Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Dindarlar kainatın işinə qarışmasınlar, gedib mollalıqlarını etsinləq”

 

“Biz hələ orta məktəbdə, institutda da öyrənmişdik ki, Yer öz oxu ətrafında fırlanır. Bu alimlərin sübut etdiyi bir şeydirsə, onu müzakirə predmetinə çevirmək yersizdir və özündən razılıq olardı”.

"Xeberinfo.com":  Məlumata görə, bunu Modern.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev son günlər müzakirə mövzusuna çevrilən Yerin fırlanıb-fırlanmamsı haqda məsələyə münasibət bildirərkən deyib.

O qeyd edib ki, bu sahənin mütəxəssis olmadığına görə konkret heç bir fikir irəli sürə bilməz: “Ona görə bu barədə suallara cavab verməkdə çətinlik çəkirəm. Dünya fırlanır, ya fırlanmır, ya da nə iş görür bilmirəm.

Amma maraqlıdır, dindarlar haradan bilir ki, yer fırlanır, ya yox?! Onlar getsin yaslarda mollalıqlarını edib 3-5 manatlarını qazansınlar, kainatın işinə qarışmasınlar. Bunu deməklə özlərini “bilici” kimi göstərmək istəyirlər, amma təəssüf ki, o gücə, o başa malik deyillər”.

Hafiz Hacıyev deyib ki, “dindaram” deyənlərin çoxu “Quran”ı oxumayıblar, fırıldaqçıdırlar: “Dindarlara, mollalara üz vermək olmaz. Axı, onlar kimdir ki, məsələni təsdiq və ya təkzib etsinlər. Getsinlər namazlarını qılıb, ayələrdən sitat gətirsinlər. Dünya alimləri tərəfindən sübut olunmuş bir şeyə münasibət bildirmələri yersizdir. Yaxşı olar ki, getsinlər öz işlərilə məşğul olsunlar.

Qəbristanlıqlarda onun-bunun qabağına qaçıb guya “Quran” oxuyurmuş kimi göstərməklə pul istəyirlər, yalandan bir kitab açıb 10 dəfə bir şeyi təkrar edirlər. Tövsiyə edirəm ki, hərə öz sahəsilə məşğul olsun. Dindarlar bu işi bilmədiklərinə görə münasibət bildirmələrinə etirazımı bildirirəm”.

Səudiyyə Ərəbistanından olan din xadimi Şeyx Bəndər Əl Hayberin Yer kürəsinin fırlanmaması ilə bağlı dedikləri böyük sensasiyaya səbəb olub. XXI əsrdə belə bir açıqlamanın verilməsi elm ictimaiyyəti tərəfindən absurd qəbul edilsə də, Şeyx Bəndər öz fikirlərini belə əsaslandırıb: “Dünya sabitdir. Hərəkət etmir. Deyək ki, təyyarə ilə Serce hava limanından Çinə doğru gedirik. Dünyanın hərəkətdə olduğunu deyirsiz? Yaxşı, indi diqqətinizi mənə verin. Bu, (su butulkasını göstərir) dünyadır. Əgər dünya dönürsə, təyyarə havada olanda Çin təyyarəyə doğru gəlməli deyil? Doğrudur, yoxsa səhv..? Əgər dünya əks istiqamətdə fırlansaydı, bu dəfə də təyyarə heç vaxt Çinə çata bilməzdi. Çünki Çin də təyyarə kimi hərəkət etmiş olacaqdı”.

Azərbaycanda da müzakirə mövzusuna çevrilən məsələyə sələfilərin lideri Hacı Qamət Süleymanov münasibət bildiriək, da şeyxin fikirlərinə dəstək verib. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam