Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Almaniya “erməni soyqırımını” tanımaqdan imtina edir

 

Almaniya Federativ Respublikası (AFR) hökuməti bundan sonra da 1915-1916-cı illərdə Osmanlı imperiyasında  baş vermiş hadisələri xarakterizə edərkən, “soyqırım” sözündən istifadə etməməkdə israrlıdır.
"Xeberinfo.com":  Məlumata görə, bu barədə bu gün Der Tagesspiegel Sol partiyanın AFR hökumətinə parlament sorğusuna verilən cavaba istinadən yazıb. 
Tarixi hadisələrin qiymətləndirilməsi alimlərin işidir, deyə, sənəddə qeyd olunur və vurğulanır ki, 1915-1916-cı illərdə kütləvi qovulmaların təhlili ilə ilk növbədə bu hadisələrə aidiyyatı olan iki ölkə - Türkiyə və Ermənistan məşğul olmalıdır.
“Hazırda Federal hökumətin 2015-ci il aprelin 24-də anım tədbirlərinin keçirilməsi ilə bağlı planları yoxdur”, - deyə, sorğuya cavabda bildirilir.
Bundan əvvəl Almaniyada Mərkəzi Erməni Şurasının və digər erməni təşkilatlarının nümayəndələri bu tədbirlərdə hökumət rəsmilərinin iştirakını da istədiklərini bildirmişdilər.
“Hökumət belə iştirakın imkanlarını öyrənir”, - deyə, sənəddə vurğulanır.
Oxu.Az

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam