Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

“Bu sülh müqaviləsi ilə bağlı nəticələri zaman göstərəcək”

 

“Əgər Ukrayna münaqişəsi bu gün bağlanmış sülh müqaviləsi nizamlanacaqsa, mən istisna etmirəm ki postsovet məkanındakı əksər münaqişələr üçün bu model tətbiq oluna bilər”.

 

"Xeberinfo.com":  Məlumata görə, bu sözləri PİA.AZ-ın əməkdaşına politoloq Ərəstun Oruclu bu gün Minskdə Ukrayna münaqişəsi ilə bağlı şərti olaraq «Normand dördlüyü» adlandırılan Rusiya, Ukrayna, Almaniya və Fransa liderlərinin əldə etdiyi razılaşmanı şərh edərkən bildirib. 
Ərəstun Oruclu Ukrayna münaqişəsinin nizamlanma mexanizinin postsevet məkanda Rusyia tərəfindən dondurulmuş münaqişələrə tətbiq edilmə ehtimalını dəyərləndirərkən bildirib ki, hər bir münaqişənin öz spesifik cəhətləri var:
“Əgər Ukrayna münaqişəsi bu gün bağlanmış sülh müqaviləsi nizamlanacaqsa, mən istisna etmirəm ki postsovet məkanındakı əksər münaqişələr üçün bu model tətbiq oluna bilər. Təbii ki hər bir münaqişənin öz spesifik cəhətləri var. Bunu unutmaq olmaz. Yəni hər bir münaqişənin öz özəlliyi var. Bu baxımdan ümumi model kimi və yaxud da ilkin model kimi bu müqavilə bəlkə də istifadə oluna bilər. Amma bu ehtimalın da yalnız o zaman mümkün olacağını demək olar ki, həqiqətən o imzalanmış müqavilə işləsin və o zəruri, gözlənilən nəticələri otraya qoysun”. 
Politoloq həmçinin Minskdə ldə olunan razılaşmanın nə qədər uğurlu ola biləcəyi barədə nikbin deyil. Oruclunun fikrincə bu gün əldə olunan razılaşmanın nə qədər effektli olduğunu zaman göstərəcək:
“Hələlik bu barədə qəti fikir söyləmək çətindir. Bu sülh müqaviləsi ilə bağlı bütün nəticələri zaman göstərəcək. Çünki tarixə nəzər salsaq görərik ki, bir çox münaqişələr üçün bu cür sülh müqavilələri imzalanıb, öhtəliklər əldə olunub, konkret tərəflərin yerinə yetirməli olduqları bəndlər göstərilib, amma nəticədə münaqişə davam edib və həll olunmayıb. Bu kimi münaqişələrin çoxları dondurulmuş münaqişə kimi qalıb. Bu baxımdan dəqiq fikir demək üçün bir qədər gözləməyə ehtiyyac var”.
Qeyd edək ki, bu gün Belarusun paytaxtı Minsk şəhərində Ukrayna, Rusiya, Fransa və Almaniya rəhbərləri - Pyotr Poroşenko,Vladimir Putin, Fransua Olland və Angela Merkel arasında keçirilən danışıqlarda əldə olunan razılaşmalar əsasında üçtərəfli sülh sazişi təmas qrupu (Ukrayna, Donetsk-Luqansk separatçıları, ATƏT) tərəfindən imzalanıb. Sənədə Donetsk və Luqansk separatçılarının liderləri Aleksandr Zaxarçenko və İqor Plotnitski də imza atıb. 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam