Redaktor seçimi
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Günün xəbəri

DƏRD

 

Yenixeber.org: Həyatda dərd deyilən ağır bir yük var.Onu çəkməyən az adam var.Bəlkə də heç yoxdur.Dərd elə bir zəhirmardır ki,bəzən adam onu bir ömür çəkə-çəkə çürüyüb gedir,bəzən də dərd gələn kimi də istədiyini aparır.”Tanrı heç kəsə dərd verməsin”- deyirik.Amma insafla vermir,qəddarcasına verir.Tanrı insanı yaradıbsa ona sevinc də,dərd də verir. Bəzən bilərəkdənmi,bilməyərəkdənmi balansı pozur birini az verir,o birini çox. İnsanda yaşamında Tanrıdan asılı vəziyyətdədir. Çünki bir ömür yaşamağı tanrıdan borc alıb. Ona görə də dərd çəkəndə də,sevinc yaşayanda da deyir: : “Allah bilən məsləhətdir”. Yazıq və zavallı insan da verilən dərdləri,sevincləri Tanrının adına bağlayır. Çox vaxt Tanrının bu olayda zərrə qədər də günahı olmur. Günahkar elə Tanrının yaratdığı bəndələr olur.Bu bəndələr nə göydəki Allahı tanıyır,nə də yaşadığı ölkənin qanunlarını. Bədöy atını minib köndələn çapır. Və heç kimdən də qorxusu,ülküsü olmur.Korrupsiyaya qurşanır,rahatca rüşvətini alır, gözü gördüyünü qamarlayır,istədiyinin haqqını əlindən alır,varlanır,hallanır və dərisinə sığmır.

Bu gün ölkədə sadə xalqa dərd,əzab verən nə qədər desən iribuynuzlu və xırdabuynuzlu məmur var ki,saymaqla bitib-tükənməz. Onlar günü-gündən azalmaq əvəzinə,çoxalmaqda davam edir.Nöşün ki, qanunlarımız onlara şahlıq eləyə bilmir,nökərçilik edir. Özü də kimlərə? Bir qrup gədə- güdəyə.Bundan yararlanan gədə- güdələr da “burda mən, Bağdatda kor xəlifə” deyib atını dördnala çapır.Onların atının ayaqlarının altından çıxan daşlar da sadə vətəndaşlara dəyib onlara dərd yaşadır.Bu iri və xırda buynuzluların dövlətə,millətə gətirdiyi dərdi,vurduğu zərəri vaxtında və zamanında ictimailəşdirib xalqa çatdırırsan,yuxarıdakıları məlumatlandırırsan.Amma çox təəssüf ki,uzun zaman yuxarılar sənin məlumatını qulaqardına vurur, ya da qarayaxma kimi başa düşür.Və aradan illər keçir və gec də olsa sənin məlumatın təsdiqini tapır. Məlum olur ki, bu məlunların xarici banklarda nə qədər pulu, nə qədər daşınmaz əmlakları,iri ticarət obyektləri varmış. Bütün bunları dövlətin hüquq- mühavizə orqanları, başqa dövlət qurumları xalqa bəyan edəndə əlin üzündə qalır və “görəsən bu illərdə dövlət hara baxırmış”?- deyə sual verirsən.

Zaman təkcə öz dərdini özün çəkməyi diktə eləmir, həmi də qohumların,qonum, qonşunun, dövlətin,millətin və hətta başı pozuq dünyanın da dərdini çəkməyi də eləyir.Və sən dünyaya və onu yaradana da nifrət edirsən.Hər şey gözündən düşür,adiləşir. Bu həyat, bu dünya belə deydi axı. Onu kimlər bu cür iyrənc, murdar elədi?- deyə, böyük bir sualın qarşısında quruyub qalırsan.Nifrətinin obyektində əlilər,ramizlər,nəcməddinlər,vüqarlar,cahangirlər,cavanşirlər,abellər,allahşükürlər və neçə-neçə millətin içinə girib onu zəli kimi soranlar,sümürənlər gəlir.Hələ mən xırdabuynuzlu,özünü Allahdan da yuxarıda hiss edən rayon rəhbərlərini,xalqı tərsinə müalicə edən həkimcikləri demirəm. Desəm nə olasıdır ki,nə dəyişəcək? Heç nə və heç şey.Mənim kimi çaxçaqlar baş ağrıdacaq,dəyirman bildiyini edəcək.Və dəyirmanın haqsızlıq,yalan üyütməyini özümə dərd eləyəcəm.,cəhənnəmə,gora kimi deyə bilməyəcəm. Çünki mən içimdəki insanlığımla yaşayıram.

Sizləri bilmirəm,mən Xankəndində və Qarabağın başqa yerlərində müvəqqəti (mən mən olaraq bu müvəqqətiliyə inanmıram) yerləşdirilmiş rus sülhməramlılarının(oxuyun erməmi məramlıları) Azərbaycan torpaqlarında hər şeyə göz yummalarını (bilərəkdən) qəbul edə bilmirəm. Bu bir dərd kimi ürəyimə girib məni nəfəs almağa, yaşamağa qoymur.Az qalır ki, 44 günlük Vətən müharibəsindən il yarım keçsin hələ də erməni yaraqlıları Azərbaycan torpaqlarında istədiyini eləyir,qanımızı qaraldır,ovqatımızı korlayır.Axı onların ordan çıxarılması bir başa sülhməramlıların vəzifə borcudur. Ilahi, dövlətlər və onların rəhbərləri niyə bu qədər min sifətli və yalançıdırlar.Eheyyy... qandan,ara qarışdırmaqdan gözləri doymayanlar,bu yalanlarınızla,iftiralarınızla hara kimi gedəcəksiniz?!

Həyatda dərd çoxdur,şəxsi,milli, bəşəri. Hər birinin kökündə də insanlıq dayanır. Sizlərin hansı hisslərələ yaşadığını bilməsəm də,bircə onu bilirəm ki, insan (söhbət adı insan olandan yox,yer üzünün əşrəfi olandan gedir) ədalətli,vicdanlı, həlim,haqqa tapınan olmalıdır.

Bu ilin əvvəlində avtobusla kəndə gedirdim. Çölü seyr etmək üçün pəncərə tərəfdə oturmuşdum. Yol boyu həyətdəki üstü dolu olan xurma ağacları gözüm önündən sürətlə keçirdi. Bu mənzərə içimdə bir narazılıq hissi yaratdı və öz-özümə sual verdim: “Görəsən Allahın verdiyi bu neməti niyə ağacın başında çürüdürlər?”. İlk ayaq basdığım həyətdə taxta yeşiklərlərə yığılmış xurmaları görəndə hövsələmi basa bilməyib soruşdum: Bunu burda niyə çürüdürsünüz? Dedilər ki,bəs neyləyək? Alıcısı yoxdur. Bu il bir qəpiyin yiyəsi olmadıq,bütün zəhmətimiz hədər getdi. Kənddə elə qapı yox idi ki,orda yüzlərlə şeıik xurma alıcısını gözləməsin. Dərd təkcə yeşiklərə yığılmış xurma olsaydı nə var idi ki. Həyətlərdəki ağacların başı da doluydu,yığıb-yığışdırmaq olmazdı.

Bilənlər deyirlər ki, Azərbaycanda yepyekə Kənd təsərrüfatı nazirliyi var.Əgər varsa, bu nazirlik nəylə məşğuldu, işinin,gücünün adı nədir? Niyə rayon mərkəzlərində emal müəssisələri yaratmırlar,niyə kəndlinin çəkdiyi zəhməti dəyərləndirmirlər?! Gözünün qabağında çəkdiyin zəhmət puç olsun, becərdiyini heç Allahın quşu da dəyərləndirib yeməsin.Bundan böyük dərd olar? Yox.Bu dərdin adı xurma dərdidir ki,onu kəndçidən başqa kimsə çəkmir.

Məhərrəm Şəmkirli.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam