"ƏYİLMƏZ FATEHDİ" -Quliyev Elxan
ƏYİLMƏZ FATEHDİ
Var olsun,yaşasın Azər xalqını,
Tədbirli, qayğıkeş Ata İlhamı,
Dözümlü, yenilməz dahi İlhamı,
Siyasi bilgili dərin İlhamı.
Əyilməz fatehdi zaman önündə,
Əvəzsiz qeyrətdi insan gözündə,
Kərəmli xislətdi çətin günlərdə,
Millətlə anlaşan Rəhbər olubdu.
İnsan var, tanınır ixtira edır,
İnsan var,düşünür yaradıb qurur,
İnsan var, fatehdir dünya kəşf edir,
Dünya kəşf edən də dahi olubdu.
Çox belə virusla biz görüşmüşük,
Bu ağır anlarda birikləşmışik,
Verilən paylardan pay da vermişik,
Mənzildə pay verən Sədi olubdu.
Dünyamız tanıyır Azərbaycanı,
Cahanda məşhurdur mərd oğulları,
Yaşasın var olsun istedadları,
Virusu məhv edən vətəndaşları.
Yoluxma önündə dövlət durubdu,
Canından kecənlər bir iz qoyubdu,
Mübariz həkimlər fəal olubdu,
Qəsdini yaradan insan oğludu,
Təşəbbüs göstərən göylər oğludu..
***
Müxtəlif formada yazdığım şeiri “Mühasibat uçotu” üzrə kamil mütəxəssis olan dostum Səadətdin Hüseynqulu oğlu Ağabalayevə həsr edirəm
Birinci hissə
Dostluğun özülü xasiyyətdədir,
İnsanın dilində,məntiqindədir,
Elində,elmində dövlətindədir,
Əslində,nəslində keçmişindədir,
İnsana yaraşan mürvətindədir,
Yoloğlu olmaq da bilgisindədir.
Yadımdan çıxmırdı baxçamı görmək,
İşimin çoxluğu imkan vermirdi.
Könlümndən keçirdi dostumu görmək,
Vaxtımın darlığı zaman vermirdi.
Utana,utana dedim sözümü:
-Mənimlə səfərdə olarsınızmı?
-“Jiquli hazırdır”,- dedi sözünü:
Vaxtını soruşdu: - hazırsınızmı?
Üz tutduq səhəri qərbə gedişi,
Şadlığa çevrildi doğma gəlişi,
Muraza yetirdi Sədi gəzişi,
Dostluğun özülü burda qoyuldu.
İkinci hissə
Dostluğun qədiri darda bilinər,
Dostları olanlar öndə görünər,
Sınaqdan çıxana hörmət edilər,
Dostluğu anlayan Sədi olubdu.
İşgüzar olanı yoxsulluq bilməz,
Fərasət sahibi çətinlik çəkməz,
Dayağı yaradan yoxluğa dözməz,
Özülü dərk edən Sədi olubdu.
Unutmamışdır o, keçən günləri,
Yaddaşa yazmışdır ötən illəri,
Kimliyi olmuşdur dillər əzbəri,
Mənliyi hallanan Sədi olubdu.
Vətənin daşıdı vətəndaşıdı,
Sınaqdan keçibdi özül daşıdı,
Uçotun sahibi total başıdı,
Zəhmətə qatlaşan Sədi olubdu.
Sədidi səhihdi torpaq əkibdi,
Tanrısı toxumu haqdan veribdi,
Bilgisi vaxtını seçib səpibdi,
Zəhmətə alışan Sədi olubdu.
Bu pis vəziyyətdə, titrək günümdə,
Qolumdan,qılçımdan şikəst günümdə,
Dərmanla yaşayan ağır günümdə,
Arayıb axtaran həmkarlarımdan
Sədi olubdu,
Qurban bayramında payları verən
Sədi olubdu,
Bolluca ərzaqla görüşə gələn
Sədi olubdu,
Hər zaman zaman öyrənib öyrədən
Sədi olubdu.
Qırılmaz bu dostluqdan qürur duyan
Sədi olubdu.
Bilgıdə,döyüşdə mənəm deyən də,
“Quranı Kərim”ə məğlub olubdu.
Bəşərin Allahı çörəkdir - dostum, yoldaşım,
İnsanı ucaldan mənlikdir-dərkim,yaddaşım,
Kütləni hifz edən elmidir-fəxrim, həmkarım,
Əzizim həmkar, əyri yol yolçusu kimlər olubdu?
Cavab ver görüm xaricdə bank açan kimlər olubdu?
Xaricdə mülk alıb bəhrə görənlər kimlər olubdu?
***
Kiçik arayış: lüğətdə total sözü hər yeri, hər şeyi əhatə edən kimi, qəsd sözü məqsəd,məram,nəzərdə tutulanı həyata kecirmə təşəbbüsü kimi izah olunur.
- H. Ağabalayev haqqında ətraflı məlumat “...Bilsinlər gərək”kitabımın 179-cu səhifəsində verilmişdir. O. titrək günümdə məni unutmamış, mənzilimə gələrək Novruz və Qurban bayramlarında ailəliklə hamımızı təbrik etmiş və respublikadakı mövcud vəziyyətlə əlaqədər olaraq bolluca ərzaq payı ilə bizi sevindirmişdir
Quliyev Elxan