Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

BMT “erməni soyqırımı"nı tanımır

 

Pan Gi Munun rəsmi nümayəndəsi bəyanatla çıxış etdi

"Xeberinfo.com":  Məlumata görə, BMT-nin baş katibi Pan Gi Mun Osmanlı imperiyasında ermənilərin sıxışdırılmasını “dəhşətli cinayət” hesab etsə də, “soyqırım” terminindən istifadə etməyə tələsmir və ölkələri 100 il əvvəl baş vermiş hadisələrin faktlarını müəyyənləşdirmək məqsədilə əməkdaşlığı davam etdirməyə çağırır.

Oxu.az xəbər verir ki, bu barədə jurnalistlərə bazar ertəsi BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Cüarrik bildirib.

Onun sözlərinə görə, ümumdünya təşkilatının katibliyində ötən bazar 1915-1916-cı illərdə ermənilərin kütləvi qətli və sıxışdırılmasını “XX-ci əsrin ilk soyqırımı” adlandırmış Roma Papası Fransiskin fikirlərini nəzərə alıblar.

Cüarrik qeyd edib ki, Pan Gi Mun “aprelin 24-də Ermənistanda və digər ölkələrdə 1915-ci ilin faciəli hadisələrinin 100 illiyinin qeyd olunacağını yaxşı xatırlayır”, bununla belə, “baş vermiş hadisənin təsnifatlaşdırılması ilə bağlı məsələnin həssaslığını da dərk edir”.

“Baş katib əmindir ki, bu tarixin qeyd edilməsi, 1915-ci ilin faciəli hadisələrinin yad edilməsi, həmçinin baş verənlər ətrafında faktların müəyyənləşdirilməsi məqsədilə əməkdaşlığın davam etdirilməsi bizim gələcəkdə belə hadisələrin təkrarlanmamasına yönəlmiş ümumi səylərimizi möhkəmləndirməlidir”, - baş katibin rəsmi nümayəndəsi bildirib.

Xatırladaq ki, Roma Papasının Vatikanda Müqəddəs Pyotr kilsəsində, erməni prezidenti Serj Sərkisyanın iştirak etdiyi mərasimdəki bəyanatı Türkiyədə kəskin reaksiyaya səbəb olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam