuram fəryadım qalxır ərşə,

sizlərsə yolunuzu salmısız tərsə...

                      Ayıl,ey insan oğlu,dərk eylə kimliyini, duy! Anla! Ayıl!

                      Ey insan oğlu, düşün bir gün yoxluğunu,

Tanrıya  xoş olmayan  boşluğunu.

Ey insan oğlu,tutub Allahın qəzəbi daha!

Dağıdar, tökər,ol deyərsə,dağı da, dənizi də diz üstə bükər...

Sanmayın ki, o sizə inanaraq, əfv edər,

İstərsə bir an hər şey ordaca bitər,odur ki, yetər!

Zəlzələr, daşğınlar sizə bir şey demirmi?!

Nədir sizin halınız, bu nə gün- nə güzəran...

Tövbə eyləyin,nə qədər tezdir,

Amansız ölüm hələ aman veribdir! 

Səni yaradanı sevməmək olmaz,

Sənə həyat verəni öyməmək olmaz,

Bu dünyada yaşayıb,ölməmək olmaz!

Sənin varlığını duymamaq olmaz!

                               Ey bizi yaradan, yaşadan Tanrım!!!

 

Bizi sonsuz kainat yaradan Tanrım sənin bizim üçün etdiklərini   görüb,duymaya bilərikmi görən? Nəzər salıb təbiəti seyr etsək sənin varlığın , sənin rəhmin görünür ey Rəhman Allahım! Biz çirkin,haqsız,qəddar əməllərimizlə bütün bunlara layiqmiyik? Sənin bizə olan rəhminin qarşısında biz nə qədər günahkarıq, ey yerin, göyün, bütöv bir kainatın sahibi olan Tanrım!!! Sənin səbrin necə də gendir! Sən öz yaratdıqlarını bu qədər sevdiyin halda bəs bizlər, sənin TƏCƏLLİNƏ layiqmiyik?! Ey qəlbimizin ən dəyərli hakimi! Əgər mümkündürsə,bağışla bizləri, keç günahımızdan...! Sən rəhmlisən,  qibləgahım, səcdəgahım ALLAHIM!

                Yaşadığımız cəmiyyətdə İnsanların pula, var–dövlətə hərisliyi nəticəsində  sosial baxımdan insanların maddi rifah halını yaxşılaşdırmaq üçün,   məhsuldarlığı artırmaq adı ilə ağına–bozuna baxmadan torpağa səpdikləri gübrələr, havaya buxarlanan kükürd dioksid, karbon monoksid və azotdioksidin verdiyi acı nəticələr zəhərli havanın yaratdığı növbə-növ xəstəliklər insanlığı ayılda bilirmi görən...?! Yediyimiz qidaların tərkibindəki konseroqen maddələrin toxumalarımızda toplandığının fərqinə varırıqmı?! Bəs plastik və ağır maddələrdən hazırlanmış gündəlik istifadə etdiyimiz məişət əşyalarının insan orqnizminə nə qədər fəsadlar verdiyini görə bilirikmi? Sintetik materialdan  emal olunmuş gündəlik geydiyimiz paltarların ÖLÜM qoxusunu hiss edə bilirikmi? İnsanların ağız dadına çevrilən, süni rəngli içkilərin  gözə görünməyən fəsadları haqqında düşünüb nəticə çıxara bilirikmi? Bütün bu sualların cavabını sizlərin öhdəsinə buraxaraq bir sualla müraciət edirəm. Bəs insanlığı necə...?!

                Elm-texnika inkişaf edir, əhali artımını enerji artımı 10 dəfə, materiallardan istifadə artımı 9 dəfə üstələyir. Bu il bəzi rayonlarda arıçılar gül-çiçək sahələrində arıların uçuşmadığından şikayətlənirdilər. Arıçılar nə bilsin ki, mobil telefonların eletromaqnit dalğaları beyində fəsadlar törətməklə yanaşı, arıların hərəkət istiqamətini təyin etməsinə də mane olur. Elektromaqnit torunda boğulan Yer kürəmiz  can verərək başqa planetlərdən  müəyyən sivilizasiyalar vasitəsilə  özünə kömək istəyir. Bİzsə bir qayda olaraq baş verənləri hamıdan gizlətməyə məhkumuq. Maraqlı olduğu qədər də təəssüf doğuran odur ki, bütün olanlara rəğmən bəs İNSANLIQ dediyimiz amili niyə danmalıyıq...?! NİYƏ?

Ekoloqların çaldığı həyəcan təbili bəs niyə isanlığı oyadıb özünə qaytara bilmir? Yaddan çıxarmayaq ki, Atmosfer təbəqəsində gedən proseslər istilik balansını dəyişdiyindən OZON təbəqəsi nazilərək, öz aktivliyini itirmək üzrədir, yəni adı gedən təbəqədə Ozon dəliklərinin yaranması torpağın deqratasiyası, okean səviyyəsinin yüksəlməsi, səs-küy, maqnit çirklənmələri  təbii fəlakətlərin  gündən-günə  artması, həyat keyfiyyətlərinin və genetik faktorun səsi ölüm yuxsunda çabalayan İNSANLIĞI nədən ayıltmır..?! Yaşadığımız müddətcə bütün başımıza gələnlər dili-ağzı olmayan və öz qəzəbini müəyyən yollarla, insanlara, yəni insan deyilən məxluqata səslənən yer kürəsinin HARAYI, FƏRYADI deyilmi ?!

Ekoloqların fikrincə  bizi əhatə edən təbiətə, yer kürəsinə, bəşəriyyətə olan  münasibət uzun müddət belə davam edərsə, yaxın bir neçə nəsildən sonra bizləri öz qoynuna alıb sığınacaq verən YER KÜRƏSİNİN kükrəməsinin qarşısı alına bilməyəcək F.Ə.L.A.K.Ə.T. gözləyir!!! Gəlin, YER KÜRƏSİNİN səsinə səs verək!!! EŞİDİRSİNİZMİ?  SƏS VERƏK...!!!                                                                                                                          

                                                                                                                    

                 

 

 

                    TƏRANƏ ŞƏMS

 

                  

                      NADİR ZİYADLI

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam