Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Evlənib qızları niyə əzirlər

 


Sualım açıqdır, cavab verin siz!
Görəsən, ailələr niyə dağılır?
Qızım var deyirsən, qızı sevin siz!
Oğlan qız seçəndə hara baxılır?
*****
Ay ata, ay ana, oğlun xəstəsə,
Sən niyə toy edib mağar qurursan?
Bir oğlan yarının üstə əsməsə,
Oğlanı ya qızı niyə sorursan?
*****
Oğlan var, dəlidir ana bilməyir?...
Deyirlər, evlənib adam olacaq.
Analar bilirsə niyə dinməyir?...
Çörəksiz süfrələr  yavan qalacaq...
*****
Müasir cavanlar  çəkib içəndi,
Başları havalı xəstə gəzirlər.
Bu yükü gələn qız, məgər çəkəndi?...
Evlənib qızları niyə əzirlər?...
*****
Siz bədbəxt edirsiz elin qızını,
Nəfsi xor oğlandan kişi olarmı?!...
Evinə daşıyar "yelin tozunu",
Daşlayar bağçada yadın qozunu...
*****
Nələr var həyatda dilə yatmayır,
Yaşayan qızlardı belə həyatı.
Dərdini deməyə adam tapmayır,
Qəlbinə od qoyur mahnı, bayatı...
*****
Gəlin var bətnində körpə daşıyır,
Ərisə sevdalı başqa birinə.
Başında fikirlər o kef qaşıyır,
Çoxunu bağlayır gündə bir tinə.
*****
Evinə gələndə hay- həşir salır,
Gəlinsə hamilə qorxudan əsir.
Yumuruq qaldırıb üzünü çalır,
Bir ana balası düşübdür əsir...
*****
Söyləyin indi siz, kimdir günahkar?...
Qızlarmı müqəssir, ata, analar.
Bir loxma çörəyi bilirsiniz kar,
Allah onu vermədi belə yanarlar...
*****
Ay ana, bilirsən oğlun nəçidir,
Qabında nədirsə düzələn deyil.
Qız isə Allahın qulu, kəsidir,
Gərəksiz sayılar gəlməyən xeyir...
*****
Qızları oxudun, ərə verməyin,
Qoyun öz yolunu özləri tapsın.
Şeytana qapdırıb şərə verməyin,
Seçərək, tanıyıb gözləri tapsın...
*****
Bilmirəm, sizlərə nələr deyim mən
Qızları atmayın oda, ocağa.
Dağılmasın ailələr day nə edim mən,
Dövran axı  dəyişmir gəlmir ki, çağa...

Təranə Şəms



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam