Daha bir ölkə Putinin dəvətindən imtina etdi
Daha bir ölkə Rusiya Prezidenti Vladimir Putinin 9 may faşizm üzərində qələbənin 70-ci ildönümü ilə bağlı keçiriləcək tədbirə dəvətindən imtina edib.
"Xeberinfo.com": Məlumata görə,Latviya Prezidenti Andris Berzinş 9 mayda Moskvaya getməkdən imtina edib.
Berzinşin Moskvaya getməkdən imtinasının səbəbi Ukraynanın şərqində baş verən olaylardır.
Qeyd edək ki, bundan əvvəl, Litva Prezidenti Daliya Qribauskayte də dəvətdən imtina etmişdi (axar.az).










AZ
RU