Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

FİQUR OLMAYAQ…

"Xeberinfo.com":

Bu millət ölürsə , can verə bilmir.
Qan vurur başına, qan verə bilmir.
Yandırır özünü, yan deyə bilmir
Oyundu, oynayaq fiqur olmayaq!

Bu millət yatdıqca, gözü tox olur
Özünə, sözü çox, gözü yox olur.
Demə ki, yetimsən sığal çox olur
Oyundu, oynayaq fiqur olmayaq!

Analar bezibdi, lay-lay oxumur
İlməni tərs vurur, xalı toxumur.
Qan udan torpaq da, qanı qoxumur,
Oyundu, oynayaq fiqur olmayaq!

Ey Vətən balası, özünü gör sən
Alçalan mənliyin, izini gör sən
Tarixdən, keçmişin üzünü gör sən.
Oyundu, oynayaq fiqur olmayaq!

Unutma anadan, mərd doğulmuşuq
Düşmənə yağıyıq, dərd doğulmuşuq.
Biz çevik yalquzaq, cəld doğulmuşuq.
Oyundu, oynayaq fiqur olmayaq!

 

TƏRANƏ ŞƏMS.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam