Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

ABŞ prezidenti erməni “soyqırımı” ifadəsindən istifadə etmədi

 

“Osmanlı imperiyasında 1915-ci ildə baş vermiş hadisələr XX əsrin ilk kütləvi qətlidir”

"Xeberinfo.com":  APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ prezidenti Barak Obama uydurma “erməni soyqırımı”nın 100 illiyi ilə əlaqədar verdiyi bəyanatda bildirib.   
 
“Mən dəfələrlə 1915-ci ildə baş verənlərə öz münasibətimi ifadə etmişəm və bu mövqe dəyişilməz qalır. Faktların tam etiraf edilməsi bizim hamımızın maraqlarına cavab verir”, deyə   Barak Obamanın  bəyanatında qeyd olunub.
 
Qeyd edək ki, ABŞ prezidenti növbəti dəfə bəyanatında “soyqırımı” ifadəsindən istifadə etməyib.  
 
Barak Obama bəyanatında Amerika və erməni xalqları arasında olan birliyini xüsusi qeyd edib: “Adi amerikalılar əziyyət çəkən erməni uşaqlarına yardım məqsədilə milyonlarla dollar toplayıblar, Konqres isə ilk beynəlxalq humanitar təşkilat olmuş Yaxın Şərqdə yardımın göstərilməsi üzrə təşkilat təsis edib.  Minlərlə erməni ABŞ-da yeni həyata başlayıb və burada  Amerika ictimaiyyətinin təməllərindən birinə çevrilmiş güclü diaspora qurub”.     
 
Obama Osmanlı imperiyasında 1915-ci il hadisələrin 100 illiyinin “kədərli məqam” olduğunu bildirib: “Bu, tarixi yaddaşın əhəmiyyəti barədə düşünmək və həmçinin keçmişdə baş vermiş faktların etirafının çətin olsa da mühüm olmasına dair bizim hamımıza bir çağırışdır”, deyə o bildirib.    
 
“ABŞ prezidenti tarixin bu qaranlıq səhifəsini işıqlandırmağa çalışan Roma Papası Fransiskin, türk və erməni tarixçilərinin mövqelərini alqışlayır”, deyə bəyanatda bildirilib.   

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam