Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

“İşğala son qoyun, münaqişə həll olunsun”

 

Almaniya Bundestaqının üzvü, “Almaniya - Cənubi Qafqaz” dostluq qrupunun rəhbəri Karin Ştrens ermənilərə sillə kimi cavab verib.

"Xeberinfo.com":  Məlumata görə, Almaniya deputatı erməni deputatlarla görüşündən danışıb: “Mən onlarla danışarkən bir növ “gözlərimi açmağa” çalışırdılar. Yəni Qarabağla bağlı məsələdə nə qədər haqlı olduqlarını və s. Bu, mənim heç xoşuma gəlmədi. Onlar mənə “Ştrens xanım, siz Qarabağ probleminin həllini necə görürsünüz” deyə sual verdi. Mən də “Bu, çətin məsələ deyil. İşğal olunmuş torpaqları geri qaytarın və münaqişə həll olunsun” deyə cavab verdim”.



K. Ştrens hazırkı şəraitə istinadən münaqişənin yaxın gələcəkdə həll olunacağına ümid etmədiyini bildirib: “Bunun üçün çoxsaylı görüşlər və uzun zəhmət tələb olunan iş lazımdır”.



Bundestanq üzvü Azərbaycana qarşı ikili standart siyasətini sərt tənqid edib.



“Bu gün Azərbaycan fəal şəkildə silahlanır. Çünki bu, onun haqqıdır. Bu ölkə tarixində ciddi acılar yaşadı. Bunların təkrarlanmaması üçün öz ordusunu gücləndirir. Bu, doğru mövqedir və biz bunu dəstəkləməliyik. Ermənistan da münaqişənin həllində irəliyə doğru addım atmalıdır”, - deyə o vurğulayıb.

Publika.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam