Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

İsrailli yazar -Qərbdə ermənilərin əməllərinə göz yumulduğunu yazır

 

Ölkəmizlə bağlı bir sıra məqalələrin müəllifi olan Maayan Hoffmanın İsrailin “Breaking Israel News” xəbər saytında “Ərazi münaqişələri və beynəlxalq hüquqda ikili standartlar” başlıqlı məqaləsi dərc olunub. 

Yenixeber.org: Məqalədə qeyd olunur ki, 2019-cu ilin iyul ayında Kanada federal məhkəməsi İordan çayının Qərb sahilində (İudeya və Samariya) istehsal olunan şərabların üzərinə “İsrail məhsulu” sözlərinin yazıla bilməyəcəyinə dair qərar qəbul etdiyi halda, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində stehsal olunan şərablar Kanadaya “Ermənistan məhsulu” adı altında idxal olunur. 

Məqalədə bildirilir ki, İsrailə qarşı sanksiyaların tətbiq edilməsi üçün lobbiçilik fəaliyyəti göstərən BDS  (Boycott, Divestment and Sanctions) hərəkatı  Fələstinin qaçqın probleminə görə İsrailin məsuliyyət daşıdığını bəyan etdiyi halda, Ermənistanın Azərbaycan ərazisini işğal etməsi və Dağlıq Qarabağda etnik təmizləmə siyasəti həyata keçirməsi ilə bağlı bir çoxları fərqli mövqe nümayiş etdirir. Məqalədə ABŞ Nümayəndələr Palatasının Miçiqan ştatından seçilən və əslən fələstinli olan üzvü Rəşidə Tlaibin İsrailin yeni saldığı qəsəbələrin beynəlxalq hüququ kobud şəkildə pozduğunu vurğuladığı, lakin digər tərəfdən R.Tlaibin Azərbaycanın Dağlıq Qarabağ ərazisinin Ermənistan tərəfindən işğalına legitimlik gətirən və qatı ermənipərəst konqresmen Frank Pallon tərəfindən irəli sürülmüş qanun layihəsini dəstəklədiyi qeyd olunub və bunun da ərazi münaqişələri ilə bağlı ikili standartlara növbəti bir nümunə olduğu diqqətə çatdırılıb. 

Məqalədə qeyd olunur ki, Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə edən BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri erməni qoşunlarının işğal olunmuş ərazilərdən dərhal çıxmasını tələb edir. Eyni zamanda bildirilir ki, ABŞ hökuməti Dağlıq Qarabağın müstəqilliyini tanımır və 1988-1994-cü illərdə Azərbaycanın 20 faiz ərazisinin erməni qoşunları tərəfindən işğal olunması faktını qəbul edir. Məqalə müəllifi Ermənistanın Azərbaycan torpaqlarını işğal etməklə bərabər, azərbaycanlılara qarşı Xocalı da daxil olmaqla bir neçə qətliam da həyata keçirdiyini bildirib və münaqişə nəticəsində məcburi köçkun vəziyyətinə düşmüş 1 milyona yaxın insanın hələ də öz torpağına qayıda bilmədiyini vurğulayıb. 

https://www.breakingisraelnews.com/142070/a-double-standard-on-territorial-conflicts-and-international-law-opinion/

Musavat.com


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam