Qıfılın açarı nəfisdən yana
Meşədə çaqqallar ulayar başqa,
Avazı özünə yaman xoş gələr.
Deyəsən, tülkübəy baxdırıb fala,
Gəzinir əlində kafeni " çaşka".
Falçıda hiyləsin işə salaraq,
Yəhərsiz kəhəri çapır dördnala...
*****
Sən demə, tülkübəy düşübdür eşqə,
Bu xəbər meşədə aslana çatır.
Aslanda tülkünü səsləyir məşqə,
Girərək ortaya aranı qatır.
Bir baxaq, bu işə nə deyir zaman,
Düşünüb, araya kirpini atır!...
****
Meşədə heyvanlar heyrətə gəlib,
Deyirlər, bu sevda düzənə düşməz!
Çaqqalla, tülkünün eşqi oyundur,
Çağırıb desələr tülkü toyundu?
Dəyərsiz zamanlar dəyərlə bitməz,
Deyimki, tülkübəy amma sonundur!...
*****
Kirpisə tülküyə bir sual verir,
Çaqqalda hiyləgər, səndə hiyləgər.
Soruşum, çaqqal bəy, de, səni sevir?
Tülkübəy kirpiyə baxıb çəpəki,
Sən özün, baxanda bilmirsən məgər?
Düşün bir, o məni məqsədsiz sevər?!...
*****
O, bilir kəndlinin toyuq- cücəsi,
Dişimin altında kefə baxıram.
Ayağım tövləyə dəyərsə əgər,
Dilimin altından keçər neçəsi.
Beləcə "çaqqal" da baxacaq kefə,
Çıxarmı yadından köhnə peşəsi?!
*****
Ey tülkü, gümanın heçə getməsin,
"Deyirlər, yeməkdən ümid yaxşıdır",
Əməllər batinin əks, nəqşidir,
Dövr edən bu zaman kimə yaxşıdır?
Daş olan ürəklər niyə qırılır?
Tülküylə bir "çaqqal" eşqin tərsidir!
Tarıma çəkilən pərdə cırılır...
*****
Aslanın gümanı özünə getmiş,
Nəfsinin ağası meşələr şahı.
Bəs niyə bu işə kirpini seçmiş?
Kirpilər kiçicik olsalar belə,
Dahidir, ağıllı uzaqgörəndir.
Sözünü deyəcək, ölsələr belə...
*****
Kirpinin fikrinə tərs açar düşər,
Qıfılın açarı nəfisdən yana
Həyatın toruna çar- naçar düşər.
Bir ömür dönürsə həvəsdən yana,
İnsanın xisləti zamanla bişər.
Ömrünü bitirməz qəfəsdən yana!...
Təranə Şəms.10.10.2023