Redaktor seçimi
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Günün xəbəri

Könül pıçıltısı

 

(Həyat bir aynadır, olanları sərgiləyir. Qəza, qədər Allahdandır)
*****
...Ömrümün ahıl çağıdır. Həyatın gözünə dik baxacaq qədər söz deyəsi yaşdayam. Həyat, sən özünü aynada çox gözəl şəkildə sərgiləyə bilmisən. Sənə deyəcək sözlərim var. Sən yaşadığım müddətcə  nələri pay etdin və nələri məndən aldın ey zalım həyat? Gəlin, dinləyin qəlbimin səsini hesab verim sizlərə...Eh...o qədər məhkum olmuşam səbrimlə  dözümə, izi itməyən izlərə... Hansı arzular, istəklər  qalmadı ki, gözümdə.( nakam sevgiyə qədər hətta) Məzun olub atılanda həyata, ən böyük arzum idi oxuyub ali təhsil almaq. İstəmirdim ki, dərdləri könlümə yazıb, ilmə vurub toxumaq. Bu arada xəyalların axarında çox çətindir düşünmək, cümlə qurmaq!.. Yada salanda xatirələri gözlər yaş olmamış boğazda qəhəri udmaq.İndi dinləyin məni! Yaşamadım uşaqlığımı. Üşaqlığın son baharı, vaxtsız gəldi və çox erkən getdi. Çiçəyi soldu, ləçəyi zamansız töküldü. Gəncliyimin pişvazına nazlı, qəmzəli, çıxmadan mənən yaşlandım. Həyat, səndən qırılsam da bilirəm ki, səni  idarə edən Allahdır. Mən Allaha asi düşmürəm. Bütün yaranmışlar kimi məndə onun bəndəsiyəm. Hərədən bir kəsiyəm. Həyatıma nəzər salsam ömrümün zirvədəki enişi belə başlandı. Ata, bir qız övladı üçün dağdır, arxadır, vuran qoldur, danışan dildir. Ata hər şeydir. Zaman onu məndən vaxtsız çaldı. Onun məsləyi müəllim idi. Əslində həyatımında müəllimi oldu bu bənzərsiz insan...Yəni ATAM...Qoymadı yıxılam, duram batam. Əlləri daima kürəyimdə, gözəl nəsihətləri ilə başımda oldu. Mən Allahın rzası ilə  "həyat"ın məzunu oldum atamın sayəsində. Baxmayaraq, ali təhsilim yox idi. Atamın dünyadan köçməsi qolumu qırdı. Çox sarsıldım. Sağımı, solumu qaranlığa bürüdü...ömrüm sanki çürüdü belə çürüdü. Allahım, məni çox ağır imtahan etmisən hansını danışım?! Varlığına şükür!..Yaratdıqlarına şükür. Şükür edirəm nə yaxşı varam və səninlə ülfətim var. Bu həyata mənmi qarışdım, yaxud həyatmı mənə qarışdı? Məsləhətinə şükürlər olsun. Çox qaranlıq düşüncələr yaşadım... Bax, bunu bilirəm ki, nəhayət ayıldım. Mən aynada həyatımı  nağıl edəndə sənin  vicdanın sızıldayırmı mənim halıma yanmayan  HƏYAT!... Olmayan qəlbin susqun - susqun mızıldayırmı heç?! Mən aynaya baxanda olmuşları sən yadıma salırsan. Bir dastan yazılıb taleyimə. Necə unudum?  Bəs, deyilmiş kimi atamın yoxluğu anamı  laaap çoxdan almışdın  məndən ey gözəl Allahım!  Anamda illər xəstəsi oldu sənin rzanla,  zərbəsi  mənə dəydi. Söylədiyi laylaları dilinin bəstəsi etdin. Atam Allaha qovuşandan sonra, anam çox yaşaya bilmədi. Onun qəmli gözləri gülmədi.  Çünki, ona hər gün bir dəstə çiçək  dərən bağbanı yox idi artıq. Onun tellərinə sığal çəkən əl yox idi artıq! Ey həyat məni öz içindəki kölgənə belə bürüdün. Məni arxanca sürüdün, belə sürüdün! Mən bu olayları yaşımın kiçik çağında yaşamışam, ataya, anaya möhtac ac çağında yaşamışam. Çox ehtiyacım var sizlərə, baxmayaraq ki, özüm ahılam, nəvələrim var. Sizləri heeeçç, amma heç unuda bilmirəm. Sizin o isti nəfəsinizə çox ehtiyac duyuram. Ey,  həyatın qaranlıq üzü  səndə gördüyümü unutmadım. Çəkdiklərim dözülməz  olsada  Allah güc verdi mənə ki, öz ayaqlarım üzərində durmağı öyrənim. Atamdan aldığım həyat dərsləri bu gündə əlimdən tutub qaranlıqdan işığa doğru çəkir. Atam, anam Allah sizlərə cənnət nəsib etsin! Mən Allahıma şükür edirəm ki, atam Nazim, anam isə Səringül Abidovlar olmusuz...Siz hər daim mənimləsiz!...Sizi yenədə lap çox sevirəm...
...Həyat, düşünmə ki, səninlə söhbətim bitdi. Amma düzünü deyim ki, səndən gördüyüm budursa amma çox şey öyrəndim sənin varlığında dik durub, dik gəzmək üçün. Səni qınasamda qəlbimin dərinliyində sənə təşəkkürdə edirəm...Gözəl  Allahm  məni istədiyin kimi imtahan etsən də mən səbr etdim və dözdüm. Yəqin ki, bu imtahanın qiymətini varlığına sığınıb təvəkkül və şükür etdiyim ALLAH verəcək...
...Dilim bəlkədə susar amma qəlbim susmaz, nə qədər səbr etsəmdə yanğılarım ürəyimin viran olan yeridir. Sən, yanmadın, halıma, öcəşməyi duyanmadın, mənim gəncliyimi sayanmadın! Sehirçi oldun halıma. Sən belə laqeyd və biganəsən, HƏYAT... İnsan yaşadığı müddətcə  elə aldığı zərbələr var ki, acısına nə qədər göz yaşı töksəndə bitməz. Sən mənə bu acını da yaşatdın və özünü qüdrətli, əlçatmaz, zirvədə  bildin, sən məndə "özüm"dən özümü sildin...Başımın tacı  vardı həyat yoldaşım... Niyə bəxtimin  taxtıma gecənin qaranlığını erkən çökdürdün? Allahım, bu suallara cavab istərdim səndən! Necə qıydın bu qədər çilədən sonra mən yenidən göz yaşı axıdım? Niyə üzüyümün qaşını saldın, YARIMI məndən aldın? Əlbəttə niyə sualı verilməz Allaha. Axı çox acılar çəkdim. Xoşdurmu sənə Allahım? Necə qıydın mənim fidanlarıma ki,  gözləri yaşlı, qəlbləri nisgilli qalsın? Axı mən bu yükü çəkə biləcək gücdə deyildim. Sən axı hər şeyi görüb bilənsən! Çiyinlərim çox zəif idi. Çox kiçikdim bu acıya dözməyə. Bəzən, mənə deyirlər niyə sənin gözlərin kədərlidir? Mən artıq gülə bilmirəm.

Mən gülsəm gülüşüm ağlar,
Qəlbi daş olanın, könlünü dağlar.
Həyatdayam, ayaqdayam,
Yanaraq gözlərim belə ağlar!

Allahım, çəkdiyim acılarına iki balamı köksümə sıxıb sənə sığınaraq dözdüm, yol tapdım işığa doğru, bağlanmış düyünü çözdüm. Bilirdim ki, mənə sipər olacaq bir kimsəm yox!...Bu acılarla yaşaya- yaşaya insanları, insanlığı, adamı, adamlığı tanıdim. Qohumlar...hər kəs öz işinə fokuslandı. Çox şeyləri görüb öyrəndim. Sən məimlə öcəşdin, məndə səbrlə  yaşadım. Yəqin ki, bir gün mənimlə də üzləşəcəksən!...Bu qarşılaşmada yəqin mən, həyata əlvida deyəcəm sənə qovuşmaq üçün Allahım. Bəlkə də o günlərə az var, çox var onu deyə bilmirəm. Ömrü bəxş edən sənsən! Lakin dözümümlə, səbrimlə  ahıl  yaşa gəldim və hələlik həyatdayam və bu yolda sənin varlığına sığınıram. Amma var ol ki, özümü tanımaq üçün  böyüklüyün oldu ey HƏYAT...Səni və Allahımı sevdim, amma səni tanıdım və tanımaqdayam....Bax, budur mənm  həyat mücadiləm...Həyat bir aynadır, olanları sərgilədi...
Təranə Şəms.04.09.2022


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam