Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

Əlvida

 

İlin son şeiri...2022

Az qalıb bu ilim tarixə dönür,
Üzünü çevir get, dedim əlvida.
Həyatın önəmi gözümdə sönür,
Dəyişən, zamanla gəlsin bir nida...
*****
Nə verdi bu illər bizlərə axı?...
Adamlar qüssədən dərddən danışar.
Bir həyat vermisən yüzlərə axı,
Ürəkdə ağlayan sözlər alışar...
*****
İllərin acısı gözlərə çöküb,
Döndükcə buluda tufan olursan.
Sönmüş bir ocağın istisi ötüb,
Burulan tüstünlə gözə dolursan.
*****
Ağarmış saçımdan bir tel ayrıb,
Bayatı söyləyib ağlaram onu.
Ayağım altında kaş yer ayrılıb,
Sıxaraq köksümə bağlaram onu...
*****
Gedirsən; " qanlı" il, dönməyəcəksən!
Yollaram mən səni ötənlər kimi.
Gətirmə bəlalar gələn yeni il,
Gül açsın insanlıq pöhrələr kimi...
*****
Millətim, yenidən qanlar görməsin,
Analar yanmasın Şəhid olmasın.
Evlərin bacası tüstülü olsun,
Uşaqlar ölümə, şahid olmasın...
*****
Təqvimdi dəyişən yenə il dönür,
Gəlişin insanı məyyus etməsin.
Sevgini insanlar sevinclə bölür,
Başları qapazlı daşlı etməsin.
*****
Arzular, istəklər bitib tükənməz,
İstərəm insanlar bəxtəvər olsun.
Gözləri tox olsun, könlü tox olsun,
Dünyanın halından bixəbər olsun...
*****
Bilməsin dünyada nələr baş verir,
Şarlatan, şeytanlar var- gəl etməsin.
Kimlər, kimi öldürüb, kimə yas verir,
Gərəkdi yaşamaq  zar- zar etməsin!...
Təranə Şəms 2022


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam