Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

“Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır” - İlham Əliyev

“Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır” - İlham Əliyev
Azərbaycanın Dağlıq Qarabağ və ona bitişik 7 rayonu daxil olmaqla ərazilərinin 20 faizi Ermənistanın işğalı altındadır. Ermənistan tərəfindən azərbaycanlılara qarşı etnik təmizləmə aparılıb və bir milyona yaxın insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.
Yenixeber.org: Bunu Azərbaycan Prezidentİlham Əliyev Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə çıxışı zamanı deyib.

Prezident Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi Xocalı soyqırımı və həmin soyqırım zamanı 613 nəfər dinc sakinin qətlə yetirildiyini vurğulayıb.

Dövlət başçısı deyib ki, BMT Təhlükəsizlik Şurasının işğal edilmiş Azərbaycan ərazilərindən Ermənistan silahlı qüvvələrinin dərhal və qeyd-şərtsiz çıxarılmasına dair qətnamələri 26 ildir kağız üzərində qalır. Amma bəzi dövlətlərlə bağlı qətnamələr var ki, bir neçə günün içində həyata keçirilib. Bu, ikili standartlar siyasətinə son qoyulmalıdır.

Prezident bir sıra beynəlxalq qurumların Azərbaycanın ərazi bütövlüyünün təminini tələb edən qətnamələr qəbul etdiklərini xatırladıb.

“Qoşulmama Hərəkatının sənədlərində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycana verilən dəstəyə görə üzv dövlətlərə təşəkkür edirəm. İşğal edilmiş ərazilərimizdə bütün tarixi abidələrimiz, məzarlıqlar dağıdılıb. Ermənistan məqsədli şəkildə bütün toponimləri erməniləşdirir. Qeyri-qanuni məskunlaşdırma siyasəti aparır.

2016-cı ilin aprelində Ermənistanın hərbi təxribatı nəticəsində aralarında uşaq olmaqla 6 mülki şəxs öldürülüb, 26 nəfər yaralanıb. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır və münaqişə Azərbaycanın suverenliyi, ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam