Redaktor seçimi
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
Günün xəbəri

Haqqımı sizlərə halal edirəm

 (Son nəfəsdə ananın övladlarına nəsiəti)
*****
Siz belə baxmayın;- bilirəm nə var,
Canımda bu dərdin çarəsi yoxdur.
Saflanıb günahdan silirəm nə var,
Qəlbimin fəryadı, nərəsi çoxdur...
*****
Yaşadım həyatı yaxşı- yamanla,
Ətsədə ürəyim yandı, əridi.
Qızlarım, ağlayın neylə, kamanla,
Yox olur sümüyüm, qalan dəridi...
*****
Dərd yüküm ağırdır ölçüsü yoxdur,
Yaralı köksümə mən buz basıram.
" Ayrılıq" sözünün körpüsü yoxdur,
Özümü gümandan, sözdən asıram...
*****
Ağlayın halıma göz bəbəklərim,
Gözünüz hər yerdə axtarar məni.
Gül- çiçək ətirli kəpənəklərim,
Döndərin zamanı, aparar məni!...
*****
Dərdimi bilirəm, gizlədim sizdən,
Düşündüm, bilməyin son anlarımdır.
İzlədim, baxışdan, izlədim gözdən,
İçimi yandıran yaralarımdır...
*****
Haqqımı sizlərə " HALAL" edirəm,
Bir körpə uşaq tək mənə baxdınız...
Mən haqdan gəlmişdim, haqqa gedirəm,
Şimşək tək göylərdə yanıb, çaxdınız...
*****
Mehriban yaşayın ailənizlə siz,
Qızlarım, sözümü heç ovutmayın.
Dolanın mehriban dairənizlə siz,
Külümün qorunu heç unutmayın!...
*****
Dediyim kəlmələr öyüdüm olsun,
Yad edib deyinki, anam söyləyib.
Mələklər başımda böyüyüm olsun,
Deyin ki, anamız sağdır ölməyib!...
*****
Yad edib siz mənə dua edərsiz,
Yalvarın, Allahım mərhəmət etsin...
Taleyim deyilmiş qəmsiz, kədərsiz,
Cənnətdən müjdəmi kəramət etsin!...
*****
Bu dünya fanidir zalımdır həyat,
Yazılan qisməti  pozmaq olmayır.
Yatanlar yatmasın, dur indi oyat,
Yuxudur gördüyüm, yozmaq olmayır...
       Təranə Şəms. 23.03. 2023


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam