Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Sallanıb qalmışıq "quyun dibində"

 


İnsanlıq yol gəlib hardan haraya,
Yolunun düzü yox, əyrisi çoxdur.
Mənliyi, xisləti dönüb yaraya,
Bir əldə beş qarpız əbəsdi boşdur.
*****
Baxıram, adamlar  vəhşiləşibdir,
Onları bu hala vadar edən nə?...
Namus da, qeyrət də şəxsiləşibdir,
Düçardı bəlaya, dönüb gedən   nə?!...
*****
İntihar edən çox, qoca, qız, cavan,
Canlara qəsd olur, Allaha üsyan.
Bir insan amalı  diləmir aman,
Dinmədən baxırsan, deyirsən yan , yan!...
*****
Analar balaya, bala anaya,
Bu dövran mənimdir qan- qan söyləyir.
Bu dünya köç edir görən haraya?
Qəlbimdi üsyankar ocaq közləyir.
*****
Namusun, ismətin adı qalıbdır,
Qardaşın bacıya kördü gözləri.
Qeyrətin ağızda dadı qalıbdlr,
Yenidən yazılır " Ata sözləri".
*****
Qocalar olubdu lazımsız "əşya"
Baxılmır nənələr evdən atılır.
Oğullar, nəvələr qocala kaş, ya,
Zibili atanda, körpə tapılır...
*****
Cavanlar uyubdu " tatı", " fatıya",
Beləcə gələcək yox olub gedir.
Ailədə uşaqlar baxır atıya,
Analar görmür  ki, uşaq nə edir?...
*****
Dövrümüz  çəkilməz halə gəlibdir,
Kimlərin  əlləri, kimin cibində.
Yuyulan beyinlər qəribdi, qərib,
Sallanıb qalmışıq quyun dibində...
*****
Allahım, hər şeyin sahibi sənsən,
Dağıt sən, dünyanı yenidən yarat!..
Bu rəhm, bu səbr yalnız sənindir,
Əlac et dərdlərə,  gözləri qapat!...
****
İnsanın insana hörməti yoxdur,
Elə bil, Yaradan köməksiz qalıb.
Cahilin alimə töhməti çoxdur,
Günahkar qınanmır, töhmətsiz qalıb.
*****
Fırlanan dünyanı saxlamaq olmur,
Çərxini çevir sən, zalım ol, fələk!...
Dilimdə bəddua axmamaq olmur,
İman yox insanda, əməli KƏLƏK...
*****
Əyridə düz itib, qarışıb "düzlər,"
Otu da quruyub saralıb düzlər.
Ay insan, ay adam, varsa  hünərin,
Elə et, canlasın quruyan DÜZLƏR....
Təranə Şəms. 11.07.2022


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam