Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

NƏNƏ

 

"Xeberinfo.com":  

Tutub qoca nənəsinin əlindən

Parkda gəzir addım-addım bir cocuq.
“Nənə” deyir, bu söz düşmür dilindən
Nənəninsə üzündə qəm azacıq...

Azca kənar, gözəllərdi oturub,
Biri gedib qucaq açdı körpəyə.
Körpə baxdı, baxdı və birdən durub
Tutdu qızın əlinnən “nənə” deyə.

Gülüşdülər qızın qız yoldaşları,
“Nənə”yə bax, yaşı iyirmi olmaz..
Yazıq qızın çatıldı ay qaşları,
Körpənin sözündən incidi bir az.

Körpə əldən-ələ gəzdi bir xeyli,
Nənə lap bezmişdi seyr eləməkdən.
Qızların cocuğa düşmüşdü meyli,
O sa yorulmurdu “nənə” deməkdən.

“Ay nənə, heç “ana” demədi bizə
Bu şeytan hamını nənəsi bilir.
Elə mehribanca baxır üzmüzə,
Bizi də doğmaca bir kəsi bilir”

Qadın cavab verdi bir titrək səslə
Dedi “Məni görüb ilk göz açaraq.
elə onunçün da sevdiyi kəslə
“nənə” kəlməsiylə danışır ancaq”.

Körpənin sözünnən inciyib duran
O qızın nalədən üzü göyərdi.
Bayaqdan küsərək boynunu buran,
Nənə olmaq üçün illər verərdi...

...Tutub qoca nənəsinin əlindən
Parkda gəzir addım-adım bir cocuq.
“Nənə” deyir, bu söz düşmür dilindən

Nənəninsə üzündə qəm azacıq...

Azər islam Cəfərli

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam