HAQQINA ÇATDI
"Xeberinfo.com": Yaşlı nəsilə mənsub olduğumdan keçmiş ittifaq dönəmində olmuş bir sıra maliyyə fırıldaqlarını oxucuların diqqətinə çatdırmaq istəyirəm. İrəvanda hayların bicnesmenləri mərkəzi bankın altına tunel cəkərək 15 milyon rubl nəqd vəsaiti çırpışdırmışdılar. Azərbaycanın cənub bölgələrinin birində isə bank işçiləri ikili bank cıxarışları ilə işləyərək dövlət müəssiələrinin pul vəsaitlərini əkişdirmişdilər. Müstəqil olduğumuz bir dönəmdə Beynəlxalq Bankın İdarə Heyəti oliqarx deyilənlərlə əlbir olub milyard dollarla pul vəsatini buxarlandıra biliblər. Peşəkarlıq səviyyəsinə bir bax də...
Oğruluq çoxaldı, kişilik itdi,
Dayılı gədələr torpaqlar aldı.
Doğruluq basıldı, əşrəflik bitdi,
Arxalı həmzələr saraylar saldı.
Qorxaqdan şah olmaz, oğrudan zahir,
Nadandan tay olmaz, kasıbdan amir,
Gədədən bəy olmaz, harından bankir,
Olan da bankları bəlaya saldı.
Yazıldı, deyildi baxan olmadı,
Talandı, çapıldı görən olmadı,
Yol aldı milyardı pünhan olmadı,
Varidat ofşorda yurd-yuva saldı.
Dərklilər təmkinlə dövləti sıxıb,
Quldurlar hökmüylə sərvəti satıb,
Bankirlər çış-pışla bankları sağıb,
Çökdürdü dayağı müflisə saldı.
Zəlilər sərbəsdi, mülklülər zəydi,
Dərələr xəlvətdi, tülkülər bəydi,
Xilqətlər xisləti rüşvətlər əydi,
Aldatdı, işbazı çirkaba saldı.
Qapdılar sevinclə bu dövlət dağdı,
Yığdılar bəsincə bu dövlət sağdı,
Yedilər ölüncə bu dövlət çağdı,
Taladı, özünü əzaba saldı.
Nə qədər qanunu yumşaltsalar da,
Nə qədər cismini tapşırsalar da,
Nə qədər günahı azaltsalar da,
Müqəssir bilindi , haqqına çatdı.
İdarə etməni bilməyən başqan,
Maliyyə hesabı çəkməyən sarvan,
İmzaya sayğılı olmayan oğlan,
Ünvanlı milyardı sorğuya saldı.
“Şapka” verdi borcu aldı, qaçaq düşdü Torpağından,
Aşkar-xəlvət axtarıldı, soraq gəldi Monakadan,
Mütiliyi sənət seçdi, şöhrətləndi fırıldaqdan,
Əyriliyi ismət bildi, bəhrələndi manqurtluqdan,
Bəlkə-bəlkə qəlb ağrıdı, körpələri yada saldı?
Oliqarxa mızraq olub, zay işində hər əməli,
Qorxa-qorxa sormaq olub, var günündə dərdi-səri,
Baxa-baxa yanmaq olub, borc içində can-ciyəri,
Nala mıxa vurmaq olub, siyasətdə söz deməyi,
Pis günündə qəhərləndi, varlığını xofa saldı.
Müstəntiqi çəkdi dara, sirrli dəlil vardan doğdu,
Ələ keçdi düşdü tara, haqlı sual faktdan doğdu,
Qandal keçdi bir cüt qola, can deyəni qəhər boğdu,
Qucaq açdı dustaqxana, balaları ağlar qoydu,
Göz yumuldu, ağıl itdi, tamah onu oda saldı.
Əşrəf-daha şərəfli, çox əziz, möhtərəm, Zahir-aşkar, aydın, mərhəmətli insan, Zəy-ikiqat sulfat turşuları kristallarından ibarət daş, Çağ-sağlam, yüksək səviyyədə mənasındadır.
Quliyev Elxan Sarı o.