Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Sərdar Cəlaloğlu deyir ki, yer fırlanır

 

Son günlər Yer kürəsinin fırlanması ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Ərəb şeyxinin Yer kürəsinin fırlanmaması ilə bağlı fikrindən sonra Azərbaycanda da buna oxşar və adekvat yanaşmalar oldu. 

 

"Xeberinfo.com":  Məlumata görə, Hafta.az-a açıqlamasında məsələ ilə bağlı siyasətçi, "İlahi siyasət-Tərəqqinin fəlsəfəsi" kitabının müəllifi  Sərdar Cəlaloğlu fikrini bildirib. O söyləyib ki, Yer kürəsinin fırlanmasını görmək olar: “Bunun üçün Sank-Peterburqa gedib, oradakı Pyotr tərəfindən tikilən kilsəyə baxmaq lazımdır. Həmin kilsənin qülləsi 75 metrdir. Qüllənin lap yuxarısından bir rəqqas asılıb.  Onun altında yerdə isə çevrə qurulub. Çevrənin hər 30 sm-dən bir taxta yerləşdirilib. Rəqqası heç kim  tərpətmədiyi halda, o hər on beş dəqiqədən bir taxtaları vurub aşırır. Beləcə rəqqas heç kim tərəfindən hərəkətə gətirilməsə də, özü fırlanaraq butün çevrə boyu hərəkət edir. Bu onu göstərir ki, rəqqasın bağlandığı nöqtə ilə onun sərbəst tərəfi, fərqli diametrlər üzrə hərəkət edir. Beləliklə  Yer kürəsinin fırlanması sübut olunur”.

S.Cəlaloğlu Qurandan da misal gətirərək, Yerin fırlanmasını əsaslandırıb: “Qurani-Kərimdən məsələyə yanaşsaq görərik ki, Allah hər bir şeyi hərəkətdə yaratdığını bildirib. Orada belə bir cümlə var ki, mən yeri və göyü yaratdım, hər birinin öz mənzili var. Heç biri o mənzildən kənara çıxa bilməz. Buna görə də kainat belə bir dayanıqlıqdadır. Ərəb şeyxinin izahına baxdım və məni gülmək tutdu. Deyir ki, əgər Yer fırlanırsa, biz təyyarə ilə gedib heç zaman ünvana çata bilmərik. Əvvəla bu anlamır ki, Yerin fırlanma sürəti ilə təyyarənin hərəkət sürəti çox ciddi şəkildə fərqlənir. Əgər təyyarə də Yerlə bir sürətdə hərəkət etsəydi, o zaman o göydə dayanardı. Bunu 3-4-cü sinifdə oxuyan uşaqlara izah edirlər. Bu ərəb şeyxi necə olur ki, başa düşmür? Belə savadsızların şeyxlik etməklərinin nəticəsi olaraq, İslam bu gündədir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam