Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

CİBİ NECƏ OLDU CƏBRAYIL OLDU?

 

Kiçik hekayə

Kolxoz sədri Məmməd kənddən çıxanda maşını bir başa Həmzənin pambıq sahəsinə sürdürdü. Pambıq birqadiri Həmzə sahənin qırağında olan yeganə söyüd ağacının altında uzanıb kölgələnməyin kefini çıxardırdı. Qulağına maşın səsi gəldi. Uzandığı yerdən qalxdı. Gələn kolxoz sədri Məmməd Məmmədov idi. Həmzə Məmmədlə orta məktəbdə bir sinifdə oxumuşdular, hətta on il bir partada oturmuşdular. Bu da imkan verirdi ki, onlar bir- biriylə zarafat da eləsinlər. Amma işdə yox, işdən sonra. İşdə sədr sədr idi,birqadir də birqadir. Maşın dayandı, Həmzə qabağa gedib Məmmədlə salamlaşıb, ona xoş gəldin elədi. Məmməd: - Ay Həmzə, idarədə iş- güc çox olduğundan xeyli var ki, sahələrə çıxa bilmirəm. Vəziyyət nə yerdədir?

-Yoldaş sədr,şükür pis deyil. Amma hektarçılardan bəzilərinin işə gəlməməsi ucbatından bəzi sahələrdə alaq artıb. Sən heç narahat olma, sabahda,biri gündə mütləq çəkdirəcəm.

Sədir yaxınlıqdakı alaq basmış sahəni Həmzəyə göstərib soruşdu:- Həmzə, bu sahə kimindir?

-Yoldaş sədr,sizin cibinin.Neçə dəfə qapılarına gedib işə çağırmışam, hər dəfə bir bahanə gətirib işə gəlməyib.

Cibi Məmmədin yaxın qohumu olduğuna görə Həmzə sədrə “sizin cibinin”dedi. Əslində onun adı cibi yox, Cəbrayıl idi. Ailənin yeganə oğlan uşağı olduğundan uşaqlığından əzizləmək üçün cibi deyə çağırmışdılar. Beləcə 25 il idi ki, Cəbrayıl olmuşdu cibi.

Məmməd kəndə çatan kim adam göndərib Cəbrayılı idarəyə çağırtdırdı. Cəbrayıl kolxoz sədrinin onu idarəyə çağörmağından çox narahat oldu. Fikiri yüz yerə getdi, bir şey tapmayıb əliboş geri qayıtdı. Xeyli fikirə getdi və birdən yadına düşdü ki, neçə gündür birqadir Həmzə onu pambıq alağına çağrır, amma o,yüz bahanə ilə alağ çəkməyə getmir. Yəqin ki,elə kolxoz sədri Məmməd də onu buna görə idarəyə çağrır.

Hava isti olduğuna görə sədr Məmmədin otağının qapısı açıq idi. Cəbrayıl şəadət barmağını qatlayıb iki dəfə qapıya vurdu. Qapının döyüldüyünü eşidən sədr qarşısındakı qovluqdan başını qaldırıb qapıya tərəf baxdı. Cəbrayılı görüb:- Hə Cəbrayıl, gəl görüm.-dedi.

Cəbrayıl ürkək- ürkək içəri keşdi. Salam verib,əleyki aldı. Sədr yaxınlıqdakı stolu göstərib:- Otur görüm. Sədrin mülayim danışmağı Cəbrayılı ürəkləndirdi və mizin arxasındak stollardan birini çəkib oturdu.

Sədr: -Cəbrayıl, bu gün pambıq sahələrini gəzirdim, sənin hektarından alaqlı sahə görmədim. Bundan xəbərin var?

-Var yoldaş sədr,bilirəm.

-Bilirsənsə,bəs niyə gedib alağını çəkmirsən?

-Yoldaş sədir, sabah tezdən gedib çəkəcəm.

-Yox,sabah getməyəcəksən.

-Niyə?

-Sabah başqa yerə gedəcəksən.

-Hara?

-Həmzənin qızını qaçırmağa. Xəbərim var ki, qızı çox istəyirsənistəyirsən, lap Məcnunsan. O, da sənə biganə deyil.Milisdən zaddan da qorxub eləmə.Arxanda dayanmışam,hər şeyi yoluna qoyacam.

Sədrin təklifi Cəbrayılın lap ürəyindən oldu. Sədrin otağından bir dünya sevinclə çıxdı.Qaça-qaça özünü əmisi gilin darvazasından içəri saldı. Sinif yoldaşı olan əmisi qızı Nərgizə yalvardı ki, Həmzənin qızı Narıngülü salxım söyüdün altına çağırsan. Məqsədini də qabaqcadan Nərgizə bildirmişdi. Bu təklifdən əvvəl-əvvəl Nərgiz qorxdu, bu işə qol qoymaq istəmədi. Sonra Cəbrayılın yalvar- yaxarından ürəyi yumuşaldı.

Cəbrayılın briqadir Həmzənin qızı Narıngülü qaçırmağı ildırım sürətilə kəndin bu başından girib, o biri başından çıxdı.

Düzdü, Həmzəbu xəbərdən bir az əsdi, coşdu. Amma Cəbrayılın qohumlarının minnəti, xahişi onu yumuşaltdı. Bir də Cəbrayıl pis oğlan deyildi, nəsilin, kəndin sakit,başıaşağı, bacarıqlı oğlanlarından biriydi.

Barışığın üstündən bir həftə keçmişdi. Məmməd yenidən pambıq sahələrinə baş çəkməyə başladı. Həmişə olduğu kimi yenə yolunu birinci Həmzənin sahəsindən saldı. Necə də olsaydı təzə qohum idi. Cəbrayılın hektarını alaqsız görüb bic- bic soruşdu:

-Həmzə, bu təmiz sahə kimindir? Göz oxşayır.

-Yoldaş sədr,bizim Cəbrayılın.

Sədir ucadan qəhqəhə çəkdi. Sədrin belə gülməyini Həmzə göydə tutdu və o da sədrə qoşulub güldü.

Məhərrəm Şəmkirli


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam