Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Avropa İttifaqı İsrailə XƏBƏRDARLIQ ETDİ

 

Avropa İttifaqı (Aİ) İsrail rejimi Baş Naziri Binyamin Netanyahunun açıqlamalarına münasibət bildirib


Yenixeber.org: Binyamin Netanyahunun İordan çayının qərb sahilində yerləşən İordan vadisinin birləşdirilməsi istiqamətindəki açıqlaması Aİ-ni cddi narahat edib. 


Açıqlamada bildirilib ki, Aİ vəziyyəti çox yaxından təqib etməyə davam edəcək və mümkün bir ilhaq qarşısında lazımi addımları atılacaq.   


Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Federika Mogerininin ofisindən verilən yazılı açıqlamada İsrail rejiminin İordan çayının sahilində qanunsuz yəhudi yaşayış məntəqəsi qurulmasına razılıq verməsi tənqid olunub:   


"Aİ Şərqi Qüds daxil olmaqla, işğal altındakı Fələstin torpaqlarındakı bütün yaşayış məntəqələrinin beynəlxalq hüquqa zidd olduğunu bir daha vurğulayır. İsrailə bu çərçivədəki bütün fəaliyyətlərinə son verməyə çağırışı edirik. 


Mümkün ilhaq addımı çox ciddi bir şəkildə beynəlxalq hüququn pozulması mənasına gəlir. İki dövlətli həlli çətinə salır və bölgə sabitliyini təhdid edir".   


Qeyd edək ki, Netanyahu deyib ki, baş nazir vəzifəsinə yenidən seçiləcəyi halda İsrailin işğal etdiyi İordan çayının qərb sahilində yəhudi məskənlərini ilhaq edəcək. Beynəlxalq qanunvericiliyə görə, həmin yəhudi məskənləri qanunsuzdur, lakin İsrail bunu qəbul etmir. (FNA) 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam