Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Komandirdən şəhidin hərbçi qızına əxlaqsız təklif -ŞİKAYƏT

shehidqizi

 

“Qızım onun məşuqəsi olmadığına şər-böhtana məruz qalır” 

Xeberinfo.com:    “Azərbaycan torpaqlarının müdafiə edərkən, Ağdərə uğrunda gedən döyüşlərdə canından keçən şəhid Mübariz Məcid oğlu İsmayılovun atasının yolunu davam etdirən qızı, hərbçi, çavuş Minarə Mübariz qızı Bayramovaya ( İsmayılova ) qarşı xidmət etdiyi N saylı hərbi hissədə şər-böhtan xarakterli kampaniya başlayıb. Belə ki, hərbi hissənin komandiri Elşən Sanayev qızım Minarə Bayramovaya qarşı təqib və təzyiqlər göstərməkdə davam edir. Bütün bunlarla sakitləşməyən hərbi hissə komandiri E.Sanayev 2016-cı il yanvarın 19-da qızımı hərbiçi adına layiq olmayan, şərəf və ləyaqəti alçaldan ittihamlarla işdən azad etdirib”.

Bu fikirləri Gununsesi.info-ya üz tutan şəhid Mübariz İsmayılovun həyat yoldaşı, N saylı hərbi hissədə xidmət etmiş çavuş Minarə Bayramovanın (İsmayılova) anası Minayə İsmayılova qızına qarşı sözügedən hərbi hissədə baş verən qanunsuzluqlardan danişarkən söyləyib. M.Bayramova qeyd edib ki, bu haqda müdafiə naziri Zakir Həsənova və hərbi prokuror Xanlar Vəliyevə də müraciət edib: “1962-ci ildə Qərbi Azərbaycanın Vedi rayonunda anadan olmuş həyat yoldaşım M.İsmayılov I Qarabağ Müharibəsində Gəncə Özünü Müdafiə Taborunun tərkibində erməni işğalçılarına qarşı döyüşüb. 1994-cü il yanvarın 4-də Ağdərə rayonu uğrunda gedən döyüşlər zamanı şəhid olub. İki azyaşlı körpəni təkbaşına böyütmüşəm. II qrup əliləm. Mən övladlarımı atasının adına layiq vətənpərvər ruhda tərbiyə edib, böyütmüşəm. Övladlarım da ağlı kəsəndə yalnız bu haqda düşünüb ki, hərbçi olub atalarının yolunu davam etdirsinlər. Düşməndən torpaqlarımızı geri alıb, şəhidlərimizin qisasını alsınlar. Lazım gəlsə, şəhid olsunlar. Qismət elə gətirdi ki, Orduda aparılan islahatlarla əlaqədar qadınları da hərbi xidmətə qəbul etməyə başladılar. Bundan ruhlanan qızım M.Bayramova general Nizam Osmanova müraciət etdi. General qızımın şəhid qızı olduğunu bilən kimi öz səmimliyini ifadə edərək, diqqət və qayğı göstərdi. Atasının şəhid olduğu gün – 2015-ci il, yanvarın 4-də qızım orduya qəbul edildi. Hərbi hissədə xidmətə başlayanda qızımın sevincinin həddi-hüdudu yox idi. Kollektivdə hamıdan hörmət, səmimiyyət gördü. Şəhid övladı olmasına görə, hərbi hissə komandiri, tabor komandiri və digərlərinin qızıma göstərdiyi diqqət və münasibətə görə, qızım şəhid qızı olmasından qürur duyurdu. Lakin bütün bunlar hərbi hissədə komandirin dəyişməsinədək davam etdi. Elşən Sanayev hərbi hissəyə komandir təyin edildikdən az sonra hər şey dəyişdi. E.Sanayev komandir kimi həmişə qızıma diqqət yetirib. Lakin qəlbindəki məkrli fikirləri ifadə etməyib. Qızım deyir ki, heç vaxt inanmazdım ki, komandirim şəhid övadına qaşı bu cür məkrli münasibət bəsləyər”.

s2

Şikayətçi bildirir ki, işə başladığı gündən qızımı başqa qadın həbçilərdən fərqli olaraq, 13-14-cü maaşdan məhrum etdi: “Bununla sakitləşməyib, dərəcə almaqdan da məhrum etdi. Biz anlamırdıq ki, komandir şəhid övladına, nizam intizamlı hərbiçiyə qarşı niyə belə mövqe göstərir. Elə oldu ki, qızımın xidmət etdiyi hərbi hissə yerdəyişmə ilə əlaqədar başqa bölgəyə köçürüldü. Yeni bölgəyə köçürüləndən sonra qızım Elşən Sanayevin ona qarşı qeyri-etik davranışlar sərgiləməsindən çirki niyyətini anlayır. Özünə yer tapa bilməyib, nə aça, nə də bükə bilib. Aylarla iztirab çəkib, amma abrına qısılaraq, heç kimə bir kəlmə deməyib. Təqib və təzyuqlər isə ara verməyib, səngiməyib. Niyyətini həyata keçirə bilmədiyindən E.Sanayev hər fürsətdən istifadə edib, qızımı cəzalandırırdı. Bir gün isə komandir Elşən Sanayev qızımı otağına çağırıb. Qızım bütün bunları mənə göz yaşları içərisində danışıb. Komandir tabeliyində olan, həbiçi qadına əxlaqsız təkliflər edib. Ona deyib ki, əgər yaxşı yaşamaq , rahat həyat istəyirsənsə, gəl sənin üçün nə istəyirsənsə, şərait yaradım. Təki sən bircə mənə “hə” de. Özün görəcəksən ki, sənə nələr edəcəm. Qızım onun sözlərindən bərk əsəbləşib, deyib ki, cənab komandir, mən Şəhid övladıyam, ailəliyəm. İki övladım var. Burada isə Vətənə xidmət edirəm. Nə siz dediniz, nə də mən eşitdim, deyib Elşən Sanayevin əxlaqsız təklif və hərəkətlərindən əsəbləşərək, komandirin otağını tərk edib. Elə həmin gün qızım axşam evə gələndə göz yaşalrı içində bütün bunları mənə danışdı. Qızıma dedim ki, insandır, yəqin şeytana uyub. Boş ver, özünü elə apar ki, guya heç nə baş verməyib. Haqqında söz-söhbət yaranmasın. Uzaq yerdir, yolda-izdə sənə bir şey edərlər. Komandirin eşq macərası təklifinə “yox” deyəndən sonra E.Sanayev qızıma qarşı xidməti üzrə, geyim formasına görə, əsassız iradlar bildirib, təqib və təzyiqlər göstərib. Komandirin eşq macərası puça çıxdıqdan sonra qızım çox şeydən məhrum oldu. 2016-cı il oktyabrın 4-də qızım hərbi hissəyə xidmətə gedərkən Goranboy rayonu Borsunlu kəndi ərazisində səhər saat 06:30-da MAXE Orxan Həsənovla birlikdə avtomobil qəzasına düşüb. Qəzaya uğrayan zaman maşında qızımdan başqa 3 nəfər də digər hərbiçilər də olub. Həmin vaxt onların arxamzca irəliləyən mayor İlqar Həsənov və çavuş Könül Hüseynova qəzaya uğrayanlara ilk yardımı göstəriblər. Daha sonra qızımın aldığl xəsarətlər ağır olduğundan mayor Həsənov onu Gəncəyə aparıb. Qızım deyir ki, yolda mayor Həsənova zəng gəldi. Səs bərk gəldiyindən istər-istəməz danışıqları eşidirmiş. Zəng edən deyib ki, onu yolda at gəl. Mayor isə zəng edənin bu tələbindən əsəbləşib. Bəlli olub ki, zəng edib qeyri-insani hərəkətlər edən komandir Elşən Sanayevin müavini polkovnik-leytenant Dunuyevdir və komandirinin adından danışıb. Biçarə mayor Həsənov da onların təqib və təzyiqlərindən yayınmaq üçün qızımı Gəncədə “Pribor” zavod deyilən ərazidə yaralı halda taksiyə oturdub. Həmçinin çavuş Könül Hüseynova da qızımı tək buraxmayıb. Qızımı evə gətirdilər, xəsarətləri ciddi olduğundan TTY çağırdıq. TTY-nin həkimləri isə onu dərhal hərbi hospitala apardılar. Hospitalda stasioner müalicəyə başladılar. Mayor E.Sanayev həmin müddətdə də qızımdan əl çəkmirdi. Çalışırdılar ki, qızımı hospitaldan çıxartsınar. Lakin hospitalın rəhbərliyi və həkimlər E.Sanayevin qızıma qarşı təqib və təzyiqlərini qəbul etməyib, müalicəni davam etdirdilər”.

s1

Ananın sözlərinə görə, qızının müalicəsi bitib hərbi hissəyə xidmətini davam etdirdikdən sonra da ona qarşı təzyiqlər səngiməyib: “Qızımın vəzifəsi taborun operatoru olduğu halda 1 il idi ki, Qərargahda kadrlar şöbəsində işləyirdi. Komandirin eşq macərası təklifindən sonra yenidən tabora qaytarıldı. Qızım ona edilən haqsızlıqlarla bağlı OMİK-in rəisi mayor Elşən Abdullayevə müraciət etdi. Onun verdiyi cavabdansarsısa da, həm də sevinmişdi. Çünki qızıma qarşı baş verən özbaşınalıqlar bu cavabda öz təsdiqini tapmışdı. Ona pis olurdu ki, qızımın atasının qanıyla yuyulan torpaqda belə natəmiz, hərbiçi adına ləkə gətirənlər də var. OMİK rəisi E.Abdullayev qızıma deyib ki, “Sən də başqa qızlar kimi hərəkət etsəydin, hər şeyin, bütün problemlərin həll olunardı… Sən özünü apara bilmirsən”. İmansızlığın, qanunsuzluğun həddinə diqqət yetirin ki, şəhid övladına, qadına kimlərdən nümunə götürmək təbliğ olunur. Dəfələrlə qızım şəhid atasının məzarını ziyarət etmək üçün müraciət etsə də, komandir heç vaxt ona bu icazəni vermirdi. Lakin başqalarına simpatiyaya görə, 1-2 yox, neçə aylarla hər həftənin 4-cü günü (cümə axşamları) mükafat kimi onlara icazə verib, buraxırdılar. Qızım bildirir ki, hərbi əks-kəşviyyatın əməkdaşları söylədiklərimi araşdırsalar, bütün bunlar öz təsdiqini tapacaq. Korpusun OMİK rəisi Taryel müəllim briqadaya gələndə, qızım kömək etsin deyə, ona müraciət edib. O isə qızımı dinləmək əvəzinə, hərbiçiyə xoş olmayan hərəkətlərlə ona qarşı təqib-təzyiq göstərmək məqsədiylə deyib ki, “Gecə saat 03:00-da hansı yeyib-içməkdən, kefdən gələndə avto-qəzaya duşubsən”. Qızım ona Prezident İlham Əliyevə, müdafiə naziri Zakir Həsənova müraciət edəcəyini deyəndə, o hədə-qorxu gəlib ki, səni əxlaqsız kimi rədd elətdirəcəm. Mənim qızım şəhid övladı olaraq, öz namusunu qorumaq naminə çəkdiyi əzab-əziyyətlərindən qurtulmaq üçün bütün bunları mənə danışdı. 2016-cı ilin dekabırında korpus komandirinin qəbuluna getdim. Lakin o məni qəbul etmədi. Valeh müəllim qəbul etdi. Bundan sonra OMİK-in rəisi Taryel müəllimi öz otağına çağırdı. O isə Valeh müəllimin otağında utanmadan mənə dedi ki, sənin qızın gecə saat 3-də hansı kefdən gələndə qəzaya düşüb, onu cəzalandıracağıq. Onun bu sözlərindən hiddətlənib sarsıntı keçirdim. Korpusda olmağıma baxmayaraq, qızıma qarşı şantaj, böhtan səngimək bilmirdi. Hərbi hissə komandiri qızıma hərtərəfli təzyiq göstərib, təqib edir, adını ləkləyirdi. Çünki buna səbəb qızımın özünü ləyaqətli apararaq, mayor Abdullayevin dediyi kimi başqaları kimi hərbi hissə komandiri E.Sanayevin əxlaqsız eşq macəraları və əxlaqsız təklifinə rədd cavabı verməsidir. Qızımın azyaşlı oğlu xəstədir. Bu haqda Gəncə şəhər 2 saylı uşaq polikilinikasından arayışı da var. Ona görə də qızım 2017-ci il yanvarın 17-də komandirin siyasi məsələlər üzrə müavininə (zampolit) müraciət edib ki, ona ailə vəziyyətinə görə növbəti məzuniyyət versinlər. Lakin bundan imtina olundu. Yanvarın 18-də qızıma zəng etdim ki, uşağın vəziyyəti yaxşı deyil. Konturu olmadığından öz taborunun zabitlərindən birinin telefonundan danışmaq üçün xahiş etmək məqsədi ilə onların yataq otağının qapısını döydüm. Lakin onlar da mənim vəziyyətimdəydilər. Sarsıntı və həyacandan başım gicəlləndi, çarpayının dəmirindən yapışıb yerə çökdüm. Bu vaxt hərbi hissə komandiri içəri daxil oldu. Qızım da səbəbi deyib. Lakin o heç bir cavab vermədən çıxıb gedib. Daha sonra komandir dərhal qızımın rəislərini tənbeh etməyə başlayıb ki, guya qızımı zabitlərin çarpayısında uzanıqlı vəziyyətdə, əxlaqsızlıqla məşğul olarkən görüb. Bütün bunları eşidən qızım heyrətdən və haqsızlıqdan əsəb sarsıntısı keçirib. Ağlayaraq deyib ki, komandir, bu nə şər-böhtandır, mənə qarşı edirsiniz? Hərəkətləriniz nə hərbi komandirə, nə də Azərbaycan kişisi kimi heç bir məntiqə sığmır. Komandir isə deyib ki, mən gördüyümü deyirəm. Bu haqda korpus komandirinə də məruzə elədim. Qızım əsəbdən ağladığı zaman o öz telefonu ilə bütün bunları çəkirmiş. Qızım etdiyi çəkilişə etiraz edib ki, heç kim sizə bu səlahiyyəti verməyib ki, məni çəkəsiniz. E.Sanayev isə kinayəli gülərək deyib ki, onsuzda səni Şərəf Məhkəməsinə çıxardıb tərxis edəcəm. Hamı mənim dediyimə inanıb, raportu əsas götürəcəklər. Sən heç nə edə bilməyəcəksən. Bundan sonra qızımın tabor komandirlərindən və digər hərbi qulluqçulardan izahat və raportlar alınıb ki, qızımı əsassız ittihamlarla cəzalandırsınlar. Tabor komandiri Zahid müəllim nahar zamanı qızıma deyib ki, bu gün sizinlə birlikdə nahar edirəm, amma sabah məcbutram ki, əleyhinizə raport verəm. Hətta gözdən pərdə asmaq üçün başqa 2 qadını da guya qızımla bərabər Şərəf Məhkəməsinə çıxarılıblar. Lakin, əlbəttə, hədəfdə qızım, şəhid övladıydı. Mən üzümü əlaqədar səlahiyyıtlilərə tutub deyirəm ki, şəhid qızının haqqında yığılan uydurma materiallar hamısı hərbi hissə komandirinin iradəsinə uyğun yazılıb. Onu yazan hərbiçi yoldaşlarından və tabor komandirindən incimirik. Çünki onlar da qızımın vəziyyətinə düşməmək üçün, işlərindən ləkələnib uzaqlaşdırılmamaq üçün bunu etməyə məcbur idilər. Amma əgər, qızım- şəhid övladı hərbi hissənin komandiri Elşən Sanayevin eşq macərasina razılaşsaydı, onun əxlaqsız təkliflərini qəbul edib, “hə” desəydi, hərbi hissənin ən “hörmətli” xanımı statusuna layiq görülərdi.

Sonda Azərbaycan Prezidentinə, Baş Prokurora, müdafiə naziri Zakir Həsənova, hərbi prokuror Xanlar Vəliyevə üz tutan şəhid ailəsi komandir Elşən Sanayevin cəzalandırılacağına ümidini ifadə edib: “Şəhid övladının namusunun qərəzli şəkildə ləkələnməsinin qarşısını alın.Hərbi hissə komandiri Elşən Sanayev öz əxlaqsız hərəktlərinin qurbanına çevirə bilmədiyi qızıma qarşı belə amansız davranışı ilə hərbişi şərəfinə, Azərbaycan kişisi adına ləkə gətirərək, şəhidlik zirvəsinə ucalan döyüşçünün qanının töküldüyü torpağa qızımın göz yaşlarını tökür. Axı hərbi hissə komandirinin etdiklərinə nə ad vermək olar ki?”

Şikayətçi deyir ki, yanvarın 18-də şəh-böhtan kampaniyasına başlayan E.Sanayev qızını işdən gec saatlarda buraxıb: “Qızım hərbi hissənin mülki işçisi Mobil kişiyə zəng edərək xahiş edib, onu Goranboyadək dağdan düşürsün ki, evə gəlsin. O isə qızıma deyib ki, özüm gələ bilmirəm, oğlumu göndərirəm. 20 AZN müqabilində Mobil kişinin oğlu axşam onu Goranboy avtovağzalına aparıb. Lakin həmin vaxt Gəncəyə maşın olmadığından geriyə – hərbi hissəyə qayıdası olub. Yanvarın 21-də komandirin iştirakı olmadan qızıma və gözdən pərdə asmaq üçün daha 2 qadına Şərəf Məhkəməsi keçirilib. Şərəf Məhkəməsini təşkil edənlər ən böyük şərəfsizliyə yol verərək, hərbi hissənin 3 hərbi qulluqçusu MAXE-ni məcbur edib ki, qızımın üzünə dursunlar. Onlar isə üzə durub deyiblər ki, guya qızım yanvarın 18-də Goranboyda maşın tapmayıb, hərbi hissəyə qayıdanda içkili və nəşəli olub. Axı bunların olduğunu sübut etmək və təsdiqləmək üçün heç bir müayinə araşdırması aparılmayıb, qan analizləri tədqiq edilməyib. Qızım isə onu üzünə dayan MAXE-dən yalnız Kazımov adlı birini tanıyıb, digər 2-nin isə kim olduğunu bilmir. Üzücü haldır ki, Azərbaycanın balalarını, islahatların aparıldığı Orduda belə qanunsuzluqlara yol verərk, Vətən uğrunda qan tökmüş Şəhidin qızına belə amanslz, bağışlanmaz şər-böhtan atırlar. Şəhidin həyat yoldaşı kimi tələb edirəm ki, üzə duraraq, qanunsuzluğa yol verən, Hərbi Nizamnamənii tələblərini pozub, hərbiçi şərəf və ləyaqətini ləkələyənlər cəzalandırılsınlar. Cənab Prezident, inanıram ki, şəhid qızının, şər-böhtanlara məruz qalmış hərbi qulluqçumuzun üzləşdiyi ədalətsizliyə qarşı qanunun aliliyini rəhbər tutaraq, onların ciddi cəzalandırılmalarını təmin edərək, şəhid həyat yoldaşımın ruhunun rahat olmasını, onun övladının namus və qeyrətinə yönəlmiş bu çirkin niyyətlərə son qoyulması və ədalətin bərqərar olması üçün müvafiq göstəriş verəcəksiniz”.

Gununsesi.info komandir Elşən Sanayevin özü ilə də əlaqə saxlayıb. Saytımıza açıqlamasında hərbi hissə komandiri deyilənləri təkiz edərək, adıçəkilən şəxslərin ona böhtan atdığını desə də konkret danışmaqdan imtina edib.

Mövzuya qayıdacağıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam