Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

At belində meşələri gəzib-dolaşan 65 yaşlı qadın meşəbəyi- FOTO

At belində meşələri gəzib-dolaşan 65 yaşlı qadın meşəbəyi

 

 

Şahdağ Milli Parkının mühafizə yegeri Sima Məmmədovanın 65 yaşı olmasına baxmayaraq, gecə-gündüz at belində meşələri gəzib dolaşır. Bu cəsur qadın təbiətimizin qorunması üçün əzmlə çalışır, onun keşiyində durur

 

Yenixeber.org: Bu peşədə çalışan yeganə qadın olmasına baxmayaraq, Sima nənə 13 ildir işinin öhdəsindən layiqincə gəlir. Meşələri qorumaqda ona ən yaxın sirdaşı, eləcə də vəfalı dostu olan atı da kömək edir.

"Uşaqlığım bu meşələrdə keçib. Atam 30 il meşəbəyi olub. Meşədə tənhalıqdan qorxmuram. Nəzarət etdiyim 900 hektaradək ərazidə vəhşi heyvanlar da az deyil. Xüsusilə tez-tez ayı ilə qarşılaşıram. Qəzəbləndirməsən, bu yırtıcının səninlə heç bir işi yoxdur. Vəfalı dostum olan at da ayının varlığını uzaqdan duyur və hərəkəti ilə məni xəbərdar edir. Ona görə də qabaqcadan ehtiyatlı tərpənirəm", - deyə Sima Məmmədova bildirib.

Şahdağ Milli Parkı yaradıldıqdan sonra burada ayı, canavar, qaban kimi vəhşi heyvanların, habelə cüyürün, dovşanın xeyli çoxaldığını deyən qadın meşəbəyi son illər bölgədə turistlərin, milli parka maraq göstərənlərin sayının artdığını qeyd edib. Bu baxımdan yanğın təhlükəsi, qanunsuz ov edənlərin də sayı çoxalıb. Sima Məmmədova da, öz növbəsində, meşələri nəzarətsiz qoymur, gününün çox hissəsi at belində dağlarda, meşələrdə keçir.

Gününü, zamanını dağlar qoynunda keçirən, 5 övladı, 6 nəvəsi, 3 nəticəsi olan Sima nənə ömrü yetdikcə bu işi davam etdirmək əzmindədir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam