Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Almaniya uydurma “erməni soyqırımı”nı tanıdı

Layihənin səsverməsini Türkiyə rəsmiləri çox etirazla qərşılayır.

Xeberinfo.com:  Almaniya Bundestaqı Türkiyənin etirazlarına baxmayaraq erməni “soyqırımı”nı səsverməyə çıxarıb.

Layihənin səsverməsini Türkiyə rəsmiləri çox etirazla qərşılayırdı. Ans press-in məlumatına görə, bu sözləri Türkiyənin baş naziri Binali Yıldırım mətubata açıqlamasında Almaniya Bundestaqında erməni “soyqırımı” ilə bağlı səsvermə keçirməsini absurd adlandırmışdı.

O bildirib ki, ermənilərin iddia etdiyi hadisələr 1915-ci ildə Birinci Dünya Müharibəsi zamanı baş verib. “Türkiyəni ittiham etməyə çalışanların yaxşı niyyəti yoxdur. Biz bunu bilirik. Gizlədəcəyimiz heç nə yoxdur”.

“Ərdoğanın sözlərinə boyun əyməyin”
Həmçinin Türkiyə prezidenti Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya kansleri Angela Merkellə “soyqırım”la bağlı zəng edib.

Türkiyənin bu hadisə ilə bağlı həssaslığına diqqət çəkən Ərdoğan “Almaniyadan məsələyə ağıllı yanaşma gözləyirik” – deyə Merkelə xəbərdarlıq edib.

Merkel “məsələ ilə bağlı əlmizdən gələni edəcəyik” – deyə prezidentə bildirib. Qanun layihəsinə Ermənistan prezidenti Serj Sarkisyanda münasibət bildirib.

O, deyib ki, Almaniya Bundestaqı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “Ankara-Berlin əlaqələrinə zərər gələr” sözlərinə əhəmiyyət verməyərək 1915-ci ildə baş verən erməni “soyqırımı”nın tanınması ilə bağlı qanunu qəbul etməlidir.

“Bir çox deputatlar səsvermə zamanı bitərəf qalmağı düşünürlər. Onlar Ərdoğanın münasibətindən qorxurlar. Mən əminəm ki, Almaniya Bundestaqı vəziyyəti yaxşı qiymətləndirir. Amma qanunun qəbul olunmaması Almaniya, Avropa və dünya üçün mənfi addımdır”.

Amma Sarkisyanın sözlərinə baxmayaraq Almaniya kansleri Angelə Merkel və digər yüksək çinli məmurlar layihənin müzakirəsində iştirak etməyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam